27 mar 15:24aktual, manset

Löv yığmamızı təriflədi

Löv yığmamızı təriflədi
Özü də “maşallah” deməklə
Oyunsonrası mətbuat konfransına əvvəlcə qonaq komandanın baş məşqçisi Yoahim Löv təşrif buyurdu. Alman mütəxəssis oyunla bağlı fikirlərini bildirdi.
- Oyundan razıyam, ancaq tam yox. Komandam bundan da yaxşı oynaya bilərdi. Təəssüf ki, mənim gözlədiyim oyunu sərgiləyə bilmədik.
- Şürrledən belə oyun gözləyirdiz?
- Onun oyunundan razı qaldım. “Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. İki qol vurdu, bir məhsuldar ötürmə etdi və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudu.
- Yeni ildə keçirilən iki qarşılaşmaya görə komandanın durumunu necə dəyərləndirirsiz?
- İki görüşü müqayisə etmək olmaz. Çünki İngiltərə ilə oyun yoldaşlıq matçı idi. Ötən illlə müqayisədə bu dəfə bir araya gec gəldik. Dörd aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Bəzi səhvlər var idi. Bunların üzərində işləyəcəyik. Qarşıda daha bir seçmə mərhələ matçı və ondan sonra Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı duruma gəlməyə çalışacağıq.
Onu da əlavə edim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib. Bunu da oyunu ilə ortaya qoydu. Fürsətdən istifadə edib lider oyunçularımıza təşəkkür etmək istəyirəm. Belə kiçik futbol ölkələri ilə matça çox yaxşı köklənmişdilər. Belə qarşılaşmalarda konsentrasiyanın yüksək səviyyədə olması önəmlidi. “Bavariya”, “Borussiya” Çempionlar Liqasında iştirak edir. Buna baxmayaraq, futbolçular milliyə həvəslə gəlir.
- Almaniya 7 oyundan sonra qapısında qol gördü. Əvvəlki matçlarda da komandanızın qapısına yol tapmışıq. Yığmamızın oyununa necə qiymət verərdiz?
- İstərdik ki, bu seriyanı 8-ə çatdıraq. Azərbaycan qol vurmağa çox çalışdı. Qiymət verə bilmərəm. Amma futbolunuzun inkişafda olduğu hiss olunur. Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədi və bu komanda ilə fəxr edə bilərsiz. Maşallah (azərbaycanca deyir - M).
- Almaniyanın aşağı yaş qruplarında oynamış Renat Dadaşov Azərbaycan yığmasını seçdi. Siz onu tanıyırsız? Eyni zamanda Dadaşovun 1 milyon dollar qarşılığında millimizi seçdiyi yazılıb. Bu barədə nə deyə bilərsiz?
- Bəli, onu tanıyıram. Bilirəm ki, istedadlı futbolçudu. Hələ gəncdi, gələcəyi var. Azərbaycan onun oyunundan həzz alacaq. O ki qaldı pul məsələsinə, oxumuşam, amma bu barədə nəsə deyə bilmərəm (bu yerdə Dadaşovun pul qarşılığında millimizi seçdiyini yazan “Bild” nəşrinin əməkdaşı müdaxilə edərək, bu xəbərdən məlumatsız olduğunu dedi).
- Şürrle və Kimmixin klubunda az oynaması sizi narahat etmir?
- Onların klubunda müntəzəm oynamasını istərdim. Yəqin ki, Filipp Lam karyerasını bitirdikdən sonra Kimmix “Bavariya”da daha çox meydanda olacaq. O mənim gələcək planlarıma daxildi.
- Hazırki futbolçuları Konfederasiyalar Kubokunda görə biləcəyik?
- Maya qədər vaxtımız var. Qarşıda U-21-in yarışı var. Ondan da çox şey asılıdı. Bizim əsas məqsədimiz gələn il Rusiyada keçiriləcək dünya çemponatıdı. Hədəfimiz dünya çempionluğudu. Ola bilsin ki, bəzi yeni futbolçular bizimlə Konfederasiyalar Kubokuna yollansın.
- Leno bu gün ilk dəfə Almaniya millisinin qapısını qoruyurdu. Onu meydana buraxmağınızın səbəbi nə idi?
- Ter Ştegen və Leno yüksək səviyyəli qapıçılardı. Ter Ştegen İngiltərə ilə matçda iştirak etdi. Bu gün də Lenoya şans verdim. Noyer bizim əsas qapıçımızdı. Amma hər ikisini oynatdım ki, Noyer rəqabət olduğunu hiss etsin.
- Dortmunddakı son matçda stadion dolmamışdı. Oliver Birhoff da turnirlərin sayı çox olduğundan, azarkeşlərin artıq futboldan bezdiyini deyib. Siz bu fikirlə razısız?
- O müsahibəni oxumamışam. Amma futbolçular çox təzyiq altında oynayırlar. Həm millidə, həm də klublarında müntəzəm çıxış edirlər. Böyük komandaların futbolçularına istirahət lazım olur. Bu baxımdan turnirlərin sayı bir qədər azalsa, yaxşı olar. Mən təkcə 90 dəqiqəni nəzərdə tutmuram. Bunun səfərləri, yuxusuzluğu var. Bütün bunlar bu gün futbolçular üçün çox yükdü.
Sonda qonaqpərvərliyə görə bizimkilərə təşəkkürünü bildirən Löv yerini Robert Prosineçkiyə verdi. Millimizin baş məşqçisi oyundan razı, nəticədən narazı qaldığını bildirdi.
- Möhtəşəm atmosfer var idi. Çoxdan belə dolu tribunalar qarşısında oynamamışdıq. Buna görə də azarkeşlərə minnətdarlıq edirəm. Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar.
- Renat Dadaşovun bu gün iştirak ərizəsində olmamasının səbəbi nə idi?
- Renatın 18 yaşı var və ilk dəfə milli ilə bir yerdədi. Çox istedadlıdı. Gələcəkdə onu yığmada daha çox görəcəyik. Renatın təcrübəsi azdı, bu gün oynamaq onun üçün tez olardı. Amma gələcəkdə mütləq şans veriləcək.
- İki fərqli hissə izlədik. Bunun səbəbi almanların bizə imkan verməsi idi, yoxsa fasilədəki danışığınız oyunçulara müsbət təsir etmişdi?
- Gəlin, fərqli hissələri bir tərəfə qoyaq. Hesab 1:1 olarkən Əfran topu itirdi və qol oldu. Üçüncü qolda Qomesə yaxın oynamaq lazım idi. Fasiləyə 1:1 hesabı ilə getsəydik, oyunun axarı başqa cür ola bilərdi. Amma komandamdan tam razıyam və onunla fəxr edirəm. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər.
- Məğlubiyyəti konkret nə ilə əlaqələndirirsiz?
- Almanlar bizdən daha üstün idilər. Futbolçuları Avropanın nəhəng klublarında çıxış edirlər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil.
- Oyun təcrübəsi olmayan futbolçular yenə start heyətində şans qazandılar. Əfran İsmayılov, Rahid Əmirquliyev və Qara Qarayev buna misaldı. Bu oyunçu çatışmazlığından qaynaqlanır?
- Bu gün meydanda olanlar ən yaxşılar idi. Qara Qarayev bu gün mənim üçün meydanın ən yaxşısı idi. Rahid də əzmkar oynadı. Əfran fərqli futbolçudu. 90 dəqiqə onu meydanda görməyə bilərsiz, amma bir hərəkətlə nəsə edə bilir. Vurduğumuz qolda da Əfranın əməyi danılmazdı.
- Əfran çox top itirirdi. Biz ona məcburuq, yoxsa başqa oyunçulara da şans veriləcək?
- Sizinlə razı ola bilmərəm. Mən Əfranla bağlı tam fərqli düşünürəm. Yenə deyirəm, o, bizim üçün vacib oyunçudu. Düzdü, bu gün səhv etdi. Amma o, meydanda olanda komanda hücumameyilli oynayır.
- Dediz ki, milli bu gün maksimum oyununu göstərdi. Bu maksimumla Çexiya və Şimali İrlandiyanı Bakıda məğlub edə biləcəyikmi?
- Bunu deyə bilmərəm. Amma bu gün rəqib Almaniya yox, başqa komanda olsaydı, biz mütləq qalib gələrdik.
- Oyunun gedişində Maksim Medvedevi çağırdız, amma əvəzləmədiz...
- Bədavi Hüseynov zədə almışdı, əvəzlənməsini istəyirdi. Amma sonradan dedi ki, oynaya bilər. Bədavi istedadlı futbolçudu və bu gün istədiyimiz oyununu göstərdi.
- Jurnalistlər sizinlə razılaşmır, siz isə jurnalistlərlə. Almaniya ilə oyun sizin üçün daha çətin keçdi, yoxsa hazırki mətbuat konfransı?
- Bizim fikrimiz uyğun gəlmir. Bu da normal haldı. Mən şadam ki, həmişə oyundan sonra burda sizin sualları cavablayıram. Mən də sizə sual verirəm: bu gün kimə qarşı oynadığımızı bilirsiz? Mənim üçün Almaniya dünyanın ən güclülərindəndi və qarşıdakı dünya çempionatının favoritlərindən biridi. Mənim üçün ən çətini komandanı bu oyuna hazırlamaq idi. Rəqib adlı-sanlı olsa da, oyunçularımın onlarla mübarizə aparmasını və almanların çətin qələbə qazandıqlarını etiraf etmələrini istərdim. Sizdən tez-tez eşidirəm ki, fiziki durumumuz yaxşı deyil. Bugünkü oyun bu sualın cavabını verdi. Oyunçularımız yüksək səviyyədə və sürətli futbol sərgiləməyi bacardıqlarını göstərdilər.
- Jurnalistlərlə razılaşmırsız, aqressiv görünürsüz. Həqiqətən də biz jurnalistlər futbolu bilmirik, yoxsa sizin futbol fəlsəfəniz qeyri-adidi?
- Aqressiv deyiləm, danışığım belədi. Azərbaycanlı jurnalistlərin futboldan anlamadığını heç vaxt deməmişəm. Mən düzgün tənqidlə razıyam. Müsbət bir şey olanda da bunu yazmağınızı gözləyirəm. Mənim gəlişimdən sonra komanda baxımlı oyun göstərir. Təkcə mənim və futbolçuların inanmaları bəs etmir. Siz də inanmalısınız. Mən ancaq tənqidlər görürəm. Problem bundadı. Komanda yaxşı oynayanda müsbət fikir yazmağınızı istərdim. Sizin inamınız çox vacibdi.
- Berti Foqts müsahibəsində deyib ki, azərbaycanlı futbolçular rahat yaşadıqları üçün ölkə xaricinə çıxmırlar. Siz Qara və ya başqa oyunçuya məsləhət görmüsüz ki, ölkə xaricinə çıxsın?
- İkinci bundesliqanın axırıncı yerlərində gedən komandada oynayan Dmitri Nazarov bu gün gözəl çıxış etdi. Mən də oyunçularımızın Avropanın güclü çempionatlarında oynamalarını istəyirəm. Təəssüf ki, onları əlimlə götürüb Avropaya apara bilmərəm. Onların orda çıxışının milliyə də böyük xeyri dəyəcək. Bunu həmişə demişəm.
- Açıq fikirlisiz, hətta heyəti də hər dəfə matçdan öncə açıqlayırsız. Bəs qrupun qarşıdakı oyunlarında neçə xal sözü verə bilərsiz?
- Xal sayı baxımından söz verə bilmərəm. Amma söz verirəm ki, qalan ev oyunlarında maksimum xal toplamağa çalışacağıq. Qarşıdakı Şimali İrlandiya ilə görüş çox önəmlidi. Qələbə qazana bilsək, böyük hədəflərə nail ola və bu yuxunu davam etdirə bilərik.
- Almaniyaya vurulan qola görə AFFA-dan mükafat gözləmirsiz? Berti Foqtsun vaxtında belə hallar olub...
- Təəccübləndim bu suala görə. Bu gün məğlub olmuşuq. Mükafatdan xəbərim yoxdu, bu, məni maraqlandırmır. Mənim üçün Şimali İrlandiya ilə matça futbolçuların tam hazır olması daha vacibdi. Həmin görüşdən əvvəl 20 gün təlim-məşq toplanışı və iki yoldaşlıq görüşü keçirəcəyik.
- Kamran Ağayevin çıxışından razı qaldız?
- Kamranın “Boavişta”da oynamaması böyük problem idi. Klubsuz qalıb. Şimali İrlandiya ilə görüşə qədər hansı formada olacağını bilmirəm. Bu gün künc zərbələri zamanı irəli çıxmayıb. Bunu təhlil edəcəyik. Amma qollarda onun səhvi yox idi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar