10 apr 14:58aktual

PFL söyüşün qarşısını almaqda acizdi

PFL söyüşün qarşısını almaqda acizdi
Elnur Quliyev: “Fərdin mədəniyyəti tənəzzül edibsə, qrup eyni səhvi təkrarlamamalıdı”
Azarkeşin tribunadan komandasını dəstəkləməklə yanaşı, uğursuzluğa etiraz bildirməyə, müxtəlif yollarla təzyiq etməyə haqqı var. Hətta sözün əsl mənasında onlara verilən tribunadan istifadə edib rəqib bostanını da daşlamaq olar. Hansı ki, bu, dünya arenalarında da rast gəldiyimiz üsuldu. Elə bizimkilər də zaman-zaman prinsipial rəqibini kobud formada da olsa, “yad edib”. Ancaq kaş indikilər, bir neçə il əvvəl “Sevirəm XƏZƏRin qucağındakı, ey əziz, ey gözəl, mehriban BAKI” plakatı ilə rəqibini sancan azarkeşlər qədər kreativ olaydı. Əksinə, çempionluq uğrunda mübarizə aparan “Neftçi” və “Qarabağ” azarkeşləri əndazəni aşıblar. Böyük-kiçik, qadın-qız bilmədən, bir-birinin ünvanına söyüş yağdırırlar. Söyüş var bağışlanası, söyüş də var bəraəti olmayan…
“Neftçi”nin “Zirə”ylə oyununda “Forza Neftçi”nin üzvləri 90 dəqiqə susmaq bilmədilər. Ara-sıra çempionluq yolundakı əsas rəqibləri “Qarabağ”ı da “yada salırdılar” ki, bu da başadüşüləndi. Amma ikinci hissənin gedişində gur səslə “Qarabağ”, ananı ...” deyən azarkeşlər təxminən 1 dəqiqəyə yaxın həmin söyüşü təkrarladılar. Halbuki qeyd etdiyimiz kimi, həm stadionda, həm də mavi ekran qarşısında çox sayda xanım futbolsevər, hətta futbolçuların doğmaları oyuna baxırdı.
Qəzetimizin ötən sayında “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin məsələ ilə bağlı mövqeyini öyrənmişdik: “Hər cür iradınızla razıyam. Olmamalıydı, oldu. Açığı, həmin vaxt klubun mühafizə xidmətinin rəhbəri də bizə yaxınlaşıb stadionda qadınların olduğunu bildirdi. Gördüz ki, dərhal da yığışdırdıq. “Zirə”ylə oyunlarımız həmişə ağır olur. 82 yaşlı komanda 4 ilin komandasını çempionatda cəmi iki dəfə məğlub edə bilmişdi. Bu da istər-istəməz bizdə müəyyən qıcıq yaradırdı. Üstəlik, “Zirə”nin “Qarabağ”a kömək etdiyi deyilir. Hətta oyundan əvvəl eşitmişdik ki, “Qarabağ” “Zirə”yə mükafat söz verib. Yəni bizdən xal alsaydılar, “Qarabağ” futbolçulara “premiya” verəcəkdi. Bu da müəyyən mənada qıcıq yaratmışdı. Amma istənilən halda addımızı doğru hesab etmirəm. İnşallah, bir də təkrarlanmaz”.
Bazar günü isə eyni hal Qəbələdə yaşandı. Bu dəfə “Qarabağ” azarkeşləri “Neftçi”liləri ağır söyüşlə “yad etdilər”. Maraqlıdı ki, “İmarət”in İdarə Heyətinin rəhbəri Elnur Quliyev söyüşü əvvəlcə təkzib etdi, eyni zamanda, istisna da etmədi: “Qəbələdə “ana söyüşü” olmayıb. Çünki oyundan əvvəl uşaqları xəbərdar etdik. Bilirsiz, azarkeş biranlıq emosiyanın təsiri altında hətta pərəstiş etdiyi oyunçunu da söyə, təhqir edə bilər. Ancaq razıyam, təhqirin həddi var. Fərdin mədəniyyəti tənəzzül edibsə, qrup eyni səhvi təkrarlamamalıdı. “Neftçi” azarkeşlərinin klubumuza yönəlik təhqirlərindən xəbərimiz var. Təəssüf edirik. İstəməzdik aramızdakı rəqabət bu şəkildə davam etsin. Dünya meydanlarında da təhqir olur, ancaq hər şeyin həddi olmalıdı. Biz o vaxt “Neftçi”yə daldan…” şüarını səsləndirəndə çoxları onun mənasını anlamadı. “Neftçi” azarkeşləri götürüb özümüzə qarşı istifadə etdilər. Hətta o gün “Qəbələ” azarkeşlərindən də həmin şüarı eşitdik. Aramızda bir-iki nəfərin çərçivəni aşması o demək deyil ki, “İmarət”in səviyyəsi aşağıdı. Həmişə çalışmışıq ki, etikanı gözləyək”.
Tərəflər səhvlərini anladıqlarını desələr də, görünən odu ki, “bu xəmır hələ çox su aparacaq”. Bəs inzibati yolla tribunalardan təhqirləri yığışdırmaq mümkündü? Uzağa getməyək, qardaş Türkiyədə “küfür qadağası” var. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev söyüşün qarşısını almağın yolunun maarifləndirici iş aparmaqdan keçdiyini deyir: “Mən də “Neftçi” – “Zirə” oyunundaydım və o söyüşü eşitdim. Təbii ki, xoş qarşılana bilməz. Amma bunun qarşısını əsasnaməylə almaq mümkün deyil. Yeganə yol azarkeşi maarifləndirməkdən keçir. Təbliğat aparmaq lazımdı”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar