22 iy 21:52olke

Qara Qarayev Qəbələni Avstriyaya bənzətdi

Qara Qarayev Qəbələni Avstriyaya bənzətdi
“Etiraf edirəm, çox çətindi”
Builki avrokubok mövsümündə komandalarımızın, lap dəqiq desək, futbolçularımızın işi çox çətin olacaq. Təxminən 5 aylıq fasilədən sonra yenidən məşqləri bərpa etmək, qısa müddətdə beynəlxalq matçlar üçün ideal forma yığmaq müşkül məsələdi. Üstəlik, ölkədən kənara çıxıb səviyyəli rəqiblərlə yoldaşlıq görüşləri keçirə bilməmək faktı da var ortada.
Artıq illərdi avrokubokların qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın futbolçularının hansı durumda olacağı adamı narahat edir. Çünki əsas ümid yerimiz, uğur mənbəyimiz məhz “köhlən atlar”dı. Elə komandanın aparıcı futbolçularından olan, yığmanın formasını geyən Qara Qarayev də fasilənin onlara problem yaradacağını deyir. Hazırda Qəbələdə olan müdafiəçi ilə dünən söhbətləşdik.
- Qəbələdəki toplanış necə keçir? Ürəyinizcədi?
- Şükürlər olsun, hər şey qaydasındadı. Baş məşqçinin hazırlıq proqramına uyğun yeni bir dönəmə qədəm qoymuşuq və həmin plana uyğun çalışırıq. Əsas məqsəd fiziki durumumuzu yaxşılaşdırmaqdı. Yalnız fiziki formamız sayəsində nəyəsə nail ola bilərik.
- 5 aylıq futbolsuzluq sözünü deyir?
- Əlbəttə. Etiraf edirəm, çox çətindi. İndi başa düşürəm ki, əlimizdə nə qədər nemətimiz var imiş. Həqiqətən də idmansız qalanda sonradan forma yığmaq çətin olur. 3 ay futbolsuz qaldıq, məşqlərə başladıq, yoldaşlıq oyunlarına çıxdıq və yenidən karantin rejiminə düşdük. Fasilə, məşq, fasilə və yenidən məşq. Belə olması işi bir az da ağırlaşdırdı. Məncə, futbolda 5 aylıq fasilə nəinki bizdə, heç dünyada olmamışdı.
- Təsnifat mərhələsinin startına kimi hazır duruma gələcəksiz?
- Bir aya tam hazır duruma gəlmək mümkün deyil. Nə qədər istəsək də, alınan iş deyil. Sonuncu dəfə rəsmi oyuna nə vaxt çıxmışıq? Martın 8-də, düzdü? İndi isə iyulun 20-di (söhbət dünən olub – H.). Arada 5 aya yaxın fasilə var. Əvvəl eləydi ki, çempionatı mayda bitirib 2-3 həftəlik istirahətə yollanırdıq. Bəzən fasilə müddəti 15 gündən artıq olmurdu. Hətta qısamüddətli istirahətdən qayıdanda belə, çətinliyin olduğunu görürdün. İlk oyunlara qədər bacardığımız qədər hazır olmağa çalışacağıq. Amma yenə deyirəm, asan olmayacaq.
- Karyeranda ilk dəfə avrokuboklara xarici ölkədə yox, Qəbələdə hazırlaşırsan. Qəribə hisslərdi?
- Sizi inandırım, qətiyyən. Heç bir qəribəlikdən söhbət gedə bilməz. İndiyə qədər Qəbələyə 50 dəfə gəlib-getmişəm, amma burdakı gözəlliyə, təbiətə bu dərəcədə xüsusi fikir verməmişdim. Çünki uzun müddət qalmamışıq. Bu gün gəlir, sabah oynayıb gedirdik. Buranın iqlimi, təbiəti, mənzərəsi mənə Avstriyanı xatırladır.
- Məskunlaşma, qidalanma, yaradılan şərait də Avropadakı kimidi?
- Meydanlara söz ola bilməz, əladı. Ola bilsin, mövcud çətinliklərə görə Qəbələdəki otellər bu cür sıxlığa hazır deyil. Avstriyada təşkilatçılara, otellərə o qədər pullar verilir, onlar da ona uyğun şərait yaradırlar. Burda da əllərində olan imkanın maksimumunu edirlər. Burdakı şəraiti bir az da yaxşılaşdırsalar, istənilən komanda Qəbələdə toplanış keçə bilər.
- Onda Avstriyaya, Türkiyəyə getməyə nə ehtiyac var?
- Toplanışa bir neçə səviyyəli xarici komanda gəlsə, bəlkə də ehtiyac olmaz. Çünki toplanış mərhələsində əsas istək sınaq matçlarıdı. Yerli komandalar elədi ki, bir-birimizi tanıyırıq, oyunlar rahat keçir. Amma qarşında sürpriz rəqib olanda zəif nöqtələri rahat görmək olur. Bu günümüzə şükürlər olsun. Yaxşı ki, Qəbələdə bu cür şərait var. Yoxsa nə edərdik?
- Yeni transferlər Emil Balayevlə Vild-Donald Gerye sənə tanışdı, vaxtilə komanda yoldaşı olmusuz. Kevin Medina haqda nə deyə bilərsən?
- Emillə Vild-Donaldın bizə fayda verəcəyinə qətiyyən şübhə etmirəm. Hər ikisini tanıyırıq, nəyə qadir olduqlarını bilirik. O ki qaldı Kevinə, açığı, hələ məşqə çıxmayıb. O gələndə “Keşlə”ylə oyunun ertəsi idi, komandaya istirahət verilmişdi. Yəqin ki, bu gün axşam məşqə çıxar. “Qarabağ”ın transfer siyasətinə az-çox bələdsiz. Qurban Qurbanov hansısa keçidə “hə” deməmiş futbolçunun xarakterini, insanlıq keyfiyyətini incələyir. Yəqin ki, Medinanın nəyə qadir olduğunu baş məşqçimiz bilir.
- Sənin üçün ikiqat çətin olacaq. Həm futbolsuzluqdan sonrakı ilk dönəm, həm də uzun illərdi yanaşı oynadığın Riçard Almeyda ilə Miçelin ikisinin birdən yoxluğu...
- Düz qeyd edirsiz, hər ikisi ilə uzun illər idi çiyin-çiyinə oynayırdım. İstər-istəməz bir-birimizə öyrəşmişdik, güclü-zəif nöqtələrimizi, hansı anda kimin nə edəcəyini bilirdik. Belə deyim, bir-birimizi gözüyumulu başa düşürdük. Amma mən futbolçunu futbolçudan ayırmıram. Bütün komanda yoldaşlarım mənim üçün eynidi. “Keşlə” ilə yoldaşlıq görüşündə İsmayıl İbrahimli və Filip Ozobiçlə yanaşı oynadım. Hər ikisi mənə yaxşı tanışdı, çünki son çempionatı bu formatda oynamışıq. İnşallah, birliyimiz və iradəmiz sayəsində belə çətinlikləri yoluna qoyacağıq.
- Son illər çempionatda onsuz da “Qarabağ”a rəqib tapılmırdı. Demək olar ki, hər il çempionluğu rahat qeyd edirsiz. Klubların büdcələrinin azaldığını nəzərə alsaq, bundan sonrakı vəziyyəti təsəvvür edə bilirsən?
- Nə demək istədiyinizi anladım. Lakin məncə, “Qarabağ”ın əsas üstünlüyü büdcədə yox, təcrübəsində, iradəsində və ailə ortamı formalaşdırmasında olub. İllərdi sadaladığım keyfiyyətlər sayəsində nəsə etməyə çalışırıq. İnşallah, birliyimizi qoruyub saxlamağı bacarsaq, yenə yaxşı olacaq.
- Canni De Byazi – bu ad-soyadı eşidəndə hansı hisslər keçirdin?
- Bu məşqçi haqda Ansi Aqolli ilə çox danışmışıq. İstər Albaniya yığması AÇ-2016-ya vəsiqə qazanan ərəfədə, istərsə də adı yığmamızla yanaşı hallanandan sonra. Xüsusilə Ansi ilə sonuncu söhbətimdə daha çox məlumat almaq üçün bəzi suallar verdim. Haqqında həm məşqçi, həm də insan kimi xoş sözlər eşitdiyimi deməliyəm. Belə deyim, çox təriflədi. Ancaq millidə nə dərəcədə uğurlu olacağı ilə bağlı fikir bildirmək indiki an üçün çətindi. Bir insan haqda danışmaq üçün onu tanımalısan, işini görməlisən. Ümid edək ki, yaxşı olacaq, italyan məşqçidən fayda görəcəyik. Millinin ilk təlim-məşq toplanışı olsun, ondan sonra bu mövzu barədə ətraflı danışarıq. Hələ ki Ansinin dedikləri ilə kifayətlənmək məcburiyyətindəyəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Bu gün, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Bu gün, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar