14 mar 23:04aktual

Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu

Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu
Azərbaycan futbolu sanki cəngəllik qanunları ilə idarə olunur. Kimin kefi necə istəyir, o cür də addım atır. Nə Əsasnaməyə riayət edən var, nə də öz yazdıqları qaydalara əməl edən. Əslində isə kağız üzərində hər şey mükəmməldi. Təəssüf ki, kağız üzərində...
Ötən saylarımızın birində Hakim və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Stuxlikin təyinatından sonra premyer-liqa və divizion oyunlarına təyinat alan AFFA nümayəndələri və hakim-inspektorlar arasında ixtisarların aparıldığını xəbər vermişdik. Avstriyalı funsioner və komitədə yer alanlar özlərindən yeni qaydalar müəyyənləşdirib, bəzi meyarlar yazıb hazırlamışdılar ki, oyunlara təyinat alan nümayəndələr məhz həmin tələblərə cavab verməlidilər. Hakim-inspektorlar üçün nəzərdə tutulmuş meyarlar isə bunlardı:
1. Azərbaycan Respublikasının vətəndaşı
2. Azərbaycan dilində sərbəst danışmaq və yazmaq
3. FIFA listində adı olmuş şəxslər (baş hakimlər)
4. Azərbaycan yüksək liqasında və premyer-liqada baş hakim olmuş şəxslər (3 ildən az olmamaq şərtiylə)
5. Kompüterdə səlis işləmək bacarığı olmalıdı
1a) Ali, texniki, orta təhsilli şəxslər
2a) 70 yaşı tamam olmamış şəxslər
Bəlkə də düşünəcəksiz ki, yenidən bu meyarları yada salmağını nə mənası var? Onsuz da artıq neçə müddətdi yeni sədr bunlar əsasında təyinatları gerçəkləşdirir. Tələsmədən yazını sona qədər oxusaz biləcəksiz ki, avstriyalı Stuxlik gec gəlib tez öyrənənlərdəndi. Frits Azərbaycana gəldiyi ilk vaxtlarda komitədə yenilik edib, islahatlara başlayacağını bildirsə də, çox keçmədən özü müəyyənləşdirdiyi qanunları özü pozmağa başlayıb.
Stuxlik dünən birinci divizionda keçirilən “Sabah-2” – “Turan Tovuz” qarşılaşmasında hakim-inspektor olub. Bu isə şərtlərin pozulması deməkdi. Yuxarıda qeyd etdiyimiz meyarların birinci bəndində açıq-aydın göstərilib ki, premyer-liqa və ya divizion oyununa təyinat alan hakim-inspektor Azərbaycan vətəndaşı olmalıdı. 2-ci bənddə isə həmin şəxsin Azərbaycan dilində sərbəst danışıb, yazmalı olması da vacıb tələb kimi qeyd olunub. Göründüyü kimi, Stuxlikin özü özünə təyinat verməsi artıq iki bəndin pozulması deməkdi. 4-cü bənddə isə hakim-inspektorun Azərbaycan yüksək liqasında və premyer-liqada 3 ildən az olmayaraq baş hakim kimi meydana çıxması əsas şərt kimi göstərilib. Görəsən, avstriyalı hakimnlik karyerası ərzində nə vaxt Azərbaycan çempionatında fit çalıb? Bəlkə belə oyun olub, biz xatırlamırıq? Avstriyalı bu addımı ilə 100 ildən artıq yaşı olan futbolumuza, futbol ictimaiyyətinə yuxarıdan aşağı baxdığını bir daha ortaya qoyur. Belə çıxır ki, hazırda veteran hakimlər arasında bir nəfər layiqli nümayəndə yoxdu ki, onu hakim-inspektor kimi birinci divizion qarşılaşmasına göndərsin. Bu gedişlə bir neçə turdan sonra Stuxlikin özü ilə birgə Bakıya gələn dostu da hansısa oyuna təyinat alsa, heç də təəccüblənməyəcəyik. Bu gün qaydalara tüpürüb özünə təyinat verən funksioner bekarçılıqdan darıxmasın deyə, sabah dostuna da komitədə bir iş tapa bilər.
Məsələ ilə bağlı Hakim-İnspektorlar Komitəsinin üzvü Vüsal Əliyevin fikirlərini öyrənmək istədik. Ancaq Vüsal bəy zənglərimizi cavabsız qoydu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar