29 mar 23:21aktual, manset

Kamran Ağayev “Boavişta”dan ayrılmasının səbəbini gizlədi

Kamran Ağayev “Boavişta”dan ayrılmasının səbəbini gizlədi
“Menecerlərim bu məsələ ilə bağlı işlər görür”

Almaniya ilə matçdan sonra jurnalistlər qarşısına çıxan yığmanın baş məşqçisi Robert Prosineçki oyunla bağlı fikirlərini bildirməklə yanaşı, Kamran Ağayevin “Boavişta”dan ayrıldığını da mətbuatın diqqətinə çatdırdı. Halbuki 2016-cı ilin avqustunda qapıçı “damalılar”la müqavilə bağlayanda əksər mütəxəssislər, idman mətbuatı Kamranın düzgün seçim etdiyini, Portuqaliyadan tramplin kimi yararlanıb, Avropanın daha iddialı klublarının maraq dairəsinə düşə biləcəyini qeyd edirdi. “Boavişta”da 11 oyuna çıxıb, qapısında 14 qol görən qolkiper əksər yerlilər kimi vətəndən uzaqda çox qala bilmədi və əli ətəyindən uzun geri qayıtdı. Qış fasiləsindən sonra oyun təcrübəsindən məhrum olan Ağayevin formada olmadığını Almaniya ilə qarşılaşmanı izləyən hər kəs gördü. Təsadüfi deyil ki, daim Ağayevə “1 nömrə” kimi baxan Prosineçki də jurnalistlərlə görüşdə üstüörtülü olsa da, qapıçının sərgilədiyi oyundan narazılığını biruzə verdi: “Kamranın “Boavişta”da oynamaması böyük problem idi. Klubsuz qalıb. Şimali İrlandiya ilə görüşə qədər hansı formada olacağını bilmirəm. Bu gün künc zərbələri zamanı irəli çıxmayıb. Bunu təhlil edəcəyik”.
Xorvat çalışdırıcının sözlərindən belə başa düşmək olar ki, o artıq indidən iyunun 10-da baş tutacaq oyunla bağlı narahatlıq keçirir. “Qapıçı komandanın yarısıdı” deyimini nəzərə alsaq, Prosineçkinin “çərçivə” ilə bağlı həyəcanını başa düşmək mümkündü. Düzdü, baş məşçqçinin sərəncamında Kamrandan başqa Səlahət Ağayev, Anar Nəzirov, Aqil Məmmədov kimi qolkiperlər var. Ancaq etiraf edək ki, Ağayev formada olanda əvəzolunmazdı.
Bəs görəsən, hazırda adı “damalılar”ın “18-liy”inə düşməyən Kamran gələcək karyerası ilə bağlı nə düşünür? “Boavişta”da “persona-non-qrat” elan olunmasının arxasında nə durur? Bu suallara cavab tapmaq üçün Ağayevlə əlaqə saxladıq. Ancaq milli üzvü uduzduqlarına görə əsəbi olduğunu, geniş açıqlama vermək istəmədəyini söylədi. “Çərçivə qoruyucusu” fürsətdən istifadə edib Azərbaycan mətbuatından narazı qaldığını bildirməyi unutmadı: “Heç nə danışmaq, müsahibə vermək istəmirəm. Qoruduğu qapıda 4 qol görən qapıçı hansı həvəslə müsahibə versin? İnciməyin, çox əsəbiyəm. Onsuz da son günlər mətbuat yenə məni “yıxıb-sürüyür”. Kimin ağlına nə gəlir, onu da yazır. Artıq buna öyrəşmişəm. Qarşıda yığmanı Şimali İrlandiya ilə taleyüklü oyun gözləyir. İndi əsas məqsədim iyuna kimi intensiv məşq edib optimal forma yığmaqdı. Çalışacam məni siyahıdan silənlərə bir daha sübut edim ki, milliyə fayda verəcək səviyyədəyəm”.
“Boavişta”dan ayrılmaq istədiyiniı bildirən qapıçı bunun dünyanın sonu olmadığını, yaxın vaxtlarda özünə yeni komanda tapacağını da qeyd etdi: “Müəyyən səbəblərə görə “Boavişta”dan ayrılmağa qərar vermişəm. Düzdü, hələ ki müqaviləyə xitam verilməyib. İndi bu haqda danışmaq istəmirəm. Ancaq vaxt gələcək bununla bağlı mətbuata danışacam. Mövsümün sonuna az qalıb, artıq yeni “futbol ili”ni düşünməliyəm. Menecerlərim bu məsələ ilə bağlı işlər görür. Bu gün axşam (dünən) ölkəni tərk edəcəm. Ümid edirəm ki, hər şey yaxşılığa doğru dəyişəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar