31 iy 12:18aktual

Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”...

Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”...
UEFA “Kapital Bank Arena”nı təftiş etdi
Avropa Liqasında debüt edəcək “Sumqayıt”ın durumu ürək dağlayır. Tarixində ilk dəfə qitəmiqyaslı turnirə vəsiqə qazanan “kimyaçılar”ın mövsümlərarası fasilədə heyətini bir qədər də gücləndirəcəyi gözlənilsə də, hər şey əksinə oldu ki, bu haqda ötən saylarımızda dəfələrlə yazmışıq. Bir daha qısaca xatırladaq ki, yay fasiləsində Mehdi Şərifi, Peyman Babayi, Aleksey İsayev, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev, Sərtan Taşkın kimi oyunçular düşərgəni tərk edib. Rail Məlikov və Amil Yunanovla isə yeni müqavilə imzalanmayıb. Gedənlərin əvəzində “Sumqayıt” yalnız iki futbolçunu – Tellur Mütəllimovla Elvin Məmmədovu rənglərinə bağlayıb. Gəlin etiraf edək ki, Elvinin ən yaxşı günləri artıq geridə qalıb və yarımmüdafiəçinin istər avrokuboklarda, istərsə də yeni mövsümdə “gənclik şəhəri” təmsilçisinin gücünə güc qatacağı inandırıcı görünmür. Tellur isə ötən “futbol ili”ndə gününü “Zirə”də daha çox ehtiyat oyunçular skamyasında keçirməklə yadda qalıb. Hazırda sumqayıtlılar gənclərin ümidinə qalıblar ki, bu da avrokuboklarda “kimyaçılar” üçün heç də xoş gələcək vəd etmir.
“Azərikimya”nın laqeydliyi
Bu il 10 yaşını qeyd edən klub ilk gündən “Azərikimya”nın himayəsi altında olub. Şirkətin sabiq rəhbəri, hazırda ekalogiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin dönəmində “Sumqayıt” digər elita təmsilçiləri ilə müqayisədə az, ancaq sabit büdcəyə malik olub. Komanda ildə iki dəfə ölkə xaricinə təlim-məşq toplanışlarına yollanıb, “transfer pəncərəsi” dönəmində heyətini gücləndirmək yönündə əməli addımlar atıb. Muxtar bəyin Sumqayıtı paytaxta dəyişməsi ilə “ağ-göylər”in də “qara günləri” başlayıb. Ötən mövsümün gedişindən “Azərikimya”nın yeni rəhbərliyi kluba əvvəlki illərdə olduğu kimi diqqət ayırmır. Geridə qalan “futbol ili”ndə maaşların və mükafatların dəfələrlə gecikməsi düşərgədə müəyyən narazılıqların baş qaldırmasına rəvac vermişdi. İmran Arzumanzadənin rəhbəri olduğu qurumun komandaya biganə münasibətinin kuliminasiya nöqtəsi isə bu yaya təsadüf etdi. Aparıcı futbolçuların heyəti bir-bir tərk etməsinin kökündə də məhz sponsorun komandaya laqeydliyi durur. Premyer-liqanın digər klubları heyəti gücləndirmək üçün qollarını çırmalayıb işə girişəndə, “Azərikimya” “Sumqayıt” rəhbərliyini, daha dəqiq desək, klub prezidenti Raid Rəfiyevi get-gələ saldı, yeni mövsüm üçün büdcə ilə bağlı müzakirələrdən yayındı. Himayədar tərəfindən ögey münasibət görən futbolçular da çox gözləsələr də, qeyri-müəyyənliyi görüb, karyeralarını düşünərək, başqa klubların təkliflərini dəyərləndirdilər.
Avans hesabına təşkil olunan toplanış
Ölkə futbolunu yaxından izləyən oxucularımız bu yay ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil edəcək komandalar arasında hazırlığa ən gec “Sumqayıt”ın start verdiyindən xəbərdardı. “Neftçi”, “Qarabağ” Qəbələdə, “Keşlə” isə Şamaxıda məşqlərə başlayanda “kimyaçılar”ın nə vaxt və harda bir araya gələcəyi məlum deyildi. Çünki sponsor tarix yazan kluba pul ayırmaq əvəzinə, “Sumqayıt”ın ofisinə audit yoxlaması göndərmişdi. Təftişə gələn şəxslər bir neçə gün klubun mühasibat sənədlərini yoxladıqdan sonra çəklib getdilər. Düşünmək olardı ki, bundan sonra “Azərikimya” yeni mövsüm üçün “Sumqayıt”ın yeni büdcəsini təsdiqləyəcək, kluba ötən illərlə müqayisədə daha çox maliyyə vəsaiti ayıracaq. Ancaq gözləntilər özünü doğrultmadı, büdcə ilə bağlı səs-soraq çıxmadı. Bizə çatan məlumata görə, vəziyyətin ağır olduğunu görən Riad Rəfiyev komandanı təlim-məşq toplanışına yola salmaq üçün fərqli yola əl atıb. Belə ki, klub prezidenti sponsora müraciət edərək toplanış üçün avans istəyib. Şərt də belə olub ki, Avropa Liqasında iştirak üçün UEFA-nın “Sumqayıt”a ayıracağı vəsait klubun hesabına köçən kimi borc qaytarılacaq. Bundan başqa, çempionatın statına saylı günlər qalmasına baxmayaraq, hələ də “kimyaçılar”ın büdcəsi məlum deyil. “Şər deməsən, xeyir gəlməz” deyimini nəzərə alıb, avqustun 27-də “Sumqayıt” Avropa Liqasında fiaskoya uğrayacağı halda “Azərikimya” rəhbərliyinin buna reaksiyası maraqlı olacaq. Bu həmin rəhbərlikdi ki, martda komanda “Qəbələ”yə 0:5 hesabı ilə yeniləndə, əsəbləşmişdi, baş məşqçi Ayxan Abbasovun istefasını tələb etmişdi. Bu haqda qəzetimizdə ətraflı məlumat vermişdik. Həmin vaxt Riad bəy baş məşqçinin tərəfində olmuş, sponsora tələsik qərar verməməyi məsləhət görmüşdü. Premyer-liqadakı ağır yenilgini həzm edə bilməyən İmran Arzumanzadə, görəsən, qitəmiqyaslı turnirdə “Sumqayıt” biabırçılığa düçar olanda, özü-özündən utanacaq, özündə günah görəcək?
“Səpələnməmişlər” arasında birinci
“Kimyaçılar” durumu bağlı acınacaqlıdı. Bugünkü heyət avrokuboklarda nəyəsə ümid etməyə imkan vermir. Ancaq klubun idman direktoru Zamiq Hüseynov nikbindi. Onu dinləyək: “Bugünlərdə rəqiblərimizi təhlil etmişik. Bildiyiniz kimi, “Sumqayıt” “səpələnməmişlər” arasında yer alıb. İlk dəfə avrokuboklarda çıxış etməyimizə baxmayaraq, reytinq baxımından biz “səpələnməmişlər” arasında ilk pillədəyik. Ola bilsin, bu səbəbdən birinci təsnifat mərhələsində rəqibimiz bir qədər zəif oldu. “Səpələnmişlər” arasında elə komandalar var ki, onlarla başabaş mübarizə apara bilərik. Yenə də hər şey püşkdən asılıdı. Heyətə gəlincə, əsasən gənclərdən formalaşmış komanda qururuq. İnanırıq ki, əsas komandaya cəlb etdiyimiz gənc oyunçular ümidləri doğruldacaqlar, Azərbaycan futboluna yeni rəng qatacaqlar. Əmir Ağayev və Peyman Babayinin məsələsi hələ də həll olunmamış qalır. Açıq desəm, Əmirin geri dönəcəyi inandırıcı görünmür. Peymanın məsələsi isə hələ də açıq qalır. “Maşınsazi” rəhbərliyi ilə danışıqlar davam edir. Ancaq İran klubu icarə üçün elə məbləğ tələb edir ki, bu gün “Sumqayıt” həmin vəsaiti ödəmək iqtidarında deyil. Bizə ancaq “Maşınsazi” rəhbərliyinin güzəşt edəcəyinə ümid bəsləmək qalır ki, onların da buna gedəcəyini, açığı, gözləmirik. Bu müddətdə ortaq məxrəcə gələ bilməmişiksə, inanmıram ki, bundan sonra müsbət yöndə nəsə ola. Ancaq yenə də gözləyirik”.
“Kapital Bank Arena” təftiş olundu
“Sumqayıt”ın idman direktoru bizimlə söhbətdə onu da bildirdi ki, bugünlərdə UEFA “Sumqayıt”ın Avropa Liqasının birinci təsnifat mərhələsi üçün sifariş etdiyi “Kapital Bank Arena”nı təftiş edib: “Hər dəfə olduğu kimi, bu il də avrokuboklar ərəfəsində qitənin ali futbol qurumu klubların beynəlxalq oyunlar üçün sifariş etdiyi arenaları təftiş edib. Əvvəlki illərdən fərqli, bu dəfə təftiş onlayn keçirilib. Arenanın, qazonunun durumu ilə bağlı UEFA-ya fotolar təqdim olundu. Vizual olsa da, ali qurumun rəsmiləri bütün incəlikləri gözdən keçirdilər və xırda çatışmazlıqlar ortaya çıxdı ki, onunla bağlı tövsiyələr verildi. Həmin çatışmazlıqları yaxın günlərdə aradan qaldıracağıq”.
Nyona kim gedəcək?
Ötən saylarımızda xəbər verdiyimiz kimi, Avropa Liqasının püşkatması avqustun 10-da baş tutacaq. “Sumqayıt”ın həmin tədbirdə təmsil olunub-olunmayacağını da Zamiq bəylə söhbətdə dəqiqləşdirmək istədik. Ancaq idman direktoru hələ bununla bağlı bilginin olmadığını bildirdi: “Hələ ki bu məsələ ilə bağlı sizə konkret nəsə deyə bilməyəcəm. Yalnız onu söyləyə bilərəm ki, işlərin çoxluğu səbəbindən idman direktoru olaraq mənim püşkatmaya qatılmayacağım dəqiqdi. Ola bilsin, avqustun 10-da Nyonda keçiriləcək püşkatmaya klub prezidenti Riad Rəfiyev yollandı. Ancaq bu da hələ dəqiqləşməyib. “Sumqayıt” rəhbərliyindən heç kim Nyona yollanmasa, avrokuboklarda iştirak edəcək klublarımızın nümayəndələrindən biri bizi püşkatmada təmsil edəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar