12 apr 12:44aktual

Əzəli rəqiblər stadionlarda söyüşün əleyhinədi

Əzəli rəqiblər stadionlarda söyüşün əleyhinədi
“Turnir cədvəlində yaranan vəziyyət də buna təsir edə bilər”
Premyer-liqanın 23-cü turunda xoşagəlməz olay yaşandı. Həm Bakıda, həm də Qəbələdə. Söhbət "Neftçi" və "Qarabağ" azarkeşlərinin əzəli rəqibi söyməsindən gedir. "Ağ-qaralar"ın fanatları "Bakcell Arena"da "Zirə" ilə baş tutan görüşdə "köhlən atlar"ı "yad etdisə", Ağdam klubunun fanatları "Qəbələ" ilə səfər qarşılaşmasında onları cavabsız qoymadı. Təbii, söyüşə heç cür haqq qazandırmaq olmaz. Üstəlik, zərif cinsin nümayəndələrinin də stadiona təşrif buyurduğunu nəzərə almalıyıq. Ola bilər, kimsə "xaricdə də söyürlər" fikrini əsas kimi gətirmək istəsin. Ancaq bizim mentallıq fərqlidi və bizdə söyüş birmənalı olaraq qəbuledilməzdi.
Bəs görəsən, söyüşü yığışdırmaq mümkündü? Məlum olduğu kimi, Türkiyədə "küfür qadağası" var. Deməli, bunun qarşısını almaq nümkündü. Hərçənd ötən sayımıza açıqlamasında PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev söyüşün qarşısını Əsasnamə ilə almağın mümkün olmadığını deyib. O "yeganə yol azarkeşi maarifləndirməkdən keçir, təbliğat aparmaq lazımdı" söyləyib. Maraqlıdı, son turda azarkeşləri həddi aşan klubların mətbuat katibləri bu haqda nə düşünür?
Rüstəm Allahverdiyev (Neftçi): "Həm "Neftçi", həm "Qarabağ" azarkeşlərinin, həmçinin PFL-in bu məsələ ilə bağlı mövqeyindən xəbərdaram. Biz klub olaraq, stadionlarda təhqirə qarşıyıq. Bu cür ifadələrin tribunalarda səslənməsinin əleyhinəyik. Ümumiyyətlə, bu məsələdə qonşu ölkələrdə də problemin olduğunu görürük. Xüsusən qardaş Türkiyədə. Odu ki, bu məsələ tez-tez gündəmə gəlir. Biz də istərdik ki, insanlar futbola istirahət üçün gəlsinlər. İstirahət üçün gələn ailəsi ilə - həyat yoldaşı, uşağıyla gələ bilər. Söyüşlər isə həmin insanların stadiona təşrif buyurmasına istər-istəməz mənfi təsir göstərir. Biz də bu cür təhqirlərin əleyhinə olmaqla yanaşı, azarkeşlərlə görüşümüzdə müntəzəm bu məsələni qabardırıq. Onlara fikrimizi çatdırmağa çalışırıq ki, stadionlarda təhqirlərə yol verməsinlər. Rəqib klubları, rəqib azarkeşləri təhqir etməsinlər. Tərəfdar hansısa şüar səsləndirə bilər, ancaq söyüş olmasın. Bəzən elə an olur, elə vəziyyət yaranır ki, azarkeşlər də hisslərini cilovlaya, emosiyalarını idarə edə bilmir. Dediyim kimi, "Neftçi" olaraq, təhqirlərə qarşıyıq və hər dəfə azarkeşlərlə görüşəndə həmin məqamı qabardırıq. Aslan Şahgəldiyevin də qeyd etdiyi kimi, bununla bağlı təbliğat getməlidi. "Neftçi" hər zaman belə təbliğatın aparılmasında nə dəstək lazımdısa, verməyə hazırdı".
Nurlan İbrahimov (Qarabağ): "Bildiyimə görə, birinci "Bakcell Arena"da qeyri-etik ifadələr işlədiblər. Qəbələdə isə "Qarabağ Ordu" onlara qarşılıq verib. Mən də səbəbi ilə maraqlandım və dedilər ki, öncə "Neftçi" azarkeşləri heç bir çərçivəyə sığmayan söyüşlər işlədiblər. Düzdü, futbol matçlarında bəzən təhqirlərin şahidi oluruq. Ancaq müəyyən hədd var. Bizim mentallığı da nəzərə alsaq, söyüşlərin eşidilməsi heç də xoş deyil. Bəlkə də bu rəqabətdən, ehtirasların qızışmasından irəli gəlir. Son həftələrdə turnir cədvəlində yaranan vəziyyət də buna təsir edə bilər. Dediyim kimi, bu haqda söhbətimiz oldu və azarkeşlər də səbəbini izah etdilər. Təbii, biz də təhqiramiz ifadələrin işlədilməsinə yaxşı baxmırıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar