28 iy 14:52gundem

“Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib

“Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib
Rəmzi Eminli: “AFFA-nın idman prinsiplərinə əməl etməməsi bizi də pis vəziyyətə salır”
Ötən mövsüm birinci divizionda 14 komanda çempionluq uğrunda uzun marafona çıxsa da, qış fasiləsində biri – “Ağsu” oyunların manipulyasiyasına cəhd üzündən yarışdan xaric olundu. Pandemiya səbəbindən yarımçıq başa çatdırılan “futbol ili”ndə finişə 13 kollektiv çata bildi ki, onlardan da 7-si elita təmsilçilərinin ikinci komandası idi. Xatırladaq ki, “Qəbələ” rəhbərliyi maliyyə çətinliyi səbəbindən əvəzedicilərinin birinci divizionda çıxış etməsinə razılıq verməmişdi.
Peşəkar status daşıyan divizionda yeni mövsümdə neçə komandanın çıxış edəcəyi hələ məlum olmasa da, bilinən budu ki, “qırmızı-qaralar” kimi, “Zirə”nin “ikincilər”i də 2020/21 “futbol ili”ndə birinciliyə qatılmayacaq. Belə olacağı təqdirdə aşağı dəstədə cəmi 12 komanda qalacaq ki, onun da yarısı premyer-liqa klublarının əvəzediciləri olacaq. Ancaq bu o demək deyil ki, aşağı dəstədə oynamaq istəyən komandalar yoxdu. Artıq neçə ildi Qusar “Şahdağ”ı, Region Liqasının ikiqat qalibi “Uğur”, geridə qalan mövsümdə yaxşı mənada adından söz etdirən “TST Astara” kimi komandaların rəsmiləri hər imkanda divizionda çıxış etmək niyyətlərinin olduqlarını açıqlayırlar. Belə klublardan biri də “Ağsu Siti”di.
Bugünlərdə redaksiyamızla əlaqə saxlayan Ağsu təmsilçisinin prezidenti Rəmzi Eminli divizionda çıxış etməyə hazır olduqlarını, ancaq buna imkan verilmədiyini bildirdi: “İki mövsümdü Region Liqasında çıxış etdik. Bu müddət ərzində Mərkəz zonasının lideri olduq, pley-off mərhələsinə vəsiqə qazandıq. İlk ildə təcrübəsizlik səbəbindən yarımfinala vəsiqə qazana bilməsək də, yarımçıq dayandırlan son mövsümdə finala qədər irəliləyəcəyimizə əmin idim. Çünki hədəfə uyğun kollektiv formalaşdırmışdıq, bütün oyunlarda maksimum nəticə qazanmışdıq. COVID-19 arzumuzu ürəyimizdə qoydu. İndi istəyimiz birinci divizionda çıxış etməkdi. Hər kəs bir yola çıxanda qarşısına bir məqsəd qoyur. Kimi ünvana çatmağı planlaşdırır, kimi yarıyolda yaxşı imkan yaranacağı yerdə qalmağı hədəfləyir. Biz də “Ağsu Siti”ni yaradanda qarşımıza bir məqsəd qoymuşuq ki, bir neçə ildən sonra peşəkar status qazanaraq, əvvəlcə divizionda, ardınca isə elitada çıxış edək. İki il Region Liqasında çıxış etdik, bu müddətdə böyüdük, təcrübə topladıq, peşəkarlaşmaq yönündə addımlar atdıq, xeyli iş gördük. İndi istəyirik yeni mövsümdə birinci divizionda iştirak edək. Bu məqsədlə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istədik. Ancaq alınmadı. Belədə ona mesaj yazaraq müraciət etdim. Ancaq bu günə kimi mesajıma cavab gəlməyib, AFFA-dan bir nəfər belə bizimlə əlaqə saxlayıb fikirlərimizi eşitmək istəməyib. Nə vaxta kimi “Ağsu Siti” Region Liqasında çıxış edəcək? Biz daha nə etməliyik ki, AFFA rəhbərliyi niyyətimizin ciddi olduğunu, bəziləri kimi pis niyyətlə peşəkar liqaya yüksəlmək istəyində olmadığımızı anlasın? Bildiyim qədər Elxan müəllim birinci elita təmsilçilərinin əvəzedcici komandalarına divizionda iştirak etmək xatirinə əlavə maliyyə ayırır. “Zirə” rəhbərliyinə də deyib ki, pul veriləcək, təki siz iştirakdan imtina etməyin. “Zirə-2”nin aşağı dəstədə mübarizə aparması bu qədər vacibdi ki, onlara xüsusi güzəştlər təqdim olunur? Həmin vəsait Region Liqasında çıxış etmiş, qarşısına bizim kimi ciddi hədəflər qoyan klublara ayrılsa, daha məntiqəuyğun olar. Həm divizionda bölgə təmsilçilərinin sayı artar, həm də AFFA o qədər xərcə düşməz. Onsuz da klub rəhbərliyi olaraq “Ağsu Siti”ni maliyyələşdiririk. AFFA da bir qədər dəstək olsa, iddialı komanda formalaşdırıb çempionata rəng qatarıq”.
Klub prezidenti AFFA-nın belə addım atmaqla sponsorları da futbola yatırım qoymaqdan çəkindirdiyini bildirdi: “Bu gün gənc iş adamı kimi şəxsi vəsaitim hesabına klubu saxlayıram. Onu da bilirəm ki, divizionun xərci ilə Region Liqasının şərtləri eyni deyil. Peşəkar status daşıyan liqada daha sərt şərtlər qoyulur. Buna görə də mən kluba sərmayə qoymaq üçün başqa sponsorlarla danışıq aparıram. Ancaq AFFA-nın idman prinsiplərinə əməl etməməsi bizi də pis vəziyyətə salır. Danışdığım iş adamları “onsuz da bizdə aşağı düşmək, yuxarı çıxmaq məsələsi yoxdu. Mən pul xərcləsəm də, yerinizdə sayacaqsız” deyirlər. Onları da qınamıram. Doğrudan da yerində sayan, inkişafa nail olmayan kluba kim pul xərcləyər? Bütün bunları nəzərə alıb istəyirəm “Ağsu Siti” növbəti mövsümdə birinci divizionda çıxış etsin. Kluba pul ayırmaq istəyən iş adamları da görsün ki, yerimizdə saymırıq, iki ildə biz də nəyəsə nail olmuşuq. Niyə Türkiyədə aşağı liqadan daha yüksək liqaya vəsiqə qazanan qəsəbənin, rayonun, şəhərin əhalisi bu sevinci böyük iftixarla qeyd edə bilir, bizdə buna imkan yaratmırlar? Mən də istəyirəm ki, Ağsu kimi kiçik bir rayonun əhalisi həftəsonları stadiona gəlsinlər, ən azı ölkə kubokunda böyük klublarla oyunlarımızı izləsinlər. İnfrastruktur və peşəkarlaşma yönündə başqa tələblərə gəlincə, Ağsuda böyük stadion var. Bundan başqa, özünüz də bilirsiz ki, klub olaraq yeni arena ərsəyə gətirmişik. Aşağı yaş qruplarımız da var. SOCAR-ın vitse-prezidenti, çempionatdan kənarlaşdırılan “Ağsu”nun sponsoru Mikayıl İsmayılovla da görüşüb müzakirələr aparmışıq. O da bizə divizionda çıxış edəcəyimiz halda yardımçı olacağını bildirib. Bütün bunları nəzərə alıb qəzetiniz vasitəsi ilə Elxan Məmmədova səslənirəm. Bizim səsimizi eşidin, imkan verin “Ağsu Siti” birinci divizionda çıxış etsin”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar