05 apr 17:12aktual

“Bu gün 2 qol vurdu, bu da sizə cavab”

“Bu gün 2 qol vurdu, bu da sizə cavab”
Mahir Mədətov susub, indi də atası başlayıb
“Sumqayıt”la oyunda Mahir Mədətovun dubl etməsinə ən çox sevinənlər, heç şübhəsiz, ailə üzvləri idi. “Qarabağ”ın və yığmanın əsas heyət üzvlərindən sayılan 21 yaşlı futbolçu ötən ildən bu yana azarkeşlərin tənqid hədəfinə çevrilib. Kosovoyla oyundan sonra verdiyi açıqlama, “instaqram” səhifəsində atmaca tipli paylaşımı insanlarda qıcıq yaratmışdısa, Avroliqada və millidəki zəif çıxışı tənqidlərin dozasını bir qədər də artırdı. Odu-budu, Mədətov yaxşı oynayanda da fitə basılır, pis oynayanda da. Belə məqamda futbolsevərlərin qəlbinə yenidən yol tapmaq üçün susmaq və bacarığını yaşıl meydanlarda göstərmək olduqca vacib şərtdi.
İnsaf naminə, Mahirin hazırda düz yolda olduğunu deməliyik. Qurban Qurbanovun iradlarına tuş gələn “11 nömrə” artıq xeyli müddətdi mətbuata müsahibə vermir. Başqa cür desək, baş məşqçinin qadağasına əməl edir. Sosial şəbəkələrdəki paylaşımları da kifayət qədər səliqəlidi. Ya özünün şəkillərini nümayiş etdirir, ya qollarını, ya da tanınmışlarla olan fotolarını. Yəni atmaca xarakterli heç nə görmək mümkün deyil. Hətta “Sumqayıt”la oyunda dubl etməsinə baxmayaraq, dabanla vurduğu qolun şəklini qoyaraq, altına “9 qol+3 xal” sözlərini yazıb. Belə də olmalıdı. Çünki başqa vasitələr ziyanına işləyəcək.
Əvəzində atası Anar Mədətov göz düzəltmək istəyən yerdə vurub göz çıxardıb. Prodüsser ata oğlunun azarkeşlərlə barışmasına çalışmaq əvəzinə etdiyi paylaşımla fanatlarda qıcıq yaradıb: “Bəzi azarkeşlərə deyirəm. Mahir sizə nə edib? Bu gün Mahir dubl etdi, yenə də onu borclu çıxarırsız. Siz həqiqətən də azarkeşsiz? İstəmədən şübhə yaranır. Bu futboldu. Bəzi oyunlarda Mahir qol epizodlarını dəyərləndirə bilmir. Amma bu hamıda olur. Başqa oyunçu vura bilməsə, heç nə deməzsiz. Mahir vura bilməyəndə, bilmirsiz nə edəsiz. Bu gün 2 qol vurdu, bu da sizə cavab. Mahir özünün yaxşı futbolçu olduğunu göstərdi”.
Valideyndi, hər halda, onun da narahatlığını başa düşmək olar. Amma bu cür olmur, Anar bəy. Siz etiraz edən azarkeşlərdən yaşca böyüksüz, yəni az-çox dünya görmüş adamsız. Razılaşın ki, azlıq daim çoxluğa tabe olub. Hətta siz düz olsaz belə, bu üsul çıxış yolu deyil. Mahir bacarığını göstərdikcə, qol vurduqca, susmalısız, hadisələrin axarını izləməlisiz. Çünki Mahir bu cür edir. Əvəzində siz bu cür atmaca xarakterli paylaşımlar etdikcə, münasibətləri daha da qızışdırırsız. Stadionlara toplaşanlara “bu da sizə cavab” deyirsiz. Amma bir şeyi unudursuz ki, onların növbəti matçdakı cavabı daha sərt ola bilər. Bundan zərər çəkən isə siz yox, min bir əziyyətlə böyütdüyünüz oğlunuz olacaq.
Şou-bizneslə futbolun hərəsinin özünə görə qanunları var. Yaxşı olardı ki, orda gördüklərinizi futbola yansıtmayasız. Təbii ki, Mahirin gələcəyini düşünürsüzsə...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar