30 mar 13:42aktual, yigma

Yaşar Vahabzadənin komandası Türkiyə qarşısında bir hissə dözdü

Yaşar Vahabzadənin komandası Türkiyə qarşısında bir hissə dözdü
“60-cı dəqiqədən sonra futbolçularımız çatdırmırdı, zonaları bağlaya bilmirdik, arxa xətdə boşluqlar yaranırdı”

Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 srağagün türkiyəli həmyaşıları ilə yoxlama görüşündə qüüvvəsini sınayıb. İsatnbuldakı Rəcəb Tayyip Ərdoğan adına stadionda baş tutan, yerli hakimlərin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə gənclərimiz qapısını toxunulmaz saxlamağı bacarsa da, fasilədən sonra “ay-ulduzlular” 4 dəfə Vahabzadənin yetirmələrini meydanın mərkəzinə dəvət edib. U-21-in qapısından ilk qolu 56-cı dəqiqədə Umut Bozok keçirib. Matçda son nöqtəni də “Marsel”in forvardı qoyub. 83-cü dəqiqədə o dublunu rəsmiləşdirməklə yanaşı, komandasının 4-cü qolunun müəllifi olub. Ona qədər isə “Bursaspor”un hücumçusu Kubilay Kanatsızkuş artıq dubl etməyə müvəffəq olmuşdu. Kubilay 78 və 83-cü dəqiqələrdə Sənan Əlizadənin qoruduğu qapını dəqiq nişan alıb. Onu da bildirək ki, 64-cü dəqiqədə meydan sahibləri penaltidən yararlana bilməyib. Əlizadə Yusuf Yazıçının zərbəsini dəf edib.
Türkiyə: 12. Uğurcan Çakır, 2. Dorukhan Toköz, 4. Məhmət Zəki Çəlik, 7. Orkan Çınar (k), 8. Alican Özfəsli, 10. Yusuf Yazıcı, 11. Dəniz Mümmət, 13. Umut Bozok, 15. Ahmet Ildız, 16. Fəthi Özər, 18. Oğuzhan Çapar.
Baş məşqçi: Abdullah Ərcan.
Azərbaycan: 1. Sənan Əlizadə, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Sərkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov (k), 9. Ozancan Kökcü, 11. Mahir Mədətov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev.
Baş məşqçi: Yaşar Vahabzadə.
Oyundan sonra “ay-ulduzlular”ın baş məşqçisi Abdullah Ercan Türkiyə Futbol Federasiyasının saytına qarşılaşma ilə bağlı açıqlama verib: “Azərbaycanla matçda futbolçularımızın çoxu ilk dəfə millinin formasını geydi. Onların özünəinam qazanmaları və daha yaxşı oynamaları baxımından bu hesab sevindirici və ümidvericidi. Qarşılaşmanın ikinci hissəsi fərqli də ola bilərdi. İlk yarıda oyunumuz bərbad alındı. Rəqibin qapanacağını öncədən bilirdik. Matçın axarını cinahlara daşımalıydıq. Fasilədən sonrakı dəyişikliklərlə oyuna nəzarəti ələ aldıq. Yoxlama görüşü olsa da, hesab sevindiricidi. Amma oyun baxımından da “artırmalıyıq”. 7-8 ay əvvəl bizim heyətdə yer alan 6 futbolçu əsas millinin Moldova üzərində 3:1 hesablı qələbəsiylə bitən oyunun start heyətində yer aldı. Biri isə sonradan meydana çıxdı. Buna görə Fatih Terimə təşəkkür edirəm. Bizim komandada bəzi mövqelərdə çatışmazlıqlar var. Bu üzdən oyunçu axtarışını davam etdiririk”.
Türkiyə U-21 yığmasının kapitanı Orkan Çınar da fikirlərini bölüşüb: “Komanda oyunu göstərdik. Bir-birimizə dəstək verdik. Nəticədə 4:0 hesablı qələbə qazandıq. Bu nəticənin qeydə alınmasında komanda oyunu göstərməyimiz rol oynadı. Müdafiədə də inamlı çıxış etdik, yaxşı bağlandıq, rəqibə boşluqlar vermədik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Bunu bacardıq. Amma daha yaxşı oynaya biləcəyimizi düşünürəm. Əsas millimiz dünya çempionatına vəsiqə qazanmağa borcludu. Aramızda çox keyfiyyətli oyunçular var. Yavaş-yavaş əsas yığmada gəncləri oynatmağa başlayıblar. Bu faydalı olacaq”.
Dünən vətənə dönən U-21-in baş məşqçisi Yaşar Vahabzadə ilə də əlaqə saxlayıb, böyükhesablı məğlubiyyətin səbəbini aydınlaşdırmağa çalışdıq: “Birinci hissədə komanda pis təsir bağışlamadı. Futbolçular normal mübarizə apardılar. Müdafiədə inamlı oynadığımızdan onların yaddaqalan qol vəziyyətləri olmadı. Əsas məqsədimiz rəqibi əks-hücumda yaxalamaq idi. Ancaq fasilədən sonra rəqib bizi fiziki cəhətdən üstələdi. 60-cı dəqiqədən sonra futbolçularımız artıq çatdırmırdı. Zonaları bağlaya bilmirdik, arxa xətdə boşluqlar yaranırdı. Orta xətt xüsusilə axsayırdı, qarşı tərəf də bundan maksimum istifadə etdi. Onu da qeyd edim ki, Türkiyə yığmasının əksər üzvləri fiziki cəhətdən seçilirdilər, heyətdə ucaboy futbolçuların sayı çox idi”.
RƏŞAD
P.S. Oyunun protokolu AFFA-nın saytında yerləşdirilmədiyindən ehtiyat oyunçular skamyasında kimlərin oturduğunu, kimlərin sonradan meydana çıxıdğını dəqiqləşdirə bilmədik. TFF-nin saytında isə yalnız meydan sahibləri ilə bağlı məlumat yer alıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar