30 mar 02:09aktual

AFFA-nın əliaçıqlığını sabiq baş məşqçilər bəyəndi

AFFA-nın əliaçıqlığını sabiq baş məşqçilər bəyəndi
Mircavadov: “Mən bunda heç bir qəbahət görmürəm, pul var, verirlər”
Sadıqov: “Ola bilsin, yeni baş məşqçi ilə arada olan razılaşmaya əsasən komanda üzvlərinə mükafat verilib”

İki gündü ölkənin idman mətbuatının əsas müzakirə mövzusu Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Xorvatiyaya uduzan (1:2), yoxlama görüşündə Litva ilə bərabərə qalan (0:0) yığma üzvlərinə verilən mükafatdı. Əksər idman portalları iki oyunda qələbəyə həsrət qalan yığma üzvlərinin mükafata layiq olmadığını bildirib, Millətlər Liqasında 9 xal yığan yığmaya mükafat verilmədiyini qabardırlar. Bununla da Qurban Qurbanovun AFFA tərəfindən ayrı-seçkiliyə məruz qaldığını, Elxan Məmmədovun onu ölkənin əsas komandasından uzaqlaşdırmaq üçün ikili standarta yol verdiyini ictimaiyyətin diqqətinə çatdırırlar.
Məsələ ilə bağlı vaxtilə yığmanın “sükanı arxasında” olmuş yerli mütəxəssislərin də fikirlərini öyrənməyi lazım bildik. Öncə “Şöhrət” ordenli, prezident təqaüdçüsü, Məşqçilər Komitəsinin 71 yaşlı üzvü Ağasəlim Mircavadovu aradıq: “Mən yığmada baş məşqçi olduğum müddətdə AFFA-ya rəhmətlik Fuad Musayev rəhbərlik edirdi. Onun dönəmində bəyəm pul var idi? Rəsmi görüşlərdə xal və ya xallar qazandığımız vaxt belə bizə indiki meyarlarla mükafat kimi rəmzi məbləğ verilirdi. Maksimum 2000 dollar idi bizim mükafatımız. Yoxlama görüşlərində qeydə alınan müsbət nəticələrə görə isə biz heç vaxt mükafat almamışıq. Yenə deyrirəm, həmin illərdə AFFA-nın büdcəsi çox kasad idi. İndi assosiasiyanın imkanı var, yoldaşlıq görüşünə görə də futbolçulara mükafat verir, buna kim nə deyə bilər? Bu nə FİFA-nın, nə də UEFA-nın tələbidi. Hər şey yerli federasiyanın özündən asılıdı. Bir də sən mənə de görüm, həqiqətən Litva ilə heç-heçəyə görə yığmaya mükafat verilib? Məbləğ nə qədərdi?”.
AFFA-nın Mətbuat və İctaimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın xəbəri təsdiq etdiyini bildirincə, qocaman mütəxəssis bunları söylədi: “Bəlkə yığmaya cəlb olunan futbolçuların müqavilələrində yoxlama görüşləri üçün də mükafat veriləcəyi ilə bağlı bənd var? Bu haqda heç kim heç nə bilmir. Bir də ki, mən bunda heç bir qəbahət görmürəm, pul var, verirlər. Ola bilsin, Litva ilə görüşdə qeydə alınan heç-heçəyə görə verilən mükafat seçmə mərhələnin növbəti rəsmi oyunları üçün stumul kimi nəzərə alınıb. Bu heç də pis addım deyil”.
İlk dəfə 1997-98-də, ikinci dəfə 2002-də və nəhayət, 2005-ci ildə yığmanın baş məşqçisi olmuş, hazırda Məşqçilər Komitəsinə rəhbərlik edən Vaqif Sadıqov isə cəmiyyətdə geniş əks-səda doğuran məsələyə belə münasibət bildirdi: “İlk növbədə onu bildirim ki, bu cür söz-söhbətin ictimaiyyət arasında müzakirə olunmasının əleyhinəyəm. Milli üzvlərinə mükafatın verilib-verilməməsi, ödənilən məbləğ, oyunçuların ona layiq olub-olmaması artıq futbolsevərlərdə ikrah hissi doğurur. Hər şey qalıb kənarda, bütün problemlər unudulub, hamı futbolçuya verilən puldan danışır. Məncə, artıq bu cür məsələləri ictimai müzakirəyə çıxarmağın dönəmi geridə qalıb. İndi bizim əsas məqsədimiz başqa mövzulara toxunmaqdı. Futbolumuzda olan çatışmazlıqları yada salaq, səviyyəli yerli oyunçuların qıtlığından danışaq. Mən də hamı kimi məğlub komandanın üzvlərinə mükafat verilməsinin əleyhinəyəm. Nəticə olmayan yerdə mükafat verməyin heç bir mənası yoxdu. Litva ilə heç-heçəyə görə verilən mükafata gəlincə, ola bilsin, AFFA rəhbərliyi yığmanın qarşıda məsul oyunlara çıxacağını nəzərə alaraq və ya yeni baş məşqçi ilə arada olan razılaşmaya əsasən komanda üzvlərinə mükafat verib. İnanmıram ki, milliyə cəlb olunan hansısa futbolçu düşərgəyə məhz mükafata görə gəlsin. Yığmada oynamaq, beynəlxalq oyunlarda ölkənin şərəfini qorumaq hər bir oyunçunun ən böyük arzusudu. Fərqi yoxdu, o yerli çempionatda çıxış edir, yoxsa legioner həyatı yaşayır. Əsas himn, gerb və bayraqdı. Ona da inanmıram ki, Litva ilə qarşılaşmadan əvvəl yığma üzvlərinə mükafatla bağlı nəsə deyilib. Futbolçular ölkənin adına meydanda layiqli mübarizə aparıb, qələbə qazanmaq üçün var qüvvə ilə çalışdılar. Mən yığmanın “sükanı arxasında” olduğum dönəmdə şərait indiki kimi deyildi. Bu üzdən müqayisə aparmaq düzgün olmaz”.
2005-07-ci illər aralığında ölkənin əsas komandasının baş məşqçisi olmuş Şahin Diniyev isə təəssüf ki, zənglərimizi cavabsız qoydu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar