26 iy 14:11Yazar

Gənclərə daha çox şans verin!

Gənc futbolçularımıza diqqətin artırılmasının vacibliyini, bundan ötrü AFFA-nın vahid proqram işləyib-hazırlamasının vacibliyini ötən yazımda qeyd etmişdim. Bəli, razıyam ki, azərbaycanlı futbolçular bir qədər ərköyün olurlar. Müəyyən keçid dövründən sonra onların öz səviyyəsini qoruması, peşəkara çevrilməsi, idman rejiminə əməl etməsi çətinləşir. Xüsusən də bu hal hansısa gənc futbolçunun peşəkar müqavilə imzalayıb, qəfil varlanmasından sonra yaşanır. Kimisi bahalı maşın həvəskarına çevrilib, küçələrdə “avtoşluq” edir, başqa biri isə çayxanalarda qəlyan çəkib laqqırtı vurmağa başlayır. Söyləməsi ayıb olmasın, ayrıca ev kirayələyib özünə “eyş-işrət yuvası” quranlar da olur, gecə klubunda stress çıxarmaq üçün gecəylə İstanbula, Antalyaya uçanlar da. Bütün bunları eşidə-eşidə, görə-görə gəlmişik. Elə bu səbəbdən də bir çoxları tez parlayıb, tez də sönən ulduza çevrilir. Amma belə halların yaşanması, daha doğrusu, kütləvi xarakter alması da özlüyündə futbol cameəsinin, cəmiyyətin günahıdı. Yeniyetmə ağlı ilə yaşayanları, bir az pul görən kimi özündən çıxanları islah etmək təkcə valideynlərin yox, həm də futbol ictimaiyyətinin, AFFA rəhbərliyinin, klub prezidentlərinin, elə idman mətbuatının da üzərinə düşən vəzifədi.
Futbol “uşaq baxçası” deyil, bura yetkin və ağıllı insanların yeridi. Çətinliyə dözməli, qəfil varlananda öz hisslərinə nəzarət etməyi bacarmalısan. Burasıyla mən razı. Amma bütün bu reallıqlar belə bizi sosial məsuliyyətdən azad etmir. İctimai qınaq mütləq olmalı, futbolun başbilənləri, klubların rəhbərliyi və məşqçilər korpusu mütləq ağlını tez itirən gənclər üzərində nəzarəti gücləndirməlidi. Necə olur ki, “Qarabağ”a gələn əcnəbilər Qurban Qurbanovun daim onlara nəzarət etdiyini, hətta istirahət vaxtı gecə klubuna baş çəkmələrindən, orda içki içdiklərindən xəbərdar olduğunu deyir?! Deməli, yerlilərin də üzərində bu cür nəzarət qurmaq, ramolunmazları belə ram etmək mümkündü. Yetər ki, yanaşma düzgün və ədalətli olsun, psixoloji məqamlar nəzərə alınsın. Prosesin özü bezdirici, yorucu olsa da, buna getmək vacibdi. “Qarabağ”ın əcnəbiləri bağladıqları peşəkar müqaviləyə və çıxış etdikləri klubun qoyduğu qayda-qanuna əməl etməyin vacibliyini anlayıb, səslərini çıxarmırlarsa, yerli futbolçular da bunu bacarmalıdı. Futbolçu olmaq, yaxşı pul qazanmaq istəyirsənsə, başqa yolu yoxdu.
Amma bir qisim futbolçular da var ki, onlara yanaşma fərqli olmalıdı. Yeri gələndə onları kövrək bir ağacın pöhrələri kimi qorumalıyıq. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, bir istedadlı futbolçunun yetişməsi üçün nə qədər zaman, zəhmət tələb olunur. Bu işə səbrlə yanaşmaq lazımdı. Çünki belələrini itirəndə zərbə təkcə futbolçunun özünə və onun valideynlərinə dəymir. Bəli, onların illərdi çəkdikləri zəhmət və bu yola xərclədikləri zaman bir andaca havaya sovrulur. Amma bundan həm də Azərbaycan futbolu itirir axı. Biz istedadlarımızı, potensial milli üzvlərini, xaricdə ölkəmizi uğurla təmsil edə biləcək futbolçuları itiririk. Onlar futbolun başını buraxır, özlərinə başqa yol seçirlər. Görün neçə-neçə futbolçu var ki, aşağı yaş qruplarında uğurla çıxış ediblər, tarixi nəticələrin iştirakçısına çevriliblər. Lakin sonradan həmin adları əsas millidə üçrəngli formayla meydana çıxan görməmişik. Axı, həmin gənclərin heç də hamısı öz günahlarından, qeyri-peşəkarlığından qurbana çevrilməyib.
Qismət elə gətirdi ki, bu mövzunu aktuallaşdırdığım ərəfədə yeni açılan “Neftçi” TV-nin qonağı oldum. Dəyərli İsmayıl Abdullayevin mənə yaratdığı fürsətdən yararlandım və canlı efirdən başda “Neftçi” olmaqla digər klubların rəhbərlərinə, baş məşqçilərinə müraciət etdim. Gənc futbolçulara, xüsusi istedadı ilə fərqlənənlərə həssas yanaşmaq, onların qayğısına qalmaq və ən əsası, onlara oynamaq üçün şans vermək lazımdı. Limitə düşənləri məcburiyyətdən meydana buraxıb, başqalarını legionerlərin kölgəsində saxlamaq, ehtiyat oyunçular skamyasının daimi sakininə çevirib, ruhdan salmaq olmaz. Bununla həm də siz itirirsiz. Bir, ya iki mövsümdən sonra həmin gənc futbolçu top oyunun sehrindən soyuyur, formaya da, tribunalara da laqeydləşir. Onların daxilindəki həvəs, özünüsübut eşqi yavaş-yavaş sönür. Bəhs etdiyim verlişdə səsləndirdim, bura da yazıram ki, tarixdə qalsın. “Neftçi” rəhbərliyi qapıçı Kamran İbrahimovun, eyni zamanda Azərbaycan futbolunun gələcəyini düşünməlidi. İbrahimovla yeni müqavilə imzalanıb, bəllidi ki, Füzuli Məmmədovun ona ehtiyacı var. Amma bir məsələ dəqiqdi ki, elitada oyun təcrübəsi olmayan Kamran Aqil Məmmədovla Səlahət Ağayevin kölgəsində qalacaq. Üçüncü qapıçı statusunda olan 21 yaşlı İbrahimovu daha çox oynaya biləcəyi komandaya icarəyə vermək lazımdı. Bəllidi ki, hazırda onun legioner olması da mümkün deyil. Nə yatıb ki, nə də yuxu görsün? Adam əvvəl öz ölkəsində oynamalı, “artırmalıdı”. Belə futbolçuların sırası genişdi. Növbəti yazılarda adlarını çəkib, sizi də onlarla tanış edərəm. Şükürlər olsun ki, belələri nə qəlyana qurşanıblar, nə də gecə həyatına. Onlara dəstək olmaq, oynamaq üçün şans vermək lazımdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar