30 mar 13:33aktual

“Neftçi”lilər Bakı Əyləncə Mərkəzində əylənəcək

“Neftçi”lilər Bakı Əyləncə Mərkəzində əylənəcək
Tahir Süleymanova da dəvət göndərilməyib
“Ağ-qaralar”ın 80 illik yubileyinə hesablanmış silsilə tədbirlərindən növbətisi bu gün baş tutacaq. Bu haqda hələ martın 18-də, “Neftçi” – “İnter” qarşılaşmasında xəbər verilmişdi. O vaxtdan bu yana klubun “feysbuk” səhifəsində və “CBC Sport”da müxtəlif anonslar verilməkdədi. Bir daha xatırladaq ki, “Neftçi”nin veteran futbolçuları, ölkə futbolunun üzdə olan simaları və klub rəsmilərinin iştirak edəcəyi yığıncaq günorta saatlarında start götürəcək. Qonaqlar ordan birbaşa “Bakcell Arena”ya yollanacaq. Məclisin keçiriləcəyi restoranın adı gizli saxlanılsa da, bu haqda məlumat əldə etmişik. Belə ki, yubiley ziyafəti Bakı Əyləncə Mərkəzində (BƏM) baş tutacaq.

Xaricdən gələnlərin adları məlumdu
Əvvəla onu qeyd edək ki, “Neftçi”nin yubileyində əsas yük “feysbuk”un üzərinə düşür. Klubun inkişafını menecment və marketinq çalışmalarında görən indiki rəhbərliyin ən asan yol seçib sosial şəbəkələrə bel bağlaması ürəkağrıdan haldı. Yəni o boyda ad günü keçirmək üçün işi otaqda oturub klaviaturanın düymələrini döyəcləməklə bitmiş sayırlar. Odu ki, xəbərlərə əsasən “feysbuk”da rast gəlirik. Srağagün günorta saatlarında yerləşdirilən xəbərdə ölkə xaricindən tədbirə Nikolay Boqdanov, Nikolay Smolnikov, İqor Ponomaryov, Vitali Şevçenko kimi veteran futbolçuların dəvət olunduğu qeyd olunub. Həmçinin tədbirin bədii hissəsini izləmək istəyən azarkeşlərə “Neftçi” - “Qarabağ” görüşündən bir saat əvvəl, yəni 18.30-da gəlmək məsləhət görülüb.

Biletlər 1 manata və 15 nəfərin təbriki
Oyununun biletləri dünəndən satışa çıxarılıb. Qiyməti 1, VİP-yerlər üçün 5 manat olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü. Diqqəti çəkən daha bir məqam ağ-qara formanı geymiş sabiq futbolçuların “Neftçi”nin ad gününü video şəklində təbrik etməsidi. Həmin görüntülər klub saytında yerləşdirilib. Təbrik göndərən 15 sabiqin siyahısı belədi: Georgi Adamiya, Flavinyo, Əli Cansun, İqor Mitreski, Vadim Borets, Suat Usta, Slavço Georgievski, Tomislav Mişura, Ernest Nfor, Branimir Subaşiç, Svyatoslav Stefanov, Nikolas Kanales, Dmitri Kruqlov, Anyete, Kaue.

Sabiqlər danışdı
Tədbirə dəvət olunmuş veteran futbolçular “Neftçi”nin rəsmi saytına açıqlama verib.
Nikolay Boqdanov: “Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidi. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Bu, mənim vətənimdi. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu, mənim üçün hər şeydi. Birvaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Bu hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunaları dolduracaq”.
Vitali Şevçenko: “Azərbaycan mənim vətənimdi. Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdı: ilk dostlar, ilk futbol... Xoş hisslər keçirirəm. Hesab edirəm ki, “Neftçi” sabah mütləq qalib gəlməlidi. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcək”.
İqor Ponomaryov: “Neftçi”nin 80 illik yubileyi ilə bağlı Bakıda olmaq çox xoşdu. Allah eləsin, sevimli klubumuzun 100 illiyini də birlikdə qeyd edək. Paytaxta gəlmək həmişə xoşdu, Bakı mənim doğma şəhərimdi. Belə təntənəli tədbirlər təşkil etdiyinə görə klub rəhbərliyinə minnətdaram. “Neftçi” mənim yeniyetmə dövrümdü, gəncliyimdi. Hələ gənc yaşlarımda bu komandada oynamaq istəyirdim. Hətta ÇSKA-ya gedəndən sonra da “Neftçi”yə qayıdıb, burda çıxış etdim. “Neftçi” mənim üçün xüsusi komandadı, o, həmişə qəlbimdə olacaq”.

Başqa təbliğat üsullarına ehtiyac duyulmayıb
Tədbirin maraqlı alınacağına şübhə yoxdu. Söhbət “Neftçi”nin ad günündən gedirsə, vəziyyət məlumdu. Lakin stadiona daha çox azarkeşin toplaşması üçün məktəb və universitetlərdə, idarə və təşkilatlarda təbliğat aparılması mütləqdi. Bu yolla “Bakcell Arena”nın azı yarısını doldurmaq olar. Maraqlıdı, klub rəsmiləri bu yöndə hansısa iş aparıb, yoxsa təbliğat təkcə sosial şəbəkələrdə yazılanlardan ibarətdi? Klubun sözçüsü Mehman Rəsulovun cavabı belə oldu: “Bir sıra təbliğat vasitələrinin effektliliyini sınaqdan keçirmişik. Məlum olub ki, çap materialları arasında ən faydalısı qəzetdi. Biri, məsələn, “Futbol+”. Yapışdırılan çap materialları müasir dövrdə o qədər də effektli deyil. Elektron KİV-lərdə və sosial şəbəkələrdə daha çox insan kütləsi olur. Ona görə də təbliğatı əsasən internet vasitəsiylə apardıq. “CBC Sport”da bir neçə gündü oyunun anonsu verilir. Məktəb və ya universitetlərdə görüşlər keçirməyə ehtiyac duymadıq. Onsuz da şagird və tələbələrin böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə edir. Fikrimcə, bu dəfə stadiona daha çox azarkeş təşrif buyuracaq”.
Sadıq Sadıqovla Böyükağa Hacıyevə dəvət göndərilib
Qonaqlar arasında “Neftçi”nin sabiq futbolçularının olacağını bildik. Bəs vaxtilə kluba rəhbərlik etmiş şəxslər, uğurlarda pay sahibi olanlar? Onlar da dəvət olunub? Rəsulova ünvanladığımız “yaxın keçmişdə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanılmasında əməyi olmuş Sadıq Sadıqov, Tahir Süleymanov, Böyükağa Hacıyev kimilər qonaqlar arasında olacaqmı” sualına da aydınlıq gətirdi: “Nəinki yaxın keçmişdə, müstəqillik dönəmində “Neftçi”nin prezidenti olmuş şəxslərə dəvət göndərilib. İstər Sadıq Sadıqov olsun, istər Aydın İbrahimov, istərsə də Əkbər Hacıyev. Dəvət göndəriləndə uğur bölgüsü aparılmayıb. Ona görə də sırf veteranlara və sabiq klub rəhbərlərinə dəvət göndərilib. Böyükağa Hacıyev isə Məşqçilər Komitəsinin üzvü kimi çağrılıb”.
Bədii hissə gizli saxlanılır
Azarkeşlərə stadiona oyundan bir saat əvvəl gəlmələri üçün müraciət olunubsa, deməli, maraqlı bədii hissə gözlənilir. Proqram nədən ibarət olacaq? Azarkeşləri nə gözləyir? Mehman Rəsulovu dinləyək: “Oyundan təxminən yarımsaat əvvəl tədbir başlayacaq. Bir saatı ehtiyat zaman kimi nəzərdə tutmuşuq. Azarkeşlərin rahatlığını düşünüb belə müraciət etdik. Bilet almağın özü vaxt alan prosesdi. O ki qaldı tədbirin bədii hissəsinə, detallar haqda danışmaq istəmirəm. Bir şeyi deyə bilərəm ki, belə bir fürsəti qaçırmağa dəyməz. Maraqlı anlar olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim Bütün xəbərlər
Ən çox oxunanlar