12 apr 10:39aktual

Tale Heydərov prezident postundan getdi

Tale Heydərov prezident postundan getdi
“Qəbələ” kursu dəyişir
Dünən futbol ictimaiyyətini, eləcə də medianı təəccübləndirən ən gözlənilməz xəbər, heç şübhəsiz, "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovun tutduğu vəzifədən istefa verməsi oldu. Bu haqda klubun saytı məlumat yayıb. Qeyd edək ki, Tale bəy 2006-cı ildən "qırmızı-qaralar”ın prezidenti idi.
Heydərovun istefasının səbəbini bilmək, onun bu addımının klubun gələcəyinə nə dərəcədə təsir edəcəyini öyrənmək üçün dünən şimallıların vitse-prezidenti Fariz Nəcəfovu arasaq da, zənglərimiz cavabsız qaldı. Klubun digər rəsmiləri də məsələ ilə bağlı məlumatlı olmadıqlarını bildirdilər.
Ancaq kluba yaxın mənbədən əldə etdiymiz məlumata görə, Heydərov 13 ildən sonra prezidentlik kürsüsündən ayrılsa da, “Qəbələ” fəaliyyətini davam etdirəcək. Dəyişən “qırmızı-qaralar”ın transfer siyasəti olacaq. Mənbəmizin sözlərinə əsasən növbəti mövsümdən şimallıların heyəti bütünlüklə akademiyanın yetirmələrindən qurulacaq. Legionerlərlə vidalaşacaq şimallılar təcrübəli yerli oyunçuların da xidmətindən imtina etməyi düşünür.
Klubda baş verən proseslərlə bağlı sonxeber.az portalı Tale bəyin babası, millət vəkili Fəttah Heydərovla danışıb. Fəttah bəy nəvəsinin istefa verməsi xəbərini saytlardan oxuduğunu deyib: "Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki heç bir məlumatım yoxdu".
Klubun baş meneceri Zaur Əzizov isə qol.az saytına açıqlamasında qərarın dünən verildiyini söyləyib: “Qərar bu gün verilib. Dərhal da klubun rəsmi saytında açıqlandı. Hələlik olan məlumat budu. Amma çox qısa müddətdə lazımı açıqlama veriləcək”.
Klubun gələcək taleyi haqda da danışan Zaur bəy yaxın vaxtlarda məsələ ilə bağlı daha geniş açıqlama veriləcəyini deyib: “Bu gün üçün hər kəs işinin başındadı. Komanda səhər məşqini edib. Əlavə hansısa dəyişiklik baş verməyib. Yenə deyirəm, ən yaxşısı gözləməkdi. Daha geniş açıqlamadan sonra bütün suallara aydınlıq gələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar