14 apr 22:29aktual

AFFA ilə “Huner Group” arasında narazılıq yarandı

AFFA ilə “Huner Group” arasında narazılıq yarandı
Kamran Ağayevin hoqqaları sərhəd tanımır
Kamran Ağayev növbəti dəfə diqqət mərkəzinə düşüb. Təəssüf ki, bu dəfə də hansısa xoş xəbərlə gündəmə gəlməyib. Gəlin, lap əvvəldən başlayaq.
Srağagün futbolinfo.az saytı toxunacağımız məsələ haqda informasiya yaydı. Məlum olduğu kimi, “Ağ şəhər”də “Hünər qüllələri” adlanan yaşayış kompleksi tikilir. Bu kompleksin məxsus olduğu “Huner Group” sosial şəbəkədə tez-tez komplekslə bağlı reklamlar paylaşır, müxtəlif aksiyalar təşkil edir. Yaxınlarda yaşayış kompleksində olan futbol meydançasından çəkilən bir rolik paylaşılıb. Orda millinin və “Keşlə“nin qapıçısı Kamran da yer alıb. Bu isə ciddi narazılığa səbəb olub. AFFA-nın hüquqşünası “Huner Group”a məktub göndərib. Səbəb isə odu ki, Kamranın reklam çəkilişində istifadə etdiyi forma, onun üstündəki emblem AFFA-ya məxsusdu. Buna görə təzminat tələb edən AFFA kompleksi məhkəməyə verməklə hədələyib.
Məsələylə bağlı report.az saytına danışan Kamran Ağayev bunları deyib: "Reklama çəkilməyimin nəyi düzgün deyil, anlamıram. Bu, mənim şəxsi həyatımdı. Həmin vaxt milli komandanın təlim-məşq tolanışında olmamışam. Bu reklam da çoxdan çəkilib, yeni deyil. Azərbaycanda millinin formasını geyən o qədər vətəndaş var ki... Söhbətin nədən getdiyini dəqiq bilmədiyim üçün bu cür danışıram. Millinin forması ilə meydana da çıxıram, gəzirəm, maşın da yuyuram, kross da qaçıram, toya da gedirəm. Bir sözlə, hər şey edirəm. Reklamın buna nə dəxli var ki? İndi bildiyimi deyirəm, bəlkə başqa nüanslar var. Ola bilər ki, doğrudu. Amma bunu indi eşidirəm. Zəng ediblərsə, deməli, bir şey var. Formanın üstündə loqonun olub-olmadığını xatırlamıram. Loqo olubsa, bunu başa düşərəm".
Əslində Kamrandan fərqli açıqlama gözləmək sadəlövhlük olardı. Son toplanışda iştirak etməyən, buna qədər isə komandanın kapitan sarğısını qolunda daşıyan birinin şərəfli forma haqda “millinin forması ilə maşın da yuyuram, hər şey edirəm” deməsi sözün bitdiyi yerdi. Belədə yığmanın baş məşqçisi Nikola Yurçeviçin son qərarına haqq qazandırmamaq ədalətsizlik olar. Belə düşüncəyə malik olan və onu çəkinmədən dilə gətirən biri nə yığmada olmağı haqq edir, nə də kapitanlığı. Bu öz yerində. Əslində məsələylə bağlı “Keşlə” rəhbərliyindən də münasibət öyrənmək maraqlı idi. Çünki qalmaqalda məhz bu klubun futbolçusunun adı hallanır. Ancaq nə paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Zaur Axundov, nə də icraçı direktor Rəmiş Malıyev zəngimizə cavab verdi.
“Huner Group”un mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin açıqlamasını da dqiqqətinizə çatdıraq: “Bu məsələyə görə bizə AFFA-dan zəng etmişdilər. Biz konkret olaraq Kamran Ağayevlə reklam xarakterli videoçarx çəkmişik. Zəng edən – AFFA-nın hüquq məsələləri üzrə əməkdaşı bildirdi ki, Kamranın əynindəki formaya görə reklam paylaşıldığı hər yerdən silinməlidi. Biz də qeyd etdik ki, bu forma bazarda satılır, almışıq və hər kəs də bundan istifadə edə bilər. Biz AFFA-nın loqosundan məqsədli şəkildə istifadə etməmişik. Federasiyanı reklam və ya antireklam da etməmişik. Hüquqşünas xanım bildirdi ki, AFFA-nın tərəfdaşı olmayan şirkətlər loqodan istifadə edə bilməzlər. Hansısa futbolçunu reklama çəkmək üçün onlardan icazə almalıyıq. Biz də qeyd etdik ki, bir çox futbolçulara müraciət etdik. Onlar bu məsələyə görə AFFA-dan icazə almalı olduğumuzu dedilər. Lakin Ağayevlə əlaqə quranda bizə belə bir məsələ haqda məlumat vermədi. Artıq bu, onunla federasiya arasında olan problemdi. Xanım bizə bir daha xatırlatdı ki, videoçarxı silməyəcəkləri təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Biz də qanunsuz heç bir iş görmədiyimizi, istənilən dairəyə müraciət edə biləcəklərini xatırlatdıq. Onların məhkəməyə müraciət edib-etmədikləri haqda bizə məlumat verilməyib. Mən belə düşünürəm ki, onlar Qurban Qurbanov məsələsini ortaya salıblar. Mən sizin vasitənizlə xahiş edirəm ki, bizi belə problemlərə aid etməsinlər. Biz, sadəcə, bazardan forma almışıq, Kamrana geyindirmişik və video çəkmişik. Qurban Qurbanovla, Kamran Ağayevlə bağlı məsələlərini, planlarını bizim üstümüzdən həll etməyə çalışmasınlar. Qanunsuzluq etmişiksə, istənilən zaman hüquq-mühafizə orqanları qarşısında cavab verməyə hazırıq”.
Bütün bunlar haqda AFFA-nın da mövqeyini öyrənməyi lazım bildik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirləri belə oldu: “Məsələ belədi ki, “Huner Group” reklam xarakterli videoçarx çəkib. Kamran orda olub millinin formasında, hansı ki, üzərində AFFA-nın rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanı var. Federasiyanın müvafiq şöbəsindən həmin şirkətə bildirilib ki, əslində bizimlə müqaviləniz yoxdu. Və bizim əmtəə nişanımızdan icazəmiz olmadan reklam xarakterli hər hansaı tədbirlərdə, videoçarx çəkilişində hüquqi baxımdan istifadə etmək olmaz. Bu şəkildə AFFA-dan “Huner Group”a narazılıq bildirilib. Məhkəməyə müraciət olunmayıb. Məhkəməyə müraciət edilib-edilməyəcəyi haqda bir söz deyə bilmərəm. Mən başverənləri nəzərinizə çatdırdım. Bəzən deyirlər ki, forma fan-şopda satılır, istənilən adam onu alıb, istənilən yerə gedə bilər. Doğrudu, fiziki şəxs olaraq alıb geyə bilərsən. Ancaq burda söhbət reklam məsələsindən gedir. Yəqin ki, bununla bağlı Kamranla da əlaqə saxlanılıb. Orda başqa bir məqam da var. Həmin videorolikdə Ağayev yığmanın futbolçusu kimi təqdim olunub. Millinin futbolçularının da öhdəliyi var ki, AFFA ilə müqaviləsi olmayan hər hansı şirkətdə millinin oyunçusu kimi reklam predmeti ola bilməzsən... Kamranın yığmaya məhz buna görə çağırılmaması və ya Qurban Qurbanova görə belə bir etirazın bildirilməsi haqda deyilənlərin heç bir əsası yoxdu. Belə iddiada olmağın hansı məntiqə sığdığını da anlamıram”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar