20 mar 12:30aktual

Essyenlə bağlı soruşduq, fikirlər haçalandı

Essyenlə bağlı soruşduq, fikirlər haçalandı
Elxan Abdullayev: “Onunla həmyaşıd olan bir neçə futbolçu bu gün çempionatımızda top qovur”
Elmar Baxşıyev: “Deviç “Sabah”la müqavilə bağlayanda da çoxları ağız büzürdü”
Elçin Cəlilov: “Bəlkə də kimsə onu öz əyləncəsi, mikro xoşbəxtliyi üçün gətirib”

Dünyaca ünlü Maykl Essyenin “Səbail”də peyda olması ilə bağlı xəbər öncə zarafat kimi təqdim olunsa da, cəmi 10 gün sonra həqiqəti əks etdirdi. Və məlum oldu ki, Avroliqanın təbliği proqramı çərçivəsində Bakıya səfər edən “Çelsi” azarkeşlərinin sevimlisi azı 2020-nin yayına qədər Bayıl təmsilçisinin uğurları üçün tər tökəcək.
Keçid gündəmə gələndən məlum mövzu ətrafında kifayət qədər müzakirələr aparıldı. Böyük əksəriyyət bunu ciddi iş kimi qələmə versə də, bəziləri Essyenin Azərbaycana gəlməsinin faydasız olduğunu iddia edirdi. Və bunun üçün kifayət qədər əsas gətirilirdi. Reaksiyalar qarışıq olduğundan Avropa futbolu ilə yaxından maraqlanan mütəxəssislə, vaxtilə Mayklla eyni mövqedə çıxış etmiş yığmanın sabiq futbolçusuyla və özünəməxsus mövqeyi olan həmkarımızla əlaqə saxlamağı qərara aldıq. Maraqlıdı ki, bu üç şəxs fərqli prizmalardan çıxış etməklə maraqlı dəlillər göstərdilər.
Elxan Abdullayev, mütəxəssis: “Bu, klubun şəxsi işidi. Yəqin ki, nəsə düşünərək bu addımı atıblar. Öz fikrimə gəlincə, açığı, belə məqamda nəsə demək çətindi. Əvvəla, Essyenin “Səbail”dəki işinin nədən ibarət olacağını bilmirəm. Sırf futbol oynayacaq, yoxsa futbolla yanaşı, klubun başqa işləri ilə məşğul olacaq və ya deyildiyi kimi, klubun U-19 komandasında işləyəcək. Bunlar vacib məqamlardı. Çünki bir var Essyen sırf futbol oynasın, yəni diqqətini yalnız yaşıl meydana ayırsın, bir də var digər öhdəlikləri də olsun.
Əlbəttə, Essyenin Azərbaycan çempionatında çıxış etməsi yaxşı hal sayılacaq. Dünya futbolunda kifayət qədər tanınan simadı. Futbolçu kimi həmişə ona rəğbət bəsləmişəm. Çalışqanlığını, ağıllı oyununu bəyənirdim. Amma bu gün hansı formada olduğunu bilmirəm. Xeyli vaxtdı oynadığı futbolu görmürəm. 1-2 oyunda iş başında görsək, müəyyən fikirlər səsləndirmək mümkündü. Yaşına görə narahat olmağa dəyməz. 36 yaş o demək deyil ki, oynaya bilməz. Onunla həmyaşıd olan bir neçə futbolçu bu gün çempionatımızda top qovur. Sadəcə, işə necə yanaşacağı, premyer-liqamıza nə dərəcədə uyğunlaşacağı maraqlıdı. Azərbaycan futbolu üçün əsas xidməti ölkəmizin və futbolumuzun reklamıdı. Tanımayanlar da tanıyacaq, maraqlanacaq. Razılaşaq ki, indiyə qədər ölkəmizdə bu səviyyədə futbolçu çıxış etməmişdi. Düzdü, Emil Mpenza gəlmişdi, amma o Essyen deyildi. Əsas faydası gənc futbolçularımız üçün ola bilər. İstər onunla çiyin-çiyinə oynayan, məşq edənlər, istərsə də aşağı yaş qruplarında çıxış edənlər Maykldan çox şey görüb-götürə bilərlər. Məncə, Essyenin meydana çıxması azarkeş sayına da təsir edəcək. Çünki “Çelsi”, “Real”, “Milan” kimi komandalarda yaxın keçmişdə çıxış edib. Bu isə o deməkdi ki, gənc və orta nəslin nümayəndələri onu tanıyır, xatırlayır. Yəqin ki, iş başında canlı görmək üçün stadionların yolunu tutarlar”.
Elmar Baxşıyev, “Qəbələ”nin köməkçi-məşqçisi: “Sözün əsl mənasında futbol görmüş futbolçudu. Öz oyunu ilə “Səbail”dəki həmkarlarına, ən çox da gənclərə örnək ola bilər. Futbolçunun yaşı yox, hansı formada olması və özünü necə hiss etməsi vacibdi. Uzağa getməyək, yayı yada salaq. Marko Deviç “Sabah”la müqavilə bağlayanda da çoxları ağız büzürdü. Yaşı 35-di, Lixtentşeyn çempionatında oynayıb, yalnız pula görə gəlib və s. Komandası ilə düz-əməlli toplanış keçməsə də, çempionatın startındaca səviyyəsini və təcrübəsini ortaya qoymağı bacardı. Bu gün premyer-liqamızda öz oyun dəst-xətti olan üç hücumçudan biridi. Üstəlik, “Sabah”ın ən sərrast futbolçusudu, bombardirlər sırasında yer alıb. Ona görə də yaşa fikir verməyin tərəfdarı deyiləm.
Belə futbolçuların gəlməsi çempionatımız üçün faydalıdı. Bu dəqiqə Essyen futbol oynayamaq istəyir. İnanmıram ki, “Səbail” ona milyonluq müqavilə təklif etsin. Pulu düşünən olsaydı, BƏƏ-yə, Qətərə, Çinə, Hindistana gedərdi. Özünüz də bilirsiz ki, orda milyonlar təklif olunur. Məncə, Avroliqanın finalı ilə bağlı ilk dəfə Bakıya gələndə burda gördükləri onu yaxşı mənada təəccübləndirdi. Bu səbəbdən Azərbaycanda qalıb, burda oynamaq həvəsinə düşdü. Essyen kimi futbolçular puldan əvvəl getdiyi ölkədəki rahatlığı və futbola olan marağı əsas tutur. Heç şübhəsiz, razılıq verməmişdən əvvəl futbolumuzla, burdakı şəraitlə yaxından maraqlanıb. Şükürlər olsun, əvvəlki illərdən fərqli, indi hər cür şərait var. Komandaların böyük əksəriyyəti təbii örtükdə oynayır, yaradılan şərait göz oxşayır. “Qarabağ” Çempionlar Liqasının, “Neftçi”ylə “Qəbələ” Avroliqanın qrup mərhələsində çıxış edib. Üstəlik, “Səbail”in Avroliqada çıxış etmək üçün yaxşı şansı yaranıb. Görünür, Essyen yenidən beynəlxalq arenalarda oynamaq istəyir. Qısası, keçidə müsbət yanaşıram”.
Elçin Cəlilov, futbolpress.az saytının rəhbəri: “Xəbəri eşidəndə gülüşqarışıq təəccüblə qarşıladım. Açığı, eşidəndə inana bilmədim. Çünki son dövrlər adlı-sanlı futbolçular BƏƏ-yə, Qətərə, Hindistana, yaxud Çinə üz tuturlar. Azərbaycanda oynamağa razılıq verməsinin başlanğıc nöqtəsinin hara olduğunu bilirik. Yəqin ki, tədbirlə bağlı gələndə xoş ünsiyyətin nəticəsi olub, “pişiyi oğurlanıb”. “Pişiyinin oğurlanması” ifadəsi futbolumuz adına çoxmənalı işlənə bilər. Hesab edirəm ki, Essyenin gəlməsi adının gəlməsi deməkdi. Bəlkə də ekzotika xatirinə gəlib. Dincəlmək, xoş gün keçirmək də deyə bilərik. Bu sözlərimlə “Səbail” rəhbərliyini pərt etmək istəmirəm. Bəlkə də sponsorlardan, yaxud rəsmilərdən biri Essyeni buna razı salanda özünü xoşbəxt hiss edib. Amma Essyenin gəlişinin Azərbaycan futbolu adına ciddi addım kimi təqdim olunmasına qarşı çıxmalıyıq. Bəlkə də kimsə onu öz əyləncəsi, mikro xoşbəxtliyi üçün gətirib. Onun futbolumuza və “Səbail”ə hansı fayda verəcəyini təhlil edib ortaya qoymaq olmur. Məşhur futbolçu gətirirsənsə, burda piar manevrı əsas tutulmalıdı. Ya futbolkaları satılmalıdı, ya da oyunlara bilet satışından ciddi gəlir əldə etməlisən. Bildiyimiz kimi, bunlardan heç biri Azərbaycanda yoxdu. Futbolka satışı var, o da bəsit vəziyyətdədi. Gənc futbolçulara təcrübəsı baxımından faydalı olacağını düşünənlər də var. “Səbail”in əsas heyətində gənc nəslin nümayəndələri deyəndə kimi nəzərdə tuturlar, bilmirəm. Vüqar Bəybalayevi, yoxsa Rahid Əmirquliyevi? Essyenə verilən pulları akademiyanın inkişafına xərcləmək daha faydalı olardı. Seleksiyaçı-məşqçilər cəlb edərdilər, həmin mütəxəssislər regionlardakı istedadları üzə çıxarıb akademiyaya gətirə bilərdilər. BBC-nin “Çelsi”nin sabiq futbolçusunun Azərbaycana gəlməsindən yazmasını xüsusi şəkildə təqdim etməyin özü tragikomediyadı. Bu, bilirsiz, nəyə bənzəyir? Bizim öz muğamımızla fəxr etməyimizə. Azarkeş sayında artımın müşahidə olunması mümkündü. Amma bu nə qədər olacaq və nə qədər davam edəcək, böyük sual altındadı. Essyenin gəlişi ilə “Səbail”də canlanma baş versə, bəlkə də bəzi azarkeşlərin stadiona ayağı açılar. Məqsəd azarkeş marağını artırmaqdısa, bunun üçün essyenləri gətirməyə ehtiyac yoxdu. Ən sadə yol böyük futbolu bölgələrə - Gəncə, Tovuz, Zaqatala, Qusar, Lənkərana daşımaqdı. Çempionatda bu şəhər və rayonlardan iştirakçılar olsa, o zaman azarkeşin nə olduğunu görərik”.
HƏBİB

Yeri gəlmişkən...
"Qarabağ"la qarşılaşmadan sonra üçgünlük istirahətə buraxılan "Səbail" bu gün bir araya gəlib dördüncü dövrənin hazırlığına başlayacaq. Son transfer, ulduz futbolçu Maykl Essyen məşqlərə martın 21-dən başlayacaq. Belə ki, o, yığışıb birdəfəlik Bakıya köçmək üçün ölkəmizi tərk edib.
"Səbail" fasilə müddətində bir yoxlama matçı keçirəcək. Martın 23-də 21 yaşadək futbolçulardan ibarət yığma ilə oyun planlaşdırılıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar