29 mar 23:35aktual, manset

AFFA təşkilatçılıqla bağlı nöqsanlara aydınlıq gətirdi

AFFA təşkilatçılıqla bağlı nöqsanlara aydınlıq gətirdi
Nərimanoğlu: “Assosiasiya maliyyə məsələlərində heç nəyi gizlətmir”

Azarkeş auditoriyası stadionun tutumundan daha geniş olan Azərbaycan – Almaniya matçında (1:4) təşkilatçıların üzərinə böyük yük düşürdü. 30 mindən çox azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq yaşanacağı da gözlənilirdi. Bilet satışına bir neçə ay öncədən start verilməsinin də səbəbi matçın statusunun nəzərə alınmasından irəli gəlirdi. Təsadüfi deyil ki, oyuna 2 gün qalmış bütün biletlər satılmışdı. Bir sözlə, AFFA-nın həm azarkeşlərin rahatlığı, həm də UEFA-dan gələn nümayəndələrin neqativ halları raportunda qeyd etməməsi üçün qarşılaşmaya maksimum hazırlaşdığı şübhə doğurmurdu. Ancaq bəzi mənfi hallar qaçılmaz oldu.

“Qara bazar”
Düzdü, “qara bazar”ın qarşısını almaq üçün AFFA bilet satışı zamanı müəyyən qaydalar tətbiq etmişdi. Məsələn, bir ələ 5-dən artıq bilet satılmırdı. Bundan başqa, onlayn satışın tətbiq olunması, satış məntəqələrinin sayının çoxluğu da bu baxımdan müsbət addım idi. Bununla belə, “qara bazar”ın qarşısını tam almaq mümkün olmamışdı. Oyundan bir neçə saat öncə “Gənclik” metrosunun yaxınlığında olan əməkdaşımız 2-3 nəfərin əlaltdan, xəlvəti bilet satdığını müşahidə edib. Həmin fürsətcillər 2 manatlıq biletləri 20-25 manata təklif edirmiş. Maraqlıdı ki, bu mənada almanları əməlli-başlı hərifləyirmişlər. Belə ki, 2 manatlıq bilet üçün 40 manatından keçən qonaqlar da olub. Görəsən, “qara bazar”ın əl-qolunu tam bağlamaq niyə mümkün olmayıb? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunu dinləyək: “Heç kimə kütləvi bilet satılmamışdı. Düzdü, bizə də məlumat daxil oldu ki, orda kimsə əldə bir-iki bilet satıb. Onların da qarşısı alındı. Ancaq deyim ki, orda kütləvi “qara bazar” olmayıb. Bəli, 2-3 nəfər olub və bu haqda bizə informasiya çatdırıldı. Polis də onlara qarşı lazımi tədbir görüb. Çünki bu məsələ oyundan öncə keçirilən görüşdə də ciddi şəkildə vurğulanmışdı”.

Bileti olanlar kənarda qalıb?
Əslində oyundan iki saat öncə qapılar açılır. Azarkeşlər daha tez stadiona təşrif buyursa, tribunaya daxil olmaqda problem yaşamaz. Ancaq bizdə hələ ki bu məqam problemdi. Belə ki, azarkeşlərin əsas hissəsi matça yarım saat qalmış özünü giriş qapısına yetirir. Bu isə stadiona daxil olarkən problem və qarışıqlıq yaradır. Bizə çatan bilgiyə görə, hətta bileti olanlardan bəziləri arenaya daxil ola bilməyib. Əvəzində bəziləri biletsiz olaraq özünü içəri ata bilib. Ümumiyyətlə, yerləşmə ilə bağlı da müəyyən çatışmazlıq diqqəti çəkirdi. Belə ki, hətta pilləkənlərin yuxarı hissəsindən matçı izləyənlər də var idi. Bütün bunlarla bağlı Nərimanoğlunun fikirlərini öyrəndik: “Stadionda bəzi boş yerlər də var idi. Əvvəla, 30 min azarkeşi yarım saat ərzində yoxlayıb, içəri buraxmaq qeyri-mümkündü. Ona görə də bütün dünyada yazılmamış qanun var, hamı da buna əməl edir. Biletin də arxasına yazılır ki, “xahiş edirik, iki saat öncədən stadiona təşrif buyurun”. Qapılar da 2 saat əvvəl açılır. Oyuna baxmaq üçün bilet alan dostlarım var idi. Hamısından xahiş etmişdim ki, ən geci 18.30-da orda olun. Çünki hər bir adam yoxlanılmalı, turniketdən keçməlidi. Biletsiz gələnlər var idi ki, girişdə toplaşmışdılar. Onlar isə bileti olanlara da problem yaradırdı. Ancaq içəri biletsiz girənlərin olub-olmadığını deyə bilmərəm. Bileti biz yoxlamırdıq. Onu yoxlayanlar var idi və kimisə buraxıblarsa, bu artıq onların məsuliyyətidi”.

Təhlükəsizlik
Oyundan sonra bir neçə azarkeş meydana daxil olub, alman futbolçulardan forma istədilər. Bu isə həmin an təhlükəsizliyin lazımi səviyyədə təşkil olunmaması anlamına gəlir. Deyək ki, həmin azarkeşlərdən biri futbolçuya xətər yetirsəydi, onda necə olacaqdı? Ümumiyyətlə, buna görə UEFA hansısa şəkildə cəza verə bilər? Məsələ ilə bağlı Mikayıl bəy bunları dedi: “Cəzalandırıb-cəzlandırmamaqla bağlı sual UEFA-ya aiddi. Təbii, təhlükəsizliyə AFFA nəzarət edirdi. Həmin vaxt mətbuat konfransının təşkili ilə məşğul idim. Mənə bildirdirlər ki, 2-3 azarkeş meydana daxil olub. Bu artıq UEFA nümayəndəsinin qərarından, raportundan asılı olan məsələdi”.

AFFA-nın qazancı nə qədər oldu?
Yadınızdadısa, İtaliya ilə oyundan sonra AFFA bilet satışından əldə edilən gəlirini açıqlamışdı. Görəsən, bu dəfə də qurum eyni addımı atacaq? Nərimanoğlu bu haqda qısa danışdı: “AFFA maliyyə məsələlərində heç nəyi gizlətmir. Lazım olsa, açıqlanacaq”.

Jurnalistlər üçün ayrılan otaqda qarışıqlıq
Həmişəki kimi, AFFA bu dəfə də jurnalistləri nəzərə almışdı. Media nümayəndələri üçün fasilədə qəlyanaltı süfrəsi açılmışdı. Ancaq media otağında dərəbəylik hökm sürürdü. Xüsusən AFFA-nın əməkdaşı Törə Əhmədovanın Az.TV-nin əməkdaşlarından narazılığı qeyd edilməlidi. Həmin durumla bağlı Törə xanımın fikirlərini öyrəndik: “Televiziya işçiləri üçün keytrinq sifariş etmirik. Çünki qeydiyyatdan keçən çox idi. Ancaq boynunda sarı rəngdə TV akkreditasiyası olanları ora buraxırdıq. İki dəqiqə sekuritinin olmaması, yaxud da könüllülərin boşluğa yol verməsi nəticəsində yoldan keçən başqa adamlar da ora girmişdi. Təkcə Az.TV-dən söhbət getmir. Ola bilər, dövlət televiziyasının orda 10-15 nəfər adamı olsun. Amma ümumi götürəndə başqaları da var idi. Həmin otaq akkreditasiyadan keçən jurnalistlər üçün nəzərdə tutulmuşdu. Əks halda, bütün stadion gəlib bir otağa girər. Bu düzgün deyil axı. Mən də məcbur qalıb, onları çıxarmalı oldum”.
Məlum olduğu kimi, “Qarabağ”ın Respublika stadionundakı oyunları zamanı kənar şəxslərin media sektoruna daxil olması mümkün deyil. Belə ki, jurnalistlərə şəkilli akkreditasiyalar verilir və media sektorunda da hər kəsin şəkli olur. Belədə kiminsə başqasının yerini zəbt etməsi, yaxud da kənar şəxsin həmin tribunaya girməsi mümkünsüz olur. Almaniya ilə oyunda isə həmkarlarımızdan bəziləri yer tapmaqda çətinlik çəkirdi. Əhmədova durumu belə izah etdi: “Bilirsiz, akkreditasiyaların hazırlanmasına, şəkilsiz və ya şəkilli olmasına biz qərar vermirik. UEFA deyir ki, bu formada olmalıdı. Ola bilər, klubların oyununda başqa qayda-qanun var. Ancaq millinin oyunlarında başqa qaydalardı. Mən də istəyərdim ki, şəkilli, nömrəli olsun. Yəqin ki, gələcək oyunlarda biz bu məsələyə baxacağıq. Çünki hər matçdan sonra özümüz iclaslar keçiririk, oturub əyər-əskikləri, müsbət və mənfi məqamları gözdən keçiririk. Harda yaxşı işləmişik və ya harda boşluq buraxmışıq - bu kimi amilləri gözdən keçiririk. Ancaq bir şeyi də qeyd edim ki, mən mətbuatdan çox narazıyam, özü də həddən artıq. Bir nümunə deyim. Orda iki nəfər var idi, ad açıqlamaq istəmirəm, həmişə qeydiyyatdan keçənlərdi. Onların əlinə Lövlə müsahibə götürmək şansı düşüb. Gəlin açıq danışaq. Bəlkə də belə fürsət heç vaxt əllərinə düşməyəcəkdi. Mən də onlar üçün şərait yaratmışam, Löv gəlib ordan keçəndə saxlatdırmışam ki, gəlin, danışın. Onlar nə edir? Löv elə bilir, ondan müsahibə götürəcəklər, dayanıb gözləyir. Biri təsbeh fırladır, digəri selfi çəkir. Löv də gördü ki, bunların işi sanki uşaq oyuncağıdı, çıxıb getdi, müsahibə də vermədi. Bax, bizim jurnalistika budu... Media sektoruna tez-tez çıxıb baxırdım, orda elə bir poroblem görmədim. Düzdü, nömrələnməmişdi və bu çətinliyi başa düşürəm. Ancaq kiminsə ayaqüstə qaldığını görmədim”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar