10 apr 15:03aktual

Emil Balayev etdiyi səhvə şərh verdi

Emil Balayev etdiyi səhvə şərh verdi
“Bu hərəkəti Azərbaycanda dəfələrlə etmişdim - yalan olmasın, azı 10 dəfə”
Qış fasiləsində hazırlığı “Səbail”lə keçən, lakin bir anda “Tobol”a transfer olunan Emil Balayevə “1 nömrə” gözü ilə baxılacağını gözləmirdik. Lakin yoxlama görüşlərində meydana çıxan, həm idmançı, həm də insani keyfiyyətləri ilə məşqçilər heyətinin və futbolçuların rəğbətini qazanan həmyerlimiz artıq Kostanay təmsilçisinin əsas heyət üzvü sayılmaqdadı.
Qzaxıstan çempionatında 4 tur geridə qalıb ki, Emil bütün oyunları əvəzlənmədən keçirib. Lakin sonuncu turda “Tobol”un “Aktobe” üzərindəki 2:1 hesablı qələbəsindən çox yığmamızın üzvünün 89-cu dəqiqədəki səhvi danışıldı. Hətta oyunu şərh edən jurnalist də epizoda “bu cür səhv edən qapıçı yəqin ki, uzun müddət əsas heyətə həsrət qalacaq” ifadəsini işlətdi. Lazımsız vəziyyətdə rəqib futbolçunu aldatmaq istəyən Balayev qola səbəbkar oldu ki, baş məşqçi Vladimir Qazzayevlə komanda yoldaşları onun müdafiəsinə qalxdı.
Məsələylə bağlı səbəbkar özü də danışıb. Sport24.az saytına müsahibə verən Emil epizodu belə şərh edib: “Artıq sonuncu dəqiqələr idi və belə bir səhv etdim. Təbii ki, mənim üçün heç xoş olmadı. Düzdü, komandanın 3 xal qazanması çox böyük amildi. Amma məndə ikili təəssürat oldu. Yəni qələbəyə tam ürəkdən sevinə bilmədim. Amma sağ olsunlar, yerli camaat, fanatlar, həm də klub rəhbərliyi, məşqçi heyəti, bir sözlə, bütün kollektiv, futbolçulardan tutmuş hamıyadək, hamı bir olub mənə dəstək oldular. Qolda da diqqət yetirsəz, Gürcüstan millisinin kapitanı olan Jaba Kankava mənə tərəf qaçdı, dəstək oldu. Qoldan sonra oyun bitənədək bütün stadion adımı səsləyirdi, xoş şeylər oldu. Oyundan sonra da baş məşqçimiz Vladimir Qazzayev dedi ki. bu səhvi çıxmaq şərtilə ümumən oyunun yenə çox yaxşı idi, komandaya köməyin dəydi, Amma onu da dedi ki, belə bir risk əsassız idi. Bu cür risk etmək düzgün olmaz. Elədim və qapımızda qol gördük. Şükürlər olsun ki, nəticəyə təsir etmədi, 3 xalı qazandıq. Eyni şeyi fransızların qapıçısı, eyni zamanda kapitanı olan Uqo Lyoris dünya çempionatında etmişdi. O da həmin səhv nəticəsində qapısında top görmüşdü. Bu da hardasa ola bilər ki, özünə əminlikdən irəli gəlir. Bu hərəkəti Azərbaycanda dəfələrlə etmişdim - yalan olmasın, azı 10 dəfə. Elədim və axırda üzülən tərəf də mən oldum. Həmin epizodda bir az yubandım və gördüm ki, artıq rəqib mənə çox yaxındı. Bu zaman onu aldatmaq istədim, alınmadı. Nəticədə qol buraxdım. İnşallah, bundan nəticə çıxararaq gələcəkdə belə bir səhvi təkrarlamaram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar