14 mar 23:01aktual

Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı

Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı
Riad Rəfiyev: “Klublar fərdi şəkildə "Futbol+"ə kömək göstərə bilər”
Srağagün səhər saat 10-da AFFA-nın inzibati binasında Klublar Komitəsinin (KK) qış fasiləsindən sonra ikinci iclası keçirildi. KK-nın builki ilk iclası fevralın 22-də baş tutmuşdu və orda komitənin yeni sədri seçilmişdi. Xatırladaq ki, həmin funksiyanı “Sumqayıt”ın prezidenti Riad Rəfiyev icra edir. Çərşənbə axşamı baş tutan toplantıda Rəfiyevdən başqa premyer-liqa klublarının təmsilçilərinin nümayəndələrindən Kamran Quliyev (Neftçi), Zaur Əzizov (Qəbələ), Asif Əsgərov (Qarabağ), Eldəniz Yusifov (Keşlə), Natiq İsmayılov (Zirə), Ramin Həsənov (Səbail) və Maqsud Adıgözəlov (Sabah) iştirak edirdi. Ancaq toplantıya qatılanların siyahısı adıçəkilənlərlə yekunlaşmır. AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev, təşkilatçı qurumun Texniki İdman Şöbəsinin rəhbəri Nihad Məmmədov da iclasa qatılmışdı.
Təxminən 2 saat sürən müzakirələrdən sonra Riad Rəfiyev jurnalistlər önünə çıxdı. Komitə sədri öncə toplantıda toxunulan məsələlərdən danışdı.
- Əvvəlki iclaslarımızdan fərqli, bu gün xeyli məsələ ətrafında fikir mübadiləsi apardıq. Təxminən 11-12 sual var idi. Vacib məsələlər idi, danışdıq, müzakirə etdik. Bizimlə birlikdə iclasda AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-dən isə Aslan Şahgəldiyevlə Nihad Məmmədov iştirak etdi. Başlayaq Elxan müəllimin qaldırdığı məsələdən. Bildiyiniz kimi, bu il klublara təxminən 1 milyona yaxın vəsait ayrılıb. Bu məbləğ uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. Onların hesabatı ilə bağlı danışdıq. Yəni o pullar klublar tərəfindən hara və nəyə xərclənib. Çünki klubların qış transfer dönəmində heyətlərinə xeyli sayda əcnəbi futbolçu cəlb etmələri AFFA tərəfindən anlaşılmazlığa səbəb olub. İclasda bunun yaxşı hal olmadığı vurğulandı. Bundan başqa, "Neftçi" tərəfindən 4-5 məsələ qaldırıldı. Əsasən oyun vaxtı və görüşdən əvvəl bir neçə protokol qaydası məsələsinə baxıldı. Məlumdu ki, hər matçdan öncə gündəlik proqram olur. Komanda oyun günü neçə saat öncədən stadiona gəlməlidi, nə vaxt meydana çıxmalıdı, neçə dəqiqə məşq etməlidi və s. Bizdə klublar bu məsələyə fərqli yanaşırlar. Danışıq belə oldu ki, bunu təkmilləşdirmək üçün hər kluba oyunun gündəlik proqramı verilsin və komandaların yanaşma tərzi eyni olsun. Bir də Elxan məüllimlə danışdıq ki, bu il AFFA tərəfindən klublara daha 50 “Nike” topu verilsin. Həmçinin növbəti mövsüm komandalara daha 100 top veriləcək. Növbəti görüşümüz aprelin 16-da olacaq. Həmin iclasda limitlə bağlı məsələni gündəmə gətirməyi qərara aldıq. Söhbət 21 yaşadək futbolçu limitindən gedir. Dəqiqləşsin və klublar indidən bilsin ki, limit necə olacaq. Bundan əlavə, bəzi administrativ məsələlər müzakirə edildi. Məsələn, oyundan öncə qazonun sualınıb-sulanmaması haqda fikirlər oldu. Bəzi klublar bunu istəyir, bəziləri isə yox. Elə etməliyik ki, hamı üçün eyni olsun. Bu haqda da ortaq məxrəcə gəlməliyik.
- Hakimliklə bağlı müzakirə aparıldımı? Son turda "Neftçi" ilə oyunun ardından "Sumqayıt" tərəfi bununla bağlı etirazlar etdi. Necə düşünürsüz, hakimlər tərəfindən komandanıza qarşı ədalətsizlik var?
- Ümumiyyətlə, düşünmürəm ki, çempionatda hansısa komandaya qarşı qərəzli mövqe tutulur, hakimlər kiməsə qarşı qəsdən nəsə edirlər. Xeyr, buna inanmıram. Hakim səhvləri olub, bundan sonra da olacaq. Ötən iclasımızda Hakimlər Komitəsinin sədri Frits Stuxlik də iştirak edirdi. O, özü də qeyd etdi ki, səhvlər olub, olacaq da. Bu, təkcə Azərbaycanda deyil, hər yerdə belədi. Amma bu gün inkişaf istəyiriksə, bir yerdə olmalıyıq, bir-birimizə kömək etməliyik. İnanmıram ki, hansısa komandaya qarşı qərəzli səhvlər olur, hakimlər bilə-bilə yanlışlığa yol verirlər.
- Uşaq futboluna yatırımla bağlı əsas tövsiyələr nə oldu? Klublar bu məsələdə əsasən nəyə diqqət yetirməlidi?
- Əsas fikir bu oldu ki, həmin pul sırf uşaq futboluna ayrılıb və hər klub öz hesabatında hara xərclədiyini göstərməlidi. Dediyim kimi, anlaşılmaz məqam "transfer pəncərəsi" dönəmində xeyli sayda oyunçunun alınmasıdı. Halbuki bundan əvvəl heç vaxt qış fasiləsində bu qədər transfer olmamışdı. Söhbət zamanı vurğulandı ki, həmin pullar əcnəbilərə xərclənilibsə, bu, düzgün deyil. Çünki vəsait uşaq futboluna, akademiyaya sərf edilməlidi.
- 1996-97-ci il təvəllüdlü futbolçular bu mövsüm də 21 yaşadək oyunçu limitində saxlanıldı. Növbəti mövsüm üçün hansı yaş qrupu nəzərdə tutulacaq?
- Bu məsələyə görə qərara gəldik ki, aprelin 16-da keçiriləcək növbəti iclasımıza milli komandaların məşqçilərini də dəvət edək. Onların da bu barədə fikirlərini öyrənmək istəyirik.
- Mövsümün sonuna kimi yalnız bir toplantı nəzərdə tutulub?
- Belə deyim, çalışırıq tez-tez görüşək. Çünki müzakirə ediləsi məsələlər çoxdu. Kimsə düşünə bilər ki, bunlar xırda məsələlərdi. Amma inanın mənə, belə deyil. O qədər xırda məqamlar var ki, üst-üstə gələndə problemə çevrilir, klublara ziyan vurur. Məsələn, daha bir məsələ futbolçularla imzalanan müqavilələrin notarial qaydada təsdiqini tapması idi. Əksər ölkələrdə bu müqavilələr notariusdan keçirilmir. Bizdə isə müqavilələri notariusdan keçirmək məcburidi. Bu da klubların əlavə xərcə düşməsi deməkdi. Biz təklif etdik ki, imkan daxilində müqavilələri notariusdan keçirməyək. Çünki ona xeyli pul gedir. Onsuz da bütün klublarımız bu gün şəffaf işləyir və hesabatlarını təqdim edirlər.
- Ötən toplantıda klubları narazı salan cəzalar haqda da müzakirə aparmışdız. Bu dəfə həmin məsələyə qayıtdız?
- Bəli, bunu keçən iclasımızda da müzakirə etmişdik. Bu gün də onlardan danışdıq. Növbəti mövsümdən dəyişikliklər olacaq.
- Rəhbərlik etdiyiniz "Sumqayıt"ın çempionatda sonuncu pillədə qərarlaşması sizi nə qədər narahat edir?
- Son pillədən qurtulmaq üçün bu amil bizə əlavə stimul verir. Hətta 5-ci yerdə gedən komanda ilə xal fərqi böyük deyil. İrəlidə 8 tur var. Hazırlaşırıq, daha yaxşı oynamağa çalışırıq.
- Ötən iclasdan sonra demişdiz ki, "Futbol+" qəzetinin taleyi də müzakirə ediləcək.
- Bəli, "Futbol+" barədə də danışdıq. Belə deyim, bu gün sırf Klublar Komitəsinin səlahiyyətində deyil ki, “Futbol+”ə, yaxud da hansısa başqa qəzetə, təşkilata necəsə kömək etsin. Bu, bizim səlahiyyətimizdə deyil, buna qüvvəmiz çatmır. Amma yenə də bu gün həmin məsələni qaldırdıq. Qərara gəldik ki, klublar fərdi şəkildə "Futbol+"ə kömək göstərə bilər. Bunun üçün də artıq qəzetin klublarla birbaşa əlaqə saxlaması daha yaxşı olar, daha məqsədəuyğundu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar