31 iy 12:07Yazar

Lippertin unudulmuş hesabatı

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu sevgidə kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, bilmirəm. (Məmməd Araz)
AFFA-nın rəsmi saytı iyulun 14-də hamımızı təəccübləndirdi. Bizi təəccübləndirən məlumatın başlığı belə idi: “Texniki direktorla müqavilə uzadılmayıb”. Söhbət ondan gedirdi ki, AFFA-nın texniki direktoru Bernard Lippertin müqaviləsinin müddəti 2020-ci il iyunun 30-da başa çatıb və onunla anlaşma yenilənməyib. Görürsüz, hər şey bu qədər sadə imiş. Qupquru iki kəlmə. Sanki hər şey belə olmalıymış. Bernard Lippert həmyerlisi Berti Foqtsun rekordunu qırdı, özü də böyük fərqlə. Herr Bertini 2014-cü ildə səssiz-səmirsiz yola salmışdıq. Adam özünə əziyyət verib, Bakıya da gəlmədi. Bizimkilər onun ayağına getdilər. Gedərkən Foqtsun Bakıda qalan əşyalarını da özləriylə aparıb-aramadıqlarını heç bilmədik. Bəlkə də bizi bəyənməyən alman Bakıda heç əşya da saxlamırmış. Onsuz da özünü qonaq kimi aparır, millinin oyunları vaxtı Azərbaycana gəlirdi. Burası öz yerində. Hər dəfə bütün bunları ona görə təkrarlayıram ki, bəziləri öz ayıblarını bir daha görsünlər, bəlkə xəcalət hissi keçirərlər...
Hə, orda qalmışdıq ki, Lipperti Foqtsdan daha çox əzizlədik. Özü də xeyli çox! Təsəvvür edirsiz, futbol mütəxəssisindən daha çox fizika müəllimlərinə bənzəyən Lippert 12 il Azərbaycanda qaldı, AFFA-dan maaş aldı. Foqtsdan düz iki dəfə çox. Gərək həmkarım Həbibdən Lippertin “vatsap” nömrəsini alım, ona bu zirəkliyinə görə almanca təşəkkür yazım. Qoy oxusun, həzz alsın. Hər halda, bundan sonra çətin ki, kimsə Lippertin rekordunu təkrarlaya bilə. Zarafat deyil, 12 il bir igidin ömrüdü. Adam düz 12 il Bakıda gün keçirdi, lüks mənzillərdə, “beşulduzlu” otellərdə yaşadı. Özüm görməmişəm, amma görənlər deyir ki, həftəsonları gecə klublarına baş çəkirmiş və bahalı içkiləri masasına qoyub, “yorğunluğunu” çıxarırmış. Yorğunluq sözünü ona görə dırnaq içərisində yazıram ki, Lippertin hansısa faydalı fiziki işlə məşğul olduğu bizə məlum deyil. Belədə onun yorulmasına, bunun üçün tünd içkilərlə həzin musiqi sədaları altında dincəlmək ehtiyacı hiss etməsinə də inanmaq çətindi. Gəldi, yaxşıca qazandı, yedi-içdi, xoş günlər keçirdi və getdi. Səssiz-səmirsiz, heç nə olmamış kimi.
Məlum məsələdi ki, Elxan Məmmədova bu qərarı vermək elə də asan olmayıb. Çünki sadiq iş yoldaşını, az qala “sağ əli”ni itirdi. Elə bu səbəbdən də iyunun 30-da bitən müqavilə ilə bağlı açıqlama bundan iki həftə sonra ictimaiyyətə açıqlandı. Yəni ki, geridönüş mümkün olmayandan sonra. Koronavirus pandemiyası və onun gətirdiyi iqtisadi çətinliklər AFFA-nın planlarını da vurmalıydı. Düzdü, AFFA əcnəbi sevdasından hələ tam imtina etməyib. Uzun mübarizədən sonra italyan mütəxəssis Canni De Byazini milli komandaya baş məşqçi gətirməyi bacardılar. Bəlli məsələdi ki, 65 yaşlı italyan Bakıya tək gəlməyəcək. Özüylə həmyerlilərini-köməkçilərini gətirəcək. Kim bilir, bir də gördük, millinin ukraynalı həkimi Vyaçeslav Xomenkonu da yola saldılar. Deyəcəklər ki, “Ukrayna modeli” fayda vermədi, bundan sonra milli üzvlərinin səhhətiylə italyadan gələn təqaüdçü həkim məşğul olacaq. Biz bu cür filmləri illərdi görə-görə gəlmirikmi?!
Həyat belədi, nəyisə qazanmaq üçün qurban verməli olursan. Bu dəfə də Lipperti qurban verdilər. Onun əvəzində Canni De Byazini qazandılar. Prosesin davamlı olacağı şübhə doğurmur. Çox tezliklə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Stuxlik də yola salınacaq. Futbol yox, çempionat yox, olanda da gərginlik yaşanmır, hakim səhvləri isə daha da artıb. Belədə kimə lazımdı əcnəbi sədr? Stuxliklə birlikdə Milan Obradoviç də yola salınar. Əsas millini italyan çalışdırırsa, U-21-də də onun “oyun fəlsəfəsi”nə uyğun biri olmalıdı, ya yox?! Hər yeni məşqçi yeni qazanc yeri, menecerlər üçün yeni faiz deməkdi. Belədə Obradoviçi asanlıqla qurban vermək olar. Elə Miloş Velebiti də Obradoviçlə eyni təyyarədə göndərsinlər, hava limanına iki dəfə maşın, müşayiətçi göndərməyə ehtiyac qalmasın. Pandemiyanın gətirdiyi zərərləri xeyirsiz əcnəbləri yola salmaqla azaltmaq olar. Amma bir vacib məsələni unutmayın. 12 il Azərbaycanda çalışan Bernard Lippert niyə hesabat vermədi? Verdisə, kimə verdi və hesabatında nələri yazdı? Hanı Lippertin Azərbaycan futboluna verdiyi fayda? Eləcə də başqa əcnəbiləri yola salanda onların hesabatlarını almaq lazımdı. Görək, AFFA-nın “əcnəbi sevdası”nda kim uduzur, kim udur?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar