Qadın voleybolçular arasında Fransa çempionatında 14-cü turun oyunları keçirilib. “Le Kann” səfərdə “Nant”a qalib gəlib – 3:0 (25:19, 26:24, 25:13). Alyona Həsənova 14 xalla qələbədə pay sahibi olub. “Venell” isə evdə “Beyzers”lə bacarmayıb – 2:3 (22:25, 19:25, 25:21, 25:19, 11:15). Anastasiya Qurbanova 17 xalla komandasının ən məhsuldar voleybolçusu olub. “Le Kann” 24 xalla 4-cü pillədə qərarlaşıbsa, bir xal geri qalan “Venell” ilk “5-liy”i qapayır. Növbəti turda “Le Kann” “Vandovr”u qəbul edəcək. “Venell” isə “Qimper”in qonağı olacaq.