20 iy 11:39yigma

De Byazini Bakıya kim gətirəcək?


Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsi AFFA-nın da planlarını pozdu. Bundan əvvəl bildirilmişdi ki, millimizin yeni baş məşqçisi italyan Canni De Byazinin Bakıya gəlməsində Elmar Məmmədyarov hansısa rol oynayacaq, bu işdə öz köməyini göstərəcək. AFFA-nın bu açıqlamasının özündə belə məntiqsizlik, xaos var. Əvvəla, ölkədə xüsusi karantin rejimi bitsə, onda hansısa əcnəbinin Bakıya gəlməsində xüsusi çətinlik qalmır. Asanlıqla vizasını alıb, Azərbaycana səfər edə bilər. Bundan ötrü o boyda xarici işlər nazirini məsələyə qoşmağa nə ehtiyac var? Bəlkə də AFFA özü bu söhbəti ortaya atmışdı ki, İcraiyyə Komitəsinin üzvü Məmmədyarovu bir az qiymətə mindirsin. Guya Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü olmasaydı, millimizin italyan baş məşqçisi Bakıya gələ bilməyəcəkdi. Bununla da Azərbaycan futbolunun gələcəyi qaranlıq olacaqdı, milli komandamız gələcək yarışlara hazırlaşa bilməyəcəkdi. AFFA öz saymağında olsun, ölkə başçısı bir qərarla Məmmədyarovu nazir postundan uzaqlaşdırdı. Bununla da Canni De Byazinin xüsusi təmtəraqla Bakıya gətirmək planı ən azı təxirə düşdü.
Az əvvəl qeyd etdiyimiz kimi, ölkədə nəinki futbolun, ümumiyyətlə, həyatın bütün sahələrinin gələcəyinin necə olacağı bilinmir. Hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılıdı. Günümüzün reallığı da belədi ki, xüsusi karantin rejimi Braziliya serialları sayağı, acı bağırsaq kimi uzana-uzana gedir. Hökumətimiz yaşı 65-dən yuxarı olan şəxsləri koronavirus pandemiyası dövründə evdə qalmağa çağırır. İtalyan çalışdırıcı Canni De Byazi də 64 yaşını tamamlayıb, 65-ə keçib. Deməli, karantin dövründə o da xüsusi risk qrupuna daxildi. Onda nə zərurət var adamı tez-tələsik Bakıya gətirməyə? Əminik ki, bütün bunları AFFA-da oturan başbilənlər də yaxşı başa düşürlər. Canni De Byazinin tez-tələsik təyinatı bütün bu problemlərin fonunda xeyli məntiqsiz görünür. Sanki kimlərsə “yağlı tikə”nin əldən çıxmasından çox narahat idi. Ona görə də tələm-tələsik Byazinin adını rəsmiləşdirdilər ki, qazanc əldən çıxmasın. Məktəb vaxtı biz kolxozun pambıq tarlalarına yığıma gedərdik. Zirək arvadlar bol məhsul olan yerlərin baş tərəfinə öz nişanlarını qoyardılar ki, buranın pambığını biz yığacağıq, uşaqlar o yana getsin. Bu prosesin də adına “kələ vurma” deyirdilər. İndi AFFA-dakı işbazların bir qrupu millinin baş məşqçi postunun da “kələsini vurdular”. Bundan sonra karantin nə qədər uzanır-uzansın. Rəhmətlik Teymur əmi demişkən, qəti qorxusu yoxdu. Əsas odu ki, arzularına çatıblar, istədikləri adamın adını həmin posta yazdırırlar. Lap elə millini Millətlər Liqasının oyunlarına Arif Əsədov çıxarsın. Onsuz da ən ağıllı variant o idi. Amma kimə deyirsən? Bizim AFFA-da oturanlar nə vaxt belə müdrik qərarlar verib, futbolumuzu düşünüblər ki?! Futbol bir tərəfə, adamlar sanki Azərbaycan xalqının pullarını dağıtmaqdan, əcnəbiləri zəngin etməkdən həzz alırlar.
De Byazinin özündən soruşsaq, heç o da indiki dönəmdə Bakıya gəlmək istəməz. Nəyinə lazımdı başına bəla açsın? Söyləməsi ayıb da olsa, deməliyik ki, hazırda koronavirusun artım sürətinə görə dünyada öndə gedənlərdənik. Xüsusi karantin rejimində yaşama müddətinə görə də avropalılar bizə “həsəd apara bilərlər”. Bir tərəfdən də mənfur qonşularımız ermənilər yenidən cəbhədəki sakitliyi pozub, müharibəni alovlandırıblar. Sizin də yadınızda olar, aprel döyüşləri başlayanda cəbhədə bir top atılan kimi millinin xorvatiyalı çalışdırıcısı Robert Prosineçki ailəsini də götürüb, Zaqrebə qaçmışdı. Qorxu hissi o qədər güclü olmuşdu ki, Prosineçki övladlarının təhsilini yarımçıq saxlamaqdan da çəkinməmişdi. Təxminən bir aya yaxın Bakıya qayıtmayan Robi çempionatın oyunlarını izləmədi, öz kefində oldu. Həmin vaxt təklif etmişdik ki, türkün sözü, görəvini yerinə yetirməyən baş məşqçinin maaşından Bakıda olmadığı günlərin pulu tutulsun və şəhid ailələrinin hesabına köçürülsün. Təəssüf ki, səsimizə səs verən olmadı. Prosineçkinin də ayağı bir az da yer aldı, yayda məzuniyyətini kefi istədiyi qədər uzatdı, Azərbaycan premyer-liqasının ilk turlarına belə özünü çatdırmadı.
Əcnəbilərin belə etinasızlığından başımız çox çəkib. Elə Nikola Yurçeviç də bizimlə Prosineçkisayağı davranmırdımı? AFFA ilə rəsmi müqavilə bağlayan kimi yoxa çıxdı, onun Zaqrebdə şəxsi biznesiylə məşğul olduğu, burda qazanacağı pulları kapitala çevirmək üçün imkanlar araşdırdığı deyilirdi. Amma AFFA rəsmiləri iddia edirdi ki, Yurçeviç ailəsini bura gətirmək üçün hansısa sənədləşmə işləriylə məşğuldu. Az qalırdı desinlər ki, Yurçeviç Zaqrebdəki ev-eşiyini satıb, ömürlük Bakıya köçəcək. İndi nə Prosineçki var, nə də Yurçeviç. Biz yeni “qonağımızı” qarşılamağa hazırlaşırıq. Görək o bizə hansı sürprizləri yaşadacaq...
AMAL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar