Basketbol Federasiyasına (ABF) ağır itki üz verib. Qurumun baş katibi Qəhrəman Məmmədyarov yanvarın 18-də 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. 2003-cü ildən ABF-nin baş katibi kimi çalışan görkəmli alim, veteran basketbolçu, tanınmış idman xadimi, professor Qəhrəman Məmməyarov ömrünü ölkəmizdə sağlam, vətənsevər gəncliyin yetişdirilməsinə həsr etmişdi. Bu ağır itki ilə bağlı ABF-nin Rəyasət Heyəti ölkə basketbolsevərləri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.