27 mar 15:02aktual

“Bakcell Arena”nın yarısı belə dolmadı…

“Bakcell Arena”nın yarısı belə dolmadı…
Rövnəq Abdullayev jurnalistlərin istəyini geri çevirdi
Dünən yığma 2019-cu ildə, ümumiyyətlə, Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununa çıxdı. Düzdü, yoldaşlıq görüşündə nəticə o qədər də önəmli deyil. Özü də baş məşqçi yeni təyin olunubsa, deməli, ilk yoxlama matçında mümkün qədər çox futbolçuya şans verməyə çalışacaqdı. Onsuz da xorvat mütəxəssis ölkəsinin yığmasına qarşı oyunla müqayisədə heyətdə bir sıra dəyişikliklər edəcəyini öncədən demişdi. Bununla belə, yığma Yurçeviçin rəhbərliyi altında ilk ev oyununda qələbə qazanmaq istəyirdi. Komanda yeni baş məşqçinin gəlişindən sonra müəyyən irəliləyişin olduğunu göstərməliydi. Ancaq... Yaxşısı budu, "Bakcell Arena"da diqqətimizi cəlb edən məqamları yada salaq.
* Yığma Zaqrebdə pis təsir bağışlamamışdı. Hər nə qədər nəticə müsbət olmasa belə, dünya ikincisinə çətin anlar yaşatmışdıq, hesabı biz açmışdıq. Düşünmək olardı ki, həmin oyunu, Litva ilə matçın ilk ev sınağı olmasını, yığmanın seçmə mərhələdə dəstəyə ehtiyacını nəzərə alan azarkeşlər "Bakcell Arena"da komandanı tək qoymayacaq. Ancaq 10260 tamaşaçı tutumuna malik stadionun yarısı belə dolmamışdı. Əsasən sağ qapının arxasında qərarlaşan fanatlar fəallıq göstərirdi. Yeri gəlmişkən, həmin sektorda Azərbaycan və "Traktorsazi"nin bayraqları yanaşı asılmışdı. Ara-sıra qalan azarkeşlərin də millini irəli səslədiyini qeyd edək.
* AFFA prezidenti Rövnəq Abdullayev də matçı stadiondan izləyirdi. Ancaq oyundan sonra jurnalistlərin ondan müsahibə almaq cəhdi faydasız oldu.
* Azarkeşlərin ən çox tənqidi ilə üzləşən yığma üzvlərindən birinin Mahir Mədətov olduğu sirr deyil. Millətlər Liqasının oyunlarından başlayan bu təzyiq hələ də davam edir. Doğrudu, Mədətov əsas komandanın formasında potensialından aşağı çıxış edir. Ancaq fakt budu ki, təzyiqlər əks effekt verir və sanki Mahir də "yük"ün altından qalxa bilmir. Bu dəfə də o, meydana çıxarkən bir qrup azarkeş uğultu ilə reaksiya verdi. Hətta bir epizodda Mahir topu itirərkən tribunada eyni hal təkrarlandı. Lakin çox keçmədən üzbəüz sektordan Mədətova dəstək gəldi. Azarkeşlər bir neçə dəfə onun adını çəkib alqışladılar. Görünür, fanatlar təzyiq etdikcə futbolçunun daha da geri getdiyini anlayıb dəstək olmaq qərarına gəldilər.
* Mahiri qeyd etdiksə, Ramil Şeydayevin də adını çəkməliyik. "Krılya Sovetov"da qolları sıralayan forvard Xorvatiya ilə oyunda da baxımlı qol vurdu. Bununla azərbaycanlı azarkeşlərin könlünü fəth edən hücumçu dünənki oyunda alqış payını aldı. Futbolsevərlər iki dəfə Şeydayevə xorla dəstək oldular. Hiss olunurdu ki, futbolçu da bundan ruhlanır.
* Epizodların birində Vorobyovla Təmkin Xəlilzadə kəllə-kəlləyə gəldi. Tərəflər sanki yoldaşlıq oyunu olduğunu unutmuşdular. Komanda yoldaşlarının müdaxiləsi qarşıdurmanın böyüməsinin qarşısını aldı. Hakim isə hər iki futbolçuya xəbərdarlıq edib, onları barışdırdı.
* AFFA-nın fasilədə jurnalistlər üçün açdığl çay süfrəsi və furşet müsbət addım idi. Ümumiyyətlə, hər ev oyunundan sonra federasiya belə jest edir. Sadəcə, otaqda olanların yarısını tanımadıq. Nəticədə sıxlıq olduğundan saçını idman mətbuatında ağardanların bəziləri ayaqüstə qalmışdı.
* Oyundan sonra Ramil Şeydayevdən forma almaq üçün xeyli sayda azarkeş məhəccərə yaxınlaşmışdı. Ancaq Ramil futbol geyimini ən azyaşlı fanata verdi. Həmin uşağın sevincini görməyə dəyərdi. Yeri gəlmişkən, azarkeşlərdən biri rəqib oyunçudan - Modesta Vorobyovdan da forma aldı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar