29 mar 23:19aktual

Almanlar “Bayıl Arena”da darmadağın oldu

Almanlar “Bayıl Arena”da darmadağın oldu
Yığma üzvləri rəqiblə forma dəyişməyi azarkeşlərə təşəkkür etməkdən üstün tutub

Almaniya ilə oyunda azarkeşlər yığmanı sona qədər dəstəklədi. Özü də onlar bu oyuna xüsusi hazırlaşmışdı. “Hər şey milli naminə” şüarı altında birləşən fanatlar “Azərbaycan Yunayted” qrupunu yaratmışdılar. Hətta oyundan öncə azarkeşlər birgə yürüş də təşkil etmək niyyətində idilər. Bu haqda bir qədər sonra. Onu qeyd edək ki, Azərbaycan - Almaniya oyunundan əvvəl iki yığmanın fanatları arasında yoldaşlıq oyunu keçirilib. “Bayıl Arena”da baş tutan görüş azərbaycanlı azarkeşlərin 10:2 hesablı darmadağını ilə yekunlaşıb. Təxminən 80 tamaşaçının izlədiyi qarşılaşmadan sonra tərəflər dostluq fotosu çəkdirib.
O ki qaldı yuxarıda qeyd etdiyimiz yürüşə, buna icazə verilməyib. Qeyd edək ki, “Azərbaycan Yunayted”lə birgə bundestimlə oyun üçün Bakıya təşrif buyuran “Milli dəstə” də həmin yürüşdə iştirak edəcəkdi.
Oyundan bir neçə saat öncə “Sektor 11” azarkeş qrupunun rəhbəri Atanur Cəfərli “feysbuk” profilində “Nəsimi rayon polis idarəsinə dəvət eləmişdilər, yürüşə icazə vermədiklərini bildirdilər” yazmaqla planın təxirə salınmasının səbəbini müəyyən mənada göstərmişdi. Ancaq detalları açıqlamadan. Dünən onunla əlaqə saxlayıb həm azarkeş qruplarının birləşməsinin nə qədər effektli olub-olmadığını, həm də yürüşün təxirə salınması ilə bağlı fikirlərini öyrəndik: “Demək olar, azarkeşlik istədiyimiz səviyyədə idi. Azarkeş qrupları birləşərək milliyə dəstək oldu. Yürüş icazəsiz olduğuna görə baş tutmadı. Əslində biz yığmanın əksər oyunlarına gedərkən yürüş edirdik. Yığışırdıq, şüarlar səsləndirə-səsləndirə bir yerdə stadiona yollanırdıq. Bu dəfə icazə almağa ehtiyac görməmişdik ki, onsuz da həmişə etdiyimiz şeydi. Orduya dəstək aksiyası zamanı da problem olmamışdı. Belə olacağını gözləmirdik. İcazə almağı fikirləşməmişdik. Bu üzdən bildirdilər ki, icazəsiz mümkün deyil. Ona görə yürüş alınmadı. Nəsimi polisinə də buna görə çağırmışdılar”.
Maraqlıdı ki, həmin azarkeşlər iri Azərbaycan bayrağını, mərkəzdə isə komanda üzvlərindən ibarət 11 əsgər şəklini nümayiş etdirdilər. “Azərbaycan Yunayted”dən ayrı sektordan yığmaya dəstək olan “Milli dəstə” isə Renat Dadaşova aid pankart açmışdılar ki, onun üzərində “Renat, evə xoş gəlmisən” sözləri yazılmışdı. Ancaq yerli fanatların daha çox plakat açacağı gözlənilirdi. Hər halda, birləşmə və hazırlıq belə düşünməyə əsas verirdi. Bütün bunların olmamasını Cəfərli belə izah etdi: “Əsas gücü oyunçulara səslə dəstək olmağa vermişdik. Öncəki oyunlarda plakatlar da olurdu. Bu dəfə isə görüntüdən daha çox səsə diqqət ayırmışdıq. Bacardıqca yığmaya səsimizi çatdırmaq istəyirdik. Ancaq millinin növbəti oyunlarında yenə də plakatlarımız olacaq”.
“Sektor 11”in rəhbəri azarkeşlərin futbolçuların bir hərəkətindən narazı qaldığını da dilə gətirdi: “Bu oyunda ən azı qol vuracağımıza inanırdıq. Həmçinin xal ala bilcəyimizə ümid edirdik. Ancaq alınmadı. Oyun haqda çox danışmaq istəmirəm. İnanırsız, bəzi qolları heç görmədim. Bizim üçün əsas dəstək idi. Biz də əlimizdən gələn dəstəyi verdik. Sadəcə, oyundan sonra bir məqam heç də xoş olmadı. Biz yığma üzvlərini, məğlub olmalarına baxmayaraq, çağırıb alqışlamaq istəyirdik. Ancaq onlar daha çox dəhlizə tərəf getməyə tələsirdilər ki, almanlarla forma dəyişsinlər. Bu azarkeşlərə hörmətsizlik deməkdi. İstəməzdik ki, matçın sonu belə bitsin. Halbuki hələ stadiondakı dəstəyə kimi polisə də düşmüşdük, yürüşümüz də alınmamışdı. Gəldik, 90 dəqiqə dəstək olduq. Bunun qarşılığında oyunçulardan laqeyd münasibət görmək heç kim üçün xoş olmadı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar