14 mar 23:06aktual

“Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi

“Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi
Rüstəm Rəhimov: “Kamran Quliyevlə canlı telefon bağlantısı oldu”
Martın 9-da “Neftçi”nin veteran futbolçusu, 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanan kollektivin üzvü, gənclər arasında Avropa çempionu olan Nikolay Smolnikov 70 illik yubileyini qeyd edib. Yubilyar özəl gününü Moskva ətrafındakı Ximki şəhərində, “ağ-qaralar”ın digər veteran futbolçusu Rafiq Quliyevə məxsus “Mariya” restoranında qeyd edib. Bu haqda məlumatı yubiley tədbirinə qatılan beynəlxalq dərəcəli hakim, Respublika Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimovdan aldıq.
Yubileylə bağlı tədbirdə iştirak etmək üçün Rusiyaya yollanan Rüstəm bəyi dinləyək: “Özünüz də bilirsiz ki, SSRİ çempionatının “bürünc”ünü qazanan “Neftçi”nin heyətində olan futbolçulardan həyatda qalanların sayı çox azdı. Onlardan biri də Nikolay Smolnikovdu. Bir neçə gün öncə Nikolay 70 yaşını qeyd etdi. Yubiley tədbiri “ağ-qaralar”ın daha bir veteran futbolçusu Rafiq Quliyevin Ximki şəhərindəki restoranında qeyd olundu. Mən də AFFA, “Neftçi” və Respublika Futbol Veteranları İttifaqı tərəfindən həmin məclisdə iştirak etdim. Yubiley tədbirində flaqmanın sabiq futbolçuları Rafiq Quliyev, Rafiq Əlizadə, Vitali Şevçenko, Boris Zubkov, Viktor Semyonnikov və “Neftçi”nin sabiq inzibatçısı Vyaçeslav Lyoqki xanımları ilə birgə iştirak edirdilər. Ötən əsrin 60-70-ci illərində respublikanın əsas komandasının şərəfini qorumuş, hazırda Rusiya Futbol Veteranları İttifaqının prezidenti Aleksandr Mirzoyan da tədbirə qatılanlar arasında idi. Onunla görüşmək istəməsəm də, özü mənə yaxınlaşıb, əl verib salamlaşdı, kef-əhval soruşdu. Ardınca “mən də “Neftçi”nin heyətində çıxış etmişəm, orda parlamışam. Bu klubu özümə doğma hesab etdiyim üçün özümə borc bildim ki, Smolnikovun yubileyində iştirak edim” söylədi. Çox gözəl, nostalji dolu tədbir oldu. Ziyafətdə iştirak edənlərin hər biri 60-70-ci illəri yada saldı, “Neftçi”dəki günləri xatırladı, Bakı və Azərbaycan barədə xoş sözlər səsləndirdi. Müxtəlif millətlərin nümayəndələrinin vətənim barədə şirin sözlər deməsi istər-istəməz məni də çox sevindirdi. AFFA, “Neftçi” və Veteranlar İttifaqı adından çıxış eib yubilyara dəyərli hədiyyələr təqdim etdim. Smolnikovdan başqa fevralın 20-də ad gününü qeyd edən Rafiq Əlizadəyə də xatirə hədiyyəsi təqdim etdim. Tədbirin gedişində “Neftçi”nin prezidenti Kamran Quliyevlə canlı telefon bağlantısı oldu. Prezident klubun veteranı, 70 yaşını qeyd edən Smolnikovu təbrik etdi, məclis iştirakçılarını salamladı. Quliyevin səmimi danışığı, yubilyarı təbrik etməsi veteranlar tərəfindən də xoş qarşılandı. Eduard Markarov xəstəxanada olduğundan ziyafətə qatılmasa da, telefonla yubilyarı təbrik etdi və “bürünc Neftçi”ni indiyədək xatırladığını, bakılı azarkeşlərin komandaya necə dəstək verdiyini bir daha yada saldı. 8 saatdan artıq çəkən ziyafətdə hamı çıxış edərək, Azərbaycan, Bakı və “Neftçi” barədə xoş fikirlər səsləndirdilər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar