14 apr 22:22aktual

Tale Heydərovlu 13 il

Tale Heydərovlu 13 il
Prezidenti bir titulla sevindirə bilmədilər...
Tale Heydərovun öz xoşu ilə “Qəbələ”nin prezidentliyindən getməsi geniş əks-səda doğurdu. Əslində belə olacağı gözlənilirdi. Komanda ötən ilin mayında ölkə kubokunu Heydərovların gözləri qarşısında öz əliylə “Keşlə”yə verəndən sonra arada soyuqluq yaranmışdı. Büdcə müəyyən mənada azaldılmış, Tale bəy ayağını stadionlardan kəsmişdi. Buna baxmayaraq, adı “Qəbələ”nin üstündəydi.
2006-cı ildən kluba rəhbərlik edən, inkişaf üçün bütün səy və bacarığını ortaya qoyan oğul Heydərov işgüzarlığı ilə ad çıxarmışdı. Onun adı həm də Abdulbari Gözəldən sonra bir kluba uzun illər başçılıq edən ikinci prezident kimi ölkə futbolunun tarixinə düşüb və çox güman, uzun illər belə də qalacaq. Ona görə də gedişi sakit qarşılanmadı. “Qəbələ” bu illər ərzində futbolumuzda iz buraxmağı, futbolsevərlərin könlünə yol tapmağı bacarıbsa, səbəbkarı, heç şübhəsiz, Tale Heydərovdu. Məhz onun prezidentliyi dövründə bölgə təmsilçisində görülən işlərdən söz açacağıq.
Akademiya
Bu gün Azərbaycan futbolunun əsas problemlərindən biri, hətta birincisi uşaq futbolunun olmamasıdı. Əslində bütün klublar bu yöndə nəsə etməyə çalışır. Amma söhbət keyfiyyətdən və düzgün plan üzrə işdən gedirsə, bu mənada “Qəbələ” hamıdan öndədi. Əvvəl “Bakı” da öncüllərdən sayılırdı. “Zolaqlılar”ın tarixin yaddaşına qovuşmasından sonra “Qəbələ” qeyri-şərtsiz “bir nömrə” adına yiyələndi.
2009-cu ildən fəaliyyət göstərən Futbol Akademiyası təkcə dildə akademiya deyil. Gələcəyin futbolçularının düzgün istiqamətdə yetişməsi üçün düzgün iş qurulub və bu yöndə çalışmalar durmadan davam edir. “Qəbələ”nin akademiyasında qidalanmadan tutmuş məskunlaşmağa qədər, təhsildən tutmuş davranış qaydalarına qədər hər cür şərait yaradılıb. Buna görədi ki, bu gün aşağı yaş qruplarından ibarət komandaları akademiyadan çıxmış futbolçular “bəzəyir”. Hətta bəzi futbolçular “Qəbələ”də oynamaq şansı olmadığına görə digər premyer-liqa iştirakçılarında top qovur. Bölgələrdə seleksiya işləri aparılır, istedadlı uşaqlar itib-batmasın deyə akademiyaya cəlb olunur. Aşağı yaş qruplarının hər il müxtəlif beynəlxalq yarışlarda iştirak etməsi futbolçuların məqsədyönlü inkişafı üçün nəzərdə tutulub.
Gözöxşayan meydanlar
Akademiya qurmaq üçün 7-8 meydan yaratmaq əsas deyil. Bunu 2-3 örtüklə də yola vermək mümkündü. Lakin “Qəbələ” rəhbərliyinin hədəfi “gözdən pərdə asmaq” üçün iş görmək deyildi. Aşağı yaş qruplarından ibarət komandaların məşq sarıdan əziyyət çəkməməsi, qazonların yüklənib tez sıradan çıxmaması, həm də müxtəlif turnirlərin təşkili üçün ucu-bucağı görünməyən ərazidə 8 meydan salındı. Həm də elə-belə yox, xüsusi keyfiyyəti olan.
Bunun üçün ingiltərəli Filip Şarples Qəbələyə dəvət olundu, işləməsi üçün hər cür şərait yaradıldı. O da ən qısa zamanda bacarığını ortaya qoyub, “alın, bu da sizə Avropa səviyyəli örtüklər” dedi. Odu ki, bu gün Qəbələyə səfər edən, premyer-liqada oynayan əcnəbilər ordakı şəraitdən və meydanlardan ağızdolusu danışır, bölgədə gördüklərini yaddaşlarına həkk edirlər. Şarples demişkən, bu mütəxəssisin yanında işləyən neçə-neçə həmyerlimiz ot mütəxəssisi kimi püxtələşdi və bu gün sərbəst şəkildə çalışa bilirlər.
“Qəbələ Cup” turniri
Azərbaycanda yeganə klubdu ki, Avropanın aparıcı ölkələrinin təmsilçilərinin ölkəmizə təşrif buyurması üçün belə bir turnirin keçirilməsi təşəbbüsünü irəli sürdü və buna nail oldu. Düzdü, yarış cəmi 3 il davam etdi. Davamının gəlməməsinin əsas səbəbi isə məlum iqtisadi böhran oldu. “Qəbələ Cup” turnirində daha hansı komandalar iştirak etmədi?! “Barselona”, “Portu”, “Feyenoord”... Hazırda aparıcı klubların diqqət mərkəzində olan və qiyməti milyonlarla ölçülən bəzi futbolçular 5-6 il öncə Qəbələyə səfər etmiş, məhz bu turnirdə iştirak etmişdi. Bu cür yarışı keçirmək isə su içmək qədər asan deyildi. Təşkilatçılıq və yarışın səviyyəsi o dərəcədə yüksək olmalıydı ki, “Barselona” rəhbərliyi gələcəyin ulduzlarının səfərə çıxmasına razılıq versin. İspan başbilənlər yaradılan şəraitlə tanış olandan sonra “hə” cavabını vermişdilər. “Qəbələ Cup”ın ölkəmizdə, həm də bölgədə təşkil olunmasının başlıca səbəbkarı isə Tale Heydərov olmuşdu.
Avroliqanın qrupu
Ölkə futbolsevərləri yatsaydılar, yuxularına da girməzdi ki, 3-5 il komandası gözündə gördükləri “Qəbələ” nə vaxtsa Avroliqanın qrup mərhələsində çıxış edər. “Neftçi” buna 75 illiyində nail olmuşdusa, “Qarabağ” bir neçə il pley-offda oynayandan sonra hədəfinə çatdı. “Qırmızı-qaralar”ın inkişaf mərhələsinə qədəm qoyduğu isə cəmi bir neçə il idi. Və belə bir anda Avroliqanın qrupu şirin yuxu kimi görünürdü.
2015 və 2016-cı illərdə ardıcıl iki dəfə qrupda çıxış etmək mümkün oldu. Bu isə asan başa gəlməmişdi. Təsnifat mərhələlərində “Apollon”, “Panatinaikos”, “Lill”, “Maribor” kimi tarixi zəngin və yetərincə təcrübəli komandalar sıradan çıxarılmışdı. Yeri gəlmişkən, o vaxt “Lill”i Bakıda yenmək xüsusi hadisə kimi yadda qaldı və uzun illər xatırlanacaq. Bu, ölkə futbol tarixində təmilçimizin “böyük beşlik”dən olanlar üzərində ilk qələbəsiydi. Nəticədə “Sent-Etyen”, “Anderlext”, “Maynts 05”, Dortmund “Borussiya”sı kimi üzdə olan komandalar Bakıya səfər etdi, futbolumuzun inkişafını görmək imkanları oldu.
Təbii, uğurun qazanılmasının əsas səbəbkarları baş məşqçi Roman Qriqorçukla meydanda top dalınca qaçan futbolçular idi. Lakin onlara güvənən, sıxıntı çəkməmələri üçün hər cür şərait yaradan, daim komandanın yanında olduğunu göstərən şəxs vardısa, o da Tale Heydərov idi.
Toni Adamsla...
Elə bir dönəm idi ki, pulumuzun dalını da, qabağını da balta kəsmirdi. Hansısa məşqçi və ya futbolçunun yanında Azərbaycanın adını çəkirdinsə, sevincdən gözləri işıldayırdı. Təbii ki, bu, əsasən pul dalınca qaçanlara, büdcəsini birdən-birə zənginləşdirmək istəyənlərə aid idi. Hansısa dünyaca ünlü birinə “Azərbaycanda işləmək istəyirsən” sualını versəydin, geri çevirərdi, ya da ən yaxşı halda götür-qoy edərdi. Necə ki, vaxtilə “Latsio” və “Fənərbaxça”dan tanıdığımız Nikola Lazetiç milyon qarşılığında “Xəzər Lənkəran”a gəlməkdən boyun qaçırmışdı.
Ona görə də İngiltərə futbolunun və “Arsenal”ın əfsanəsi Toni Adamsın Azərbaycana təşrif buyuracağı, üstəgəl, Qəbələdə yaşayacağı inandırıcı görünmürdü. Hətta bunu iddia edənlərə gülürdük də. Lakin bu baş verdi. Televizorda izləməyə alışdığımız Adamsın çöhrəsini yaxından görmək imkanımız oldu. Halbuki Toniyə lazım olsaydı, bank hesabındakı pullarla “Qəbələ”ni satın alardı. Sadəcə, onu bura gətirən səbəb Tale Heydərovun işgüzarlığı, böyük işlər görmək həvəsi və aralarındakı dostluq münasibəti idi. Başqa cür desək, keçid dönəmində dostuna dost əli uzatmaq üçün gəlmişdi. Sabiq “5 nömrə” baş məşqçi kimi uğurlu ola bilməsə də, ölkəmizin və “Qəbələ”nin İngiltərədə, həmçinin dünyada tanınması üçün ciddi reklam adamı idi.
Bu yarımbaşlıq altında Yuri Syominlə Marat İzmayılovun da adlarını xatırlatmaq yerinə düşər.
...Ronaldinyonun gəlişi
“Ronaldinyo Bakıya gəlir” – bu başlıqlı xəbəri oxuyanda hansısa həmkarımızın zarafat etmək eşqinə düşdüyünü zənn etmişdik. Ronaldinyo hara, Bakı hara, “Qəbələ” hara? Adam az qala kosmosa uçmağın planlarını qurduğu halda futbol ölkəsi kimi tanınmayan yerə niyə gəlsin ki?!
Və çox keçmədən məlum oldu ki, bu da Tale Heydərovun Azərbaycan futbolunun inkişafı və tanınması üçün görmək istədiyi işlərdən biridi. Braziliya futbolunun unudulmaz isimlərindən olan Ronaldinyo Bakıya gəldi, jurnalistlər önünə çıxdı, böyük izdiham yaşandı. Səbəb isə “Qəbələ” rəhbərliyinin ünlü futbolçunun adına akademiya açmaq məqsədi idi. Düzdü, bu, hələ də arzu olaraq qalıb. Yəni akademiyanın tikintisi və istifadəsi ilə bağlı hər hansı yenilik yoxdu. Bu il Ronaldinyonun adını daşıyan futbol məktəbinin istifadəyə veriləcəyi deyilir.
Mediaya münasibət
Pulu ilə öyünənlərin böyük əksəriyyəti cibindəkinin qədrini bilir, ətrafındakılara yuxarıdan aşağı baxmağı xoşlayır. Tale Heydərov isə tam fərqli insandı. Futbola gəldiyi ilk günlərdən jurnalistlərlə xoş davranışı ilə seçilməklə yadda qalıb. Məsələn, müsahibə və ya açıqlama üçün yaxınlaşanda mikrofon-diktofonları geri çevirməyib. Əskinə, böyük məmnuniyyətlə və gülərüzlə danışıb. Hətta xoşuna gəlməyən sual olanda belə, bəzilərindən fərqli buna əsəblə yanaşmayıb. Gülümsəyib keçib.
Media mənsublarına hörmət və diqqətinin nəticəsidi ki, Qəbələdə hansısa oyun, ya da turnir olanda həmkarlarımız ora getməkdən zövq alıb. İstər özümüzə olan münasibət, istərsə də rahatlığımız üçün yaradılan şərait hər zaman ön planda olub. “Qəbələ”nin avrokubok oyunları zamanı isə xarici səfərlərə yollanmaqla bağlı ayrı-seçkilik edilməyib. Komandanı aparan təyyarədə həmişə futbolçularla yanaşı, azı 15 jurnalist də əyləşib. “Balıq başdan iylənər” deyiblər. Tale bəyin bizə münasibəti necə olubsa, eyni davranışı klubun başqa rəsmilərindən və əməkdaşlarından da görmüşük.
Heyf...
Əlbəttə, görülən bu qədər xoş işlərin qarşılığında titulun olmaması üzücü məqamdı. Klub prezienti 13 il boyunca əlindən gələnin ən yaxşısını etməyə çalışsa da, heç bir məşqçi və futbolçu heyəti onu titulla sevindirə bilmədi. Düzdü, Roman Qriqorçukun vaxtında “Qəbələ” bir neçə dəfə çempionluğa yaxınlaşdı, həm onunla, həm də Yuri Syominlə ölkə kubokunu qazanmağa yaxın oldu. Amma “qızıl”a sevinmək mümkün olmadı. Halbuki heç olmasa, bir “qızıl” Tale bəyin haqqı idi. Axı o “Qəbələ”nin inkişafı üçün “qızıllarından” keçmişdi...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar