14 apr 20:07aktual

İkiüzlü rejissor...

İkiüzlü rejissor...
Halldorssonun əməlinə sözardı
- Avropa və dünya çempionatının final mərhələsində çıxış etmiş, Messinin penalti zərbəsini dəf etməklə dünyaya səs salmış qapıçı “Qarabağ”da əsas heyət üzvünə çevrilə bilmədi. Səbəbini nədə görürsən?
- İşlərin plan üzrə getməməsinin müxtəlif səbəbləri var. Konkret fakt göstərmək çətindi. Məncə, ən böyük problem komandaya qoşulanda zədəli olmağım idi. Çünki o dönəmdə qapıçılar arasında ciddi rəqabət var idi və mənim zədəmi sağaldandan sonra “1 nömrə”yə çevrilməyim çətin görünürdü. Sağalandan sonra fasilələrlə oynadım. Fikrimcə, şans qazandığım görüşlərdə özümü heç də pis göstərməmişdim. Yalnız “Sportinq”lə Bakıda baş tutan qarşılaşma istisnadı. Həmin matçdan sonra bir daha şans qazanmadım. Niyə? Bu sualın ən doğru cavabını baş məşqçi verə bilər. Mən etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışdım. Məşqlərdə fəallıq göstərir, oyunlara ürəklə hazırlaşırdım. Dediyim kimi, startda zədələnməyimin böyük rolu oldu.
- Saatyarımdan sonra Bakını tərk edirsən. Bəlkə də ayaqların bir də buralara dəyməyəcək. Özünlə hansı xatirələri aparırsan?
- İlk növbədə topladığım təcrübəni. Fərqli ölkədə yeni nələrsə öyrəndim, gördüm. Karyeramda ilk dəfə evimdən bu qədər uzaqda legioner həyatı yaşadım. Bu məni daha da möhkəmləndirdi. Klubda və kənarda yaxşı dostlar qazandığımı da deməliyəm. Qapıçılarla işləyən məşqçimizi (Elxan Həsənov) karyeramda ən güclü məşqçilərdən hesab edirəm. Onunla çalışmaq mənə zövq verirdi. AVROLİQANIN QRUP MƏRHƏLƏSİNDƏ 2 OYUNDA MEYDANA ÇIXMAĞIM DA HƏYATIMIN UNUDULMAZ ANLARINDAN BİRİ KİMİ YADIMDA QALACAQ. BAKIDAN XOŞ XATİRƏLƏRLƏ AYRILIRAM.
- Azərbaycan sənə təkcə təcrübə verdi, başqa heç nə?
- Dediyim kimi, YAXŞI DOSTLAR QAZANDIM. Pis şeylər haqda qətiyyən düşünmək istəmirəm. YAXŞI HADİSƏLƏRİ XATIRLAYACAM.
“Qarabağ”ın yayda heyətinə cəlb edib, bir həftə öncə yollarını ayırdığı Hannes Halldorssonun dilindən çıxanlardı. Təcrübəli qapıçı ötən cümədən şənbəyə keçən gecə hava limanında bəndənizin suallarını cavablayarkən məhz bu cür danışmışdı.
"Danışıqlar uzun zaman aldı. Yeni ildən öncə "Qarabağ"dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik vardı. Ora getməyim səhv addım idi. Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Lakin son qərarım doğru olmadı" – bu sözlər də məhz Hannesin dilinin “məhsuludu”. Bakıdan qayıdandan sonra İslandiya mətbuatına açıqlamasında belə danışıb.
İki açıqlama arasındakı fərqlləri görmək çətin olmamalıdı. Soyuq Skandinaviya ölkələrində bunu adı nədi, bilmirəm. Amma bizim məmləkətdə buna ikiüzlülük deyirlər. Yəni qonaq getdiyin yerdə sənə olan soyuq münasibəti görüb məmnun olduğunu göstərirsən, qapıdan çıxan kimi səni misafir edənlərin dalınca danışırsan. Bəndənizlə söhbətdə “Qarabağ”da nələrisə öyrəndiyini, yeni təcrübə topladığını, Avroliqanın qrup mərhələsində oynamağın həyatının unudulmaz hadisəsi olduğunu, yaxşı döstlar qazandığını deyən 34 yaşlı qapıçı həmçinin Azərbaycandakı xoş günləri xatırlayacağını söyləmişdi. Lakin təyyarədən düşən kimi nə düşündüsə, fikirləri kökündən dəyişdi. “Qarabağ”a keçməyi səhv addım imiş, içində bir bədbəxtlik və qəribəlik varmış. Halbuki elə həmin açıqlamada “Futbol+”ə dediklərini təkrarlamağa borclu idi. Avroliqanın qrupunda oynamaqdan, yaxşı dostlardan, xoş hadisələrdən söz aça bilərdi. Bəli, məhz bilərdi. Amma bilmədi. Çünki bunun üçün birüzlü olmaq lazımdı.
Halldorsson futbolçu olmaqla yanaşı, həm də rejissordu. Yəni manevrlər, keçidlər etməyi, süjet qurmağı, fantaziyalarını işə salmağı yaxşı bacarır. Amma bu əməlini nə futbolçu, nə də rejissorluq bacarığına bağlamaq mümkündü. İkiüzlülükdü, başqa heç nə...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar