28 iy 13:59olke

Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir

Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir
“Veteranlar klublarda, sadəcə, işlə təmin olunmasınlar, eyni zamanda söz sahibi olsunlar”
Müstəqillik illərində adından söz etdirən futbolçulardan biri də Nazim Əliyev olub. Ucaboy forvard karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), “Dinamo”, “Qarabağ” kimi klubların şərəfini qoroyub. Butslarını mismardan asandan sonra məşqçilik fəaliyyətinə başlayan Əliyev U-19, U-21, əsas yığma ilə yanaşı, “Qarabağ”da, “Olimpik”də çalışıb. Bu günə kimi Azərbaycan çempionatının “ən sərrast futbolçusu” adını heç kimə güzəşt etməyən Nazim bəydən çoxdan səs-soraq yoxdu. Mətbuatın diqqətindən kənarda qalan veteran futbolçunu aradıq və futbolumuzun dünəni, bugünü barədə söhbətləşdik.
“Həm elitada, həm də birinci dəstədə idman prinsiplərinə riayət olunmalıdı”
- Xeyli vaxtdı kölgəyə çəkilmisiz, sizdən səs-soraq yoxdu.
- Səs-soraq yoxdu deyəndə ki, “Səbail”də çalışıram, aşağı yaş qrupları üzrə seleksiya işlərinə baxıram. İndi meydan gənc məşqçilərindi, onlara imkan yaratmaq lazımdı.
- Siz özünüzü yaşlı hesab edirsiz?
- Yaşım çox olmasa da, səhhətimdə yaranan problemlər səbəbindən artıq məşqçi kimi çalışa bilmirəm. Qan təzyiqindən, şəkərdən əziyyət çəkirəm. Məşqçi işi insana daim həyəcan, stress yaşadır. İndiki vaxtda mənə bu lazım deyil.
- Uşaq futbolunda çalışsaz da, yəqin ki, premyer-liqa və birinci divizionu izləyirsiz. Bu gün böyük futbolun durumu sizi qane edir?
- Ümumi planda vəziyyətin qənaətbəxş olduğunu deyə bilərəm. Ancaq təbii ki, mən daha yaxşı olmasını istəyərdim. İlk növbədə premyer-liqada və birinci dəstədə komanda sayı artmalıdı. Belə olsa, rəqabət də artar, yerli uşaqların üzə çıxmasına da imkan yaranar. Bundan başqa, həm elitada, həm də birinci dəstədə idman prinsiplərinə riayət olunmalıdı. Premyer-liqanın sonuncusu aşağı yuvarlanmalı, divizionun qalibi daha üst səviyyəyə qalxmalıdı. Ancaq təəssüf ki, bizdə bu yoxdu. İlk 4 yeri tutan komanda avrokuboklara vəsiqə qazanır. Qalan 4 komanda isə özü də bilmir, nə uğrunda yarışır. Düşmə-qalxma olsa, onlar da meydana daha toparlanmış şəkildə çıxarlar, hər matçda var qüvvələri ilə oynayarlar. Qışdan artıq bəlli olur ki, ilk “üçlük”də hansı komandalar qərarlaşacaq. Fasilədən sonra keçirilən 4-5 turdan sonra da dördüncünün kim olacağı bəlli olur. Çempionatın sonuna 3-4 tur qalmış artıq intriqa ölür. Niyə Avropanın, demək olar ki, bütün çempionatlarında bu prinsipə riayət olunduğu halda, bizdə vəziyyət fərqlidi? Bu problemi həll etmək lazımdı. Divizionla elita arasında bağlılıq olmalıdı. Bu çatışmazlığı aradan qaldıracağımız halda, çempionata maraq artacaq, azarkeşlər stadiona gələcək.
- Klub sayının azlığından şikayətləndiz. Bunun günahını kimdə görürsüz?
- Təbii ki, iş adamlarında. İri şirkətlər, holdinqlər klublara sponsorluq etməlidi, bu sahəyə yatırım qoymalıdı. AFFA bacardığı qədər klublara dəstək olur, ancaq bununla iş bitmir. Futbola sərmayə kənardan gəlməlidi. Assosiasiyanın işi ölkədə ümumi futbolun inkişafına nail olmaq və yığmaları maliyyələşdirməkdi. Daha klubları maliyyələşdirmək yox. Gəncə kimi böyük futbol şəhərinin komandası pulsuzluq səbəbindən divizionda var-gəl edir. Sizcə, Gəncədə imkanlı iş adamları, böyük şirkətlər yoxdu? Və yaxud başqa bölgələrimizdə? Var, sadəcə, futbola yaxın durmaq istəmirlər. Ancaq əvvəllər vəziyyət fərqli idi. Milyonçular var idi ki, öz şəxsi pulları hesabına klubları maliyyələşdirirdilər, kənardan güclü legionerlər dəvət edirdilər. Bunun da nəticəsi kimi daha maraqlı, daha gərgin çempionat izləyirdik.
“Çalışacam bu kluba sponsorluq edəcək bir iş adamı tapım”
- 183 qolla müstəqillik illərində ən sərrast futbolçu kimi hələ də ilk pillədə qərarlaşmısız.
- Bağışlayın, sözünüzü kəsirəm, 184 qol vurmuşam.
- Siz hər dəfə bunu qeyd etsəz də, rəsmi statistikada 183 qol göstərilir.
- Müstəqil çempionat keçirilməyə başlandığı ilk vaxtlardan statistikanı rəhmətlik Abas Əzimov aparırdı. O hər dəfə mənə deyirdi ki, sənin hesabında 183 yox, 184 qol var. Mən də onun sözünə güvənib, 184 qol vurduğumu deyirəm.
- Keçmiş SSRİ-də “Qriqori Fedotov klubu” var idi. Həmin kluba üzv olmaq istəyən futbolçu SSRİ çempionatında, kubokunda, yığmasında minimum 100 qol vurmalıydı. İllər öncə bizdə də sizin adınızla bağlı belə klub yaradıldı, ancaq nədənsə sonradan bu məsələ aktuallığını itirdi.
- Yadımdadı. Məhz “Futbol+” bu məsələni gündəmə çıxarmışdı ki, buna görə qəzetinizə təşəkkür edirəm. Bilirsiz, hər şeyin başında pul durur. Sponsor olsaydı, kluba düşən futbolçulara hansısa hədiyyə, mükafat verilsəydi, “Nazim Əliyev klubu” da inkişaf edərdi, bu gün əksər futbolçular ora adını yazdırmaq üçün çalışardı. Çalışacam bu kluba sponsorluq edəcək bir iş adamı tapım. Bəlkə onda bu məsələ yenidən gündəmə gələr.
- Bu gün Azərbaycan futbolu hücumçu qıtlığı yaşayır. Statistikaya nəzər salsaq, son illərdə daha çox legionerlərin bombardirlər yarışında qalib olduğunu görə bilərik. Elə son mövsümdə 4 bombardirdən üçü əcnəbi oldu. Sizcə, bizimkilərin qolçuluq bacarığını itirməsinin kökündə nə durur?
- Hər şey klublarımızın hücumçu mövqeyinə kənardan futbolçu dəvət etməsi ilə başladı. Demək olar, bütün klublarımızın rəhbərləri elə düşündülər ki, hücumçu mütləq legioner olmalıdı, onlara güvənmək lazımdı. Qolçuluq bacarığı olan yerlilər də belə münasibəti görüb, artıq mövqelərini dəyişmək məcburiyyətində qaldılar. Bizdə həmişə qol vurmağı bacaran oyunçular olub. Rauf Əliyev, Ağabala Ramazanov – məgər onlar pis forvardlardı?
- Hər halda, adını qeyd etdikləriniz nə sizsiz, nə də Zaur Ramazanov...
- Adla tanınan hücumçuya istedadı Allah bəxş edir. Forvard üçün ən böyük üstünlük qol duyumunun olmasıdı. Hücumçu cərimə meydançasının daxilində şah olmalıdı, ən kiçik imkandan belə maksimum yararlanmalıdı. Yenə deyirəm, bizdə həmişə güclü forvardlar olub. Sadəcə, onlara güvənmək lazımdı.
“Bu bizim dönəmimizdə də belə olub, indi də belə davam edir”
- Ötən əsrin 90-cı illərinin futbolçuları güclü olub, yoxsa indiki nəsil? Bu müqayisə daim mübahisə predmeti olub.
- Hərdən bəzi insanlardan eşidirəm ki, müstəqillyin ilk illərində keçirilən çempionatların səviyyəsi çox aşağı olub. Ancaq bu fikirlə heç vaxt razılaşmamışam. Səviyyə necə aşağı ola bilərdi ki, həmin vaxt medallar uğrunda mübarizə aparan 5 komanda SSRİ çempionatının ikinci liqasının 9-cu zonasından gəlmişdi. Birinci liqa keçirlmədiyindən “Neftçi” məcburiyyətdən müstəqil birincilikdə çıxış etməli oldu. Həmin vaxt o komandalarda çox güclü oyunçular cəmləşmişdi. İndiki çempionatı baxımlı edən stadionlar və televiziya çəkilişləridi. 90-cı illərdə infrastruktur bərbad gündə idi, stadionların misgin görünüşü var idi. Ot örtüyündən isə danışmağa dəyməz. Bir kamera ilə aparılan çəkiliş hara, indiki kimi 8-10 kameranın çəkməsi hara... Deyirlər bizim oynadığımız vaxtda futbolda sürət aşağı olub. İnanmayın, əksinə biz daha sürətli oynayırdıq. İndi baxırsan ki, oyunda temp yoxdu, ancaq texnika o qədər inkişaf edib ki, həmin matç azarkeşə tam fərqli rakursdan təqdim olunur. Bizim oynadığımız dönəmdə topu 30 saniyədən çox saxlamaq mümkün deyildi. Ya hücum qurmalıydın, ya da rəqib topu səndən “oğurlayacaqdı”. Bizim nəsilin yeganə səhvi onda oldu ki, çoxumuz ölkə xaricindən gələn təklifləri dəyərləndirmədik.
- Eyni hal indi də davam edir. Nəyə görə azərbaycanlı futbolçular legioner həyatı yaşamaq maraqlı deyil? Hər kəs buna bir səbəb deyir. Siz necə düşünürsüz?
- Bu mentallıqdan irəli gəlir. Biz azərbaycanlılar ailəyə, torpağa çox bağlıyıq. Bu bizim dönəmimizdə də belə olub, indi də belə davam edir. Ancaq bu yanlış yoldu. 1992-ci ildə İranın aparıcı klubu məni heyətində görmək istəyirdi. Dəvəti qəbul etmədim. Bir il sonra, daha dəqiq desəm, 1993-də İsrailin güclülər dəstəsində çıxış edən komanda mənə müqavilə təklif etdi. Bir qədər düşündüm, evi, ailəni nəzərə alıb “yox” dedim. 2000-ci ildə, bu dəfə məşqçi kimi İran klubundan iş təklifi aldım. Qonşu ölkəyə yollansam da, bir həftə tab gətirdim, darıxdığım üçün müqaviləyə qol çəkməyib Azərbaycana döndüm. İndi illər ötəndən sonra yanlış qərar verdiyimi başa düşürəm. İndiki futbolçulara məsləhətim odu ki, xaricdən təklif alsaz, düşünmədən, evi, ailəni, valideyini, əmini-dayını nəzərə almadan ölkədən çıxın. Bu sizin peşəkar karyeranıza çox müsbət təsir göstərəcək. Yeni futbol mədəniyyəti, ab-hava, fərqli futbol fəlsəfəsinə malik məşqçi və ya məşqçilərlə işləmək sizə yalnız müsbət yöndə kömək edəcək, inkişafınıza yardımçı olacaq. Bəzən elə düşünürük ki, bir neçə il futbol oynayırıqsa, artıq hər şeyi bilirik. Ancaq belə deyil. 1983-cü ildə mən, Nazim Süleymanov yığmaya cəlb olunmuşduq. Moskvada olanda həkim müayinəsindən keçdik. Orda gördülər ki, bizim ürəyimiz bərpa oluna bilmir. Bütün bunlar bizim məşqçilərin sayəsində olmuşdu. Orda bizə dedilər ki, məşqçinin adını çəkin, bu gün onu işdən çıxaraq. Onda başa düşdüm ki, futbol hər yerdə vahid qaydalarla oynanılsa da, işə yanaşma fərqlidi. Odu ki, dünyaya açılmaq, Azərbaycandan kənarda özünü yoxlamaq lazımdı. İlk vaxtlar nəsə alınmaya bilər, buna görə həvəsdən düşmək lazım deyil. Səbirli olub, yola davam etmək lazımdı.
“Belə məşqçilərimiz varsa, əcnəbiyə ehtiyac duyulmamalıdı”
- Yığmanın baş məşqçisi postuna Canni De Byazi təyin olundu. İtalyan məşqçinin təyinatına münasibət bizdirməyinizi istərdik.
- Berti Foqts milliyə dəvət olunanda da təyinatla bağlı fikirlərimizi öyrənmişdilər. Onda da demişəm, indi də təkrarlayıram, yığmaya yerli məşqçi rəhbərlik etməlidi. Foqts dünya çempionu idi, De Byazi müəyyən uğurlara imza atıb, ancaq bu o demək deyil ki, Azərbaycan millisi ilə də bunu təkrarlaya biləcək. Təki uğurlu olsun, ancaq öz mütəxəssisimizə şans yaratmaq lazımdı. Görün nə qədər PRO kateqoriyalı məşqçimiz var. PRO kateqoriyasına malik olmaq o deməkdi ki, dünyanın istənilən ölkəsində çalışa bilərsən. Belə məşqçilərimiz varsa, əcnəbiyə ehtiyac duyulmamalıdı. Bir də Millətlər Liqasına az vaxt qalıb. İtalyan məşqçi futbolsuzluq dönəmində bizim oyunçuları harda görüb, onların nəyə qadir olduğunu biləcək? Belə vaxtda özümüzkü daha optimal variant idi.
- AFFA-nın veteran futbolçulara, yerli məşqçilərə münasibətindən razısız?
- Son vaxtlar bir çox veteranlarımızın işlə təmin olunması müsbət haldı. Ancaq çox istəyərdim ki, onlar klublarda, sadəcə, işlə təmin olunmasınlar, eyni zamanda söz sahibi olsunlar. Bu insanlar həyatlarının böyük hissəsini futbola həsr ediblər, bu sahədə püxtələşiblər. Fikrimcə, onlara daha geniş imkanlar yaradılsa, klublarda daha böyük işlər görmək mümkündü. Bu gün AFFA-da Məşqçilər Komitəsi fəaliyyət göstərir. Orda hörmətli mütəxəssislərimiz yer alıb. Yaxşı olardı ki, komitənin tərkibi bir qədər də genişlənsin. Nə qədər fərqli fikirlər olarsa, görülən işlər bir o qədər fayda verər. Bu həm də AFFA rəhbərliyinin işinə də xeyirli olar. Məncə, veteran futbolçularımızın, dəyərli məşqçilərimizin təcrübəsindən yararlanmaq, onların xidmətindən istifadə etmək lazımdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar