30 mar 01:34aktual

“Yığma səviyyəsində özümü Azərbaycanla birləşdirmişəm”

“Yığma səviyyəsində özümü Azərbaycanla birləşdirmişəm”
Şeydayev “Arsenal”da oynamağı arzulayır
Millinin forvardı Ramil Şeydayev "Sovetski sport" nəşrinə geniş müsahibə verib. Karyerasını “Krılya Sovetov”da davam etdirən hücumçu həm klub, həm də milli ilə bağlı hədəflərindən danışıb.
- Dünya çempionatının vitse-çempionuna qarşı oynamaq necə hissdi?
- Onlara qarşı pis oynamadıq. Xorvatları əks-hücumda tutduq. Təəssüf ki, heç-heçəyə yaxın olmağımıza baxmayaraq, hesabı sonadək qoruya bilmədik. İstənilən halda, Zaqrebdəki oyuna müsbət yanaşmaq olar. Matçın əvvəlində həyəcan var idi. Axı rəqib ulduz futbolçulardan qurulmuş komandadı. Bu üzdən nəyimiz varsa, meydanda qoymalı olduq. Litva ilə yoxlama görüşünə isə yorğun çıxdıq. Bir neçə qol şansını qaçırdıq və qolsuz bərabərə qaldıq.
- Daha əvvəl Luka Modriçi çox bəyəndiyini demişdin. Kumirə qarşı oynamaq sənin üçün nə deməkdi?
- Əlbəttə, onunla eyni meydana ayaq basmaq gözəldi. Təsadüfi deyil ki, Modriç ötən il "Qızıl top" qazanıb. Böyük usta olduğu oyun zamanı daha çox hiss olunur. Belə rəqiblə qarşılaşdığınız zaman idmançı kimi özünüzü inkişaf etdirirsiz. Bu, əvəzsiz təcrübədi. Yeri gəlmişkən, mən "Real" azarkeşiyəm. Təkcə Modriçə görə yox. Luka hətta İngiltərədə "Tottenhem"in şərəfini qorusa da, orda həmişə "Arsenal"a simpatiya bəsləyirəm.
- Xorvatiya sizə çətinliklə qalib gəldikdən sonra Macarıstana uduzdu. Azərbaycan yığmasının qrupdan çıxmaq şansı var?
- Fikrimcə, mümkünsüz heç nə yoxdu. Görün seçmə mərhələdə nə qədər sensasiya, maraqlı süjet xətti olan oyunlar oldu. Çətin qrupdayıq - Macarıstan Uels, Slovakiya... Ancaq biz ikinci yer uğrunda mübarizə aparacağıq.
- Azərbaycan yığmasını xorvatiyalı Nikola Yurçeviç çalışdırır. Oyunçular klublarına getməmişdən əvvəl o, sizə nə dedi?
- Yaxşı oyuna görə təşəkkür etdi. Həmçinin iyunda Macarıstan və Slovakiya ilə ev oyunlarımızın olduğunu xatırlatdı. Bu matçlar həlledici ola bilər. Bu görüşlərdə maksimum xal toplamaq lazımdı.
- Rusiya premyer-liqasında Azərbaycan yığmasının yeganə təmsilçisisən. Səndən başqa yığma üzvlərindən kimlər bizim çempionatda çıxış edə bilər?
- Çox ad çəkə bilərəm, ancaq konkretləşdirmək istəmirəm. Bunlar subyektiv fikirlərimdi. Bir komanda uyğun gələ bilər, digəri yox. Bütün bunlar məşqçinin baxışından asılıdı. Azərbaycanlı futbolçuların ustalıq səviyyəsi kifayət qədər yaxşıdı.
- Azərbaycan millisində oynamaya da bilərdin. Sankt-Peterburqda futbola gəlişindən danışardın.
- Həyatım boyunca Piterdə yaşamışam və “Zenit”in aşağı yaş qruplarında futbola başlamışam. Ondan sonra əvəzedici komanda ilə müqavilə bağladım. Yarım il əvəzedicidə çıxış etdikdən sonra “Zenit-2”yə keçdim. Ordan isə əsas komandaya.
- “Zenit”də möhkəmlənə bilməməyinin səbəbini bilmək istərdik.
- Məşqçilər məndə potensial görmürdülər. Özümdə də ola bilsin, səbr çatmadı. Müqavilə müddəti bitən kimi ordan getməyi lazım bildim. Çoxları əsas komandaya düşməyi artıq böyük uğur kimi dəyərləndirir. Əslində isə bu hələ başlanğıcdı. Ən çətini ondan sonrakı dövrdü. Məndə alınmadı və “Zenit”i tərk etdim. Aleksey İonov və Maks Kannunikov da müxtəlif illərdə eyni aqibəti yaşayıblar.
- Sənə elə gəlmir ki, “Zenit” öz yetirmələrinə lazımınca dəyər vermir?
- Klubun siyasətini mən müəyyənləşdirmirəm və buna görə də nəsə deyə bilmərəm. Bəli, əvvəlki illərlə müqayisədə hazırda “Zenit”də klubun öz yetirmələrinin sayı azdı. Ancaq məndə kluba qarşı hər hansı kin yoxdu. Uşaqlıqdan azarkeşi olduğum klubu bu günədək sevirəm.
- Belə başa düşdüm ki, gələcəkdə yenidən “Zenit”ə dönməyin əleyhinə deyilsən…
- Ola bilər.
- “Zenit”dən sonra “Trabzonspor”a yollandın. Bu necə baş verdi?
- Həmin vaxt "Trabzonspor"dan sərfəli təklif gəldi, razılaşdım.
- Ancaq heyətdə özünə yer edə bilmədin və uzun müddət icarə əsasında başqa klublarda çıxış etdin.
- Bu suala cavab vermək çətindi. Hətta bununla bağlı heç baş məşqçi ilə də danışmadım. Qısa vaxtda müəyyənləşdirdim ki, baş məşqçinin mənə ehtiyacı yoxdu.
- “Jilina”da topladığın təcrübə sənə kömək etdi?
- Əlbəttə. Başqa daha iki variant da var idi. Ancaq mən Slovakiyanı seçdim. Həmin çempionatı avropalı skautlar izləyir. Ordan daha böyük klublara yollanmaq mümkündü. “Jilina”da çiyin-çiyinə oynadığım əksər futbolçular məhz ordan aparıcı klublara getdilər.
- Sən isə “Qarabağ”da peyda oldun. Və karyeranda 3-cü dəfə - Rusiya və Slovakiyadan sonra Azərbaycan çempionluğunu qazandın.
- Bəli, xoş faktdı. Ancaq mənim üçün oynamaq titul qazanmaqdan daha vacibdi. Slovakiya və Azərbaycanda qazandığım qızıl medalı Rusiyadakından daha üstün tuturam. Rusiyada çempion olduğum mövsümdə cəmi 5 oyuna çıxmışdım. Bu da elə böyük rəqəm deyil.
- "Zenit"də olarkən Rusiyanın U-17-si ilə Avropa çempionu, U-19 komandasıyla isə qitə ikincisi oldun. Niyə yaşlaşdıqdan sonra Azərbaycan millisini seçdin?
- Bu düşünülmüş və o qədər asan verilə biləcək qərar deyildi. Bəli, bütün həyatımı Rusiyada keçirmişəm. Ancaq burda heç bir zəmanət yox idi ki, mən daim beynəlxalq oyun təcrübəsi qazanacam. Mən isə ən nüfuzlu yarışlarda iştirak etmək istəyirdim. Azərbaycandan gələn dəvətdən hiss olundu ki, həm məşqçilərə lazımam, həm də komandaya. Azarkeşlər də bunu çox isti qarşıladılar. Bu üzdən hər şeyi ölçüb-biçəndən sonra razılaşdım. Bu qərarıma görə peşman deyiləm. Son üç ildə Almaniya, Çexiya, Xorvatiya kimi güclü komandalara qarşı oynamaq imkanım oldu. Mənim istəyim də bu idi.
- Ancaq gənc yaşlarında bir ölkənin, indi isə başqa ölkənin himnini oxuyursan. Bu fikirlər həm bayrağa, həm də başqa dövlər atributlarına aiddi...
- Uşaq vaxtı özümü rus hesab edirdim və əsas komandada oynayacağıma ümid edirdim. Ancaq indi yığma səviyyəsində özümü Azərbaycanla birləşdirmişəm. Özüm-özümü sındırmaq istəmirəm. Bura mənim tarixi vətənimdi, atamın, əcdadımın torpağıdı.
- Vətəndaşlığı dəyişdiyin üçün səni Rusiyada qınayan olmadı?
- Üzümə heç kim heç nə demədi. Yalnız məşqçilər qərarı təxirə salmağımı istəyirdilər. Ancaq sonda onlar da mənim mövqeyimi anlayışla qəbul etdilər. Hamısı ilə də münasibətim yaxşıdı.
- Hazırda “Krılya Sovetov”u Miodraq Bojoviç çalışdırır. Monteneqrolu mütəxəssisin komandanı irəli aparmasında sənin də xidmətin az deyil...
- Kollektivimizdə mükəmməl ab-hava var. Bu isə Bojoviçin və qışda komandaya yeni qoşulan oyunçuların sayəsindədi. Aleksandr Səmədov, Jano Ananidze komandaya təcrübə gətirdilər, “Krılya”nın oyununu rəngarəng etdilər. Miodraq isə sözü üzə deyən mütəxəssisdi ki, bu da mənim ürəyimcədi.
- Yeri gəlmişkən, "Krılya Sovetov"da birgə oynadığın Aleksandr Səmədov Rusiya yığmasını seçdiyi üçün azərbaycanlı azarkeşlərin tənqidi ilə üzləşmişdi. Onunla bu barədə söhbətin olub?
- Bəli. Ona qulaq asmaq mənə maraqlı gəldi. Çünki o da mənimlə eyni vəziyyətə düşüb. Saşa bildirdi ki, insan istənilən vəziyyətdə müstəqil qərar verməlidi. Hər kəsin öz yolu var. Azərbaycanlı azarkeşlər onun dünya çempionatındakı uğurlu çıxışına sevindilər.
- "Arsenal"a azarkeşlik etdiyini dedin. Oyununu onların üslubuna uyğun bilirsən?
- Uşaqlıqdan onların oyun üslubunu çox bəyənirəm. İlk kompüterim olanda yalnız "Arsenal"ı seçib oynayırdım. Bu sevgi də ordan yaranıb.
- Henrix Mxitaryanın yolunu təkrarlamaq istəyirsən?
- Əlbəttə. Ancaq “Mançestr Yunayted”ə keçməklə yox. Birbaşa “Arsenala” düşmək yaxşıdı.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar