20 iy 11:07layihe

Serb mafioza kələk gələn, casusluq edən agent

Serb mafioza kələk gələn, casusluq edən agent
Erkin İbrahimov: “Telefonu söndürmədiyimə görə nazirin əsəbləşdiyini hiss etdim”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər futbol agenti kimi çalışan, həm də həmkarımız olan Erkin İbrahimovdu.
Gözəgörünməz təxribatçı
Futbolla daha yaxından 1999-2000-ci illərin əvvəlində maraqlanmağa başlamışam. Onda 18 yaşım var idi, stadionları gəzirdim. Evimiz “Baksovet”də olsa da, babamgilin evi Yasamalda idi. Qapıqonşuları da “İdman” qəzetinin baş redaktoru Toğrul Bağırov idi. İdman mediasına gəlməyim onun sayəsində olub. Rus bölməsini qurtardığımdan Azərbaycan dilində o qədər yaxşı yaza bilmirdim. Buna baxmayaraq, dövri mətbuatda ilk yazım məhz doğma dilimizdə olub. Hələ 2000-lərin əvvəlində hiss edirdim ki, kömpüter əsrində medianın gələcəyi internetlə bağlı olacaq. Bir gün evimizin yanında saytlar yığan bir şirkətə üz tutdum. Oranın rəhbəri əslən Lənkərandan olan İlqar adlı şəxs idi. Sonradan məlum oldu ki, o da əksər lənkəranlılar kimi futbol xəstəsidi. 20 ilə yaxındı onunla dostluq edirəm. İdeyamı dedim və bir müddət sonra artıq saytım hazır oldu. Həmin dövrdə internet hər kəs üçün deyildi. Şəhərdə internet klublar təzə açılırdı, qiymətlər də çox baha idi. Ancaq milyonçular internetdən yararlanırdılar. Uzun sözün qısası, azerifootball.com işə düşdü. Məlumat yığmaq üçün tez-tez AFFA-ya gedirdim. Qapılar açıq olduğundan quruma girib gəzirdim, oranın bufetində nahar edirdim. AFFA rəhbərliyində təmsil olunanlar da orda yemək yediklərindən nahar vaxtı nə danışırdılarsa, hamısını eşidirdim. Və topladığım materailı sayta yerləşdiridim. Saytın ingilis dili versiyası da olduğundan Azərbaycan futbolu ilə bağlı materiallar məhz bu sayt üzərindən dünyaya yayılırdı. Rəhmətlik Fuad müəllim hər dəfə UEFA-da, FİFA-da keçirilən iclaslarda iştirak edib geri qayıdanda bir yığın kağızla gəlirdi. Mənim yaydığım xəbərləri orda dərc olunmuş formada ona təqdim edirdilər. Hər dəfə də gəlib bu xəbərlərin hardan çıxdığını, kimin bunları yaydığını axtarırdı. Heç kim də bilmirdi ki, bunu edən hər gün AFFA-nın dəhlizində, bufetində onlarla üz-üzə gələn, qonşu masada oturan biridi. Bir müddət sonra artıq hər şey bəlli oldu. Bildilər ki, FİFA və UEFA-nın istinad etdiyi azerifootball.com mənimdi. Ondan sonra Musayev dəfələrlə məni otağına dəvət edib “yontalamağa” çalışdı. Mən də “yaxşı” deyib yenə öz bildiyimi edirdim. Hətta 2002-ci ildə ölkədə futbol dayananda Fuad müəllim mətbuat konfransında “hardadı İbrahimov? Hər şeyi o elədi. Yalan-doğru məlumatlar yaymaqla bizi pis vəziyyətdə qoydu. O təxribatçıdı” demişdi. Həmin vaxt mən artıq UEFA ilə rəsmi əməkdaşlıq edirdim.
Naziri təəccübləndirən telefon və ya Tiflisə göndərilən casus
2002-03-də Fuad Musayev əleyhdarlarının koalisiyası yaradıldı. Mən də onun üzvü idim. Həm UEFA ilə əlaqələrə cavabdehlik daşıyırdım, həm də media ilə əlaqələndirici funksiyasını yerinə yetirirdim. Tez-tez gənclər və idman naziri Əbülfəs Qarayevlə, Ramiz Mirzəyevlə görüşürdüm. UEFA-nın əməkdaşı kimi qitə futbol qurumu onda mənə “Motorolla A008” telefonu göndərmişdi. Həmin vaxt ölkədə heç kimdə belə telefon yox idi. Bir dəfə yenə Əbülfəs müəllimlə görüşdəyəm və telefonun səsini almaq yadımdan çıxıb. Söhbətin qızğın vaxtında mənə zəng gəldi. Əbülfəs müəllimin telefonu söndürmədiyimə görə əsəbləşdiyini hiss etdim. Dilim dolaşa-dolaşa üzr istəyib telefonu çıxarıb söndürmək istəyirdim ki, nazirin gözü telefona sataşdı. Və bir andaca hər şey – futbol da, zəngin səsini almamağım da yaddan çıxdı. Dalbadal “bu nə modeldi, hardan almısan, hansı funksiyaları var?” suallarını yağdırıb, telefonu qurdalamağa başladı. Həmin ərəfədə Tiflisdə Gürcüstan - Rusiya matçı keçirilməliydi. Musayevin əleyhdarları, başda Fətulla Hüseynov olmaqla, qərara gəldilər ki, burda başverənlərlə bağlı sənədləri Rusiya Futbol İttifaqının prezidenti, həmin illərdə ali futbol qurumunda yüksək post tutan Vyeçaslav Koloskova göndərsinlər. Kim getməlidi? Qısa müzakirələrdən sonra Fətulla müəllim mənim getməyimi məsələhət bildi. Bu minvalla yollandım qonşu ölkəyə. Ora çatanda bildim ki, Koloskovla Musayev bir oteldə qalırlar. Bu üzdən rusiyalı funksionerə yaxınlaşmağım mümkün deyildi. Ertəsi Fuad müəllimin ətrafında olanların birindən eşitdim ki, o oteldə yoxdu, şəhərə çıxıb. Fürsətdən istifadə edib özümü verdim ora və lazımi sənədləri Koloskova ötürdüm. Biranlıq özümü Amerika kinolarındakı casuslar kimi hiss etdim. 15 dəqiqəyə sənədlərlə yanaşı, lazımi informasiyanı ötürüb, aradan çıxdım. Həmin görüşdən az sonra futbolumuzda Musayev erası başa çatdı.
Bir böyrəkli futbolçunun FİFA-ya şikayəti
2005-ci ildə “Bakı” Avroliqada debüt edirdi. Həmin il Albaniya yığmasının yarımmüdafiəçisi Suad Liçini “zolaqlılar”a gətirmişdim. Onunla 6 aylıq müqavilə imzalandı. Onda UEFA yarımmövsümlük müqavilələrə icazə verirdi. İlk məşqlərdə çox yaxşı təsir bağışladı. Ancaq bir neçə gündən sonra uşaqlar dedilər ki, bu hər məşqdən əvvəl və sonra tualetə qaçır. O vaxt da oyunçuların tibbi müayinəsi o qədər də aktual deyildi. Sonradan dedilər ki, Suadın sidiyindən qan gəlir. Məşqçilər korpusu vəziyyətin belə olduğunu görüb, onu “Jilina” ilə oyunda meydana buraxmaq istəmirdi. Ancaq futbolçu mərhələ keçməyə görə böyük mükafat təyin olunduğunu eşidib, israrla əsas heyətdə meydana çıxmaq istədiyini bildirdi. İlk görüşdə ən yaxşılardan biri olsa da, cavab görüşündə çox zəif təsir bağışladı. Və uğursuzluğu da onun ayağına yazdılar ki, xəstə olduğu üçün zəif oynayıb. Bakıya dönəndən sonra onu həkim müayinəsinə apardılar. Və məlum oldu ki, bunun anadangəlmə bir böyrəyi var. Savadlı həkimlərlə danışdıq, onlar belə anomaliyanın olduğunu dedilər. Hətta bildirdilər ki, futbol oynamaq da olar. Sadəcə, həmin oyunçular iqlimi dəyişməməli, fərqli yeməklər yeməməlidilər. Əks halda bu özünü mənfi yöndə göstərə bilər. Onunla razılaşdıq ki, Albaniyaya gedib, yanvarda geri qayıtsın. Ona da xeyli imza parası verilmişdi. Bunu nəzərə alıb “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovla birgə evinə yollandıq ki, yeni müqaviləyə qol çəkdirək. İmza atmaq istəməsə də, sonda razılaşdı. 2006-cı ilin martında məni klubun ofisinə dəvət edib bildirdilər ki, FİFA-dan məktub gəlib. Məlum oldu ki, alban yarımmüdafiəçi klubdan ali quruma şikayət ünvanlayıb və orda göstərib ki, onu silahla hədələyərək müqaviləyə qol çəkdiriblər. Həmin vaxt Zeynal müəllim hüquq-mühafizə orqanlarında çalışırdı, ola bilsin, üstündə silah olub. Hərçənd inanmıram ki, həmin vaxt onun üstündə hansısa silah olsun. Məndən isə danışmağa dəyməz. Həyatımda silah görməmişəm. FİFA ilə xeyli yazışdıq, hər şeyi olduğu kimi qeyd etsək də, ali qurum futbolçunun tərəfini saxladı və o geri qayıtmadı. Həyatımda ilk dəfə görürdüm ki, bir böyrəkli futbolçu olsun.
“Bu balaca uşaq məni axmaq yerinə qoyub, bütün məlumatı aldı”
2008-ci il idi. “Olimpik” avrokuboklara vəsiqə qazanmışdı və əksər legionerləri də kluba mən gətirmişdim. Klub rəhbərliyi, prezident Rəsul Rəsulov ilə isti münasibətlər var idi. “Voyvodina” ilə səfər oyununa mənim də getməyim məsləhət bilindi. “Voyvodina” da Serbiyanın 3-cü komandasıdı. Serbiyaya oyundan bir neçə gün öncə yollanmışdıq. Ora çatanda baş məşqçi Əsgər Abdullayev rəqibi yaxından tanımaq üçün onların iştirakı ilə videoyazının tapılmasını istədi. Dostum olan serb agentə bu məsələni həll etməkdə yardımçı olmağı xahiş etdim. “Düzələr” deyincə, yollandım Belqrada. Məni bir yaşayış binasına apardı və mənzilə daxil olduq. 3 otağın hamısı studiya idi və komandanın bütün oyunlarının videoyazısı var idi. 200 dollar verib, iki kasetin üzünü köçürüb Əsgər müəllimə çatdırınca, təəccübündən çaşıb qalmışdı. O inanmırdı ki, istədiyi oyunları ona tapıb verə bilərəm. Oteldə qaldığımız günlərdə görürdüm ki, hər gün bir nəfər otelə gəlir və hamı da onu xüsusi hörmətlə qarşılayır. Əyin-başından “manıs”a oxşayırdı. Həmişə də Cavan Zeynallı kimi laklı ayaqqabı, parıltılı kostyum geyirdi. Məni maraq götürmüşdü ki, bu kimdi, buna belə ehtiram nədən qaynaqlanır? Maraqlandıqda məlum oldu ki, “Voyvodina”nın qeyri-rəsmi sahibidi, Monteneqro sərhədinə kimi bütün əraziyə nəzarət edir. Bir sözlə, əsl mafioz. Otel də, Novi Saddakı əksər obyektlər də buna məxsusdu. Bir gün axşam söhbət etmək xatirinə buna yaxınlaşdım və söhbətimiz alındı. Onunla futboldan danışmağa başlayınca, məndən kim olduğumu soruşdu. Dedim azarkeşəm, oyunu izləmək üçün gəlmişəm. Arif adam idi, qayıtdı ki, “sən azarkeş üçün çox bilirsən, fanat bir klub haqda bu qədər məlumatlı ola bilməz”. Birtəhər bunu aldada bildim. Onunla iki gün görüşüb söhbət etdik. Bizim bəzi klub rəhbərləri kimi gördüm həm sponsordu, həm də baş məşqçi. Başladım bilərəkdən “Olimpik” haqda ona yalan məlumatlar verməyə. O da qızışıb komandanın bütün taktiki gedişlərini, hansı futbolçunun harda oynayacağını, ilk “11-lik”də kimin meydana çıxacağını açıb mənə dedi. Təbii ki, bunların hamısını Əsgər müəllimə çatdırdım. Abdullayev əlamətlərə inanan mütəxəssisdi. Oyun günü dedi ki, Erkin mənim yanımda oturacaq. Beləcə matçdan əvvəl ehtiyat oyunçular skamyasına yaxınlaşırdım ki, kiminsə tribunadan məni söydüyünü hiss etdim. Geri çevrilib baxanda gördüm həmin mafiozdu. Serb dilində bildiyimdən onun dediklərini başa düşdüm. Söyməklə ürəyi soyumadı, ardınca yanındakılara dönərək, “bu boyda əraziyə nəzarət edirəm, məni görəndə çoxu gizlənməyə deşik axtarır, bu balaca uşaq məni axmaq yerinə qoyub, bütün məlumatı aldı” söylədi. Mən də heç nə olmayıbmış kimi ona əl edib yerimə getdim. Bu jestim onu lap özündən çıxardı, imkanı olsaydı, başıma bir güllə sıxardı. Həmin görüşdə meydan sahibləri minimal hesabla qalib gəldilər. Sən demə, ertəsi onun doğum günü imiş. “Olimpik” rəhbərliyi ilə birgə mən də ziafətə qatılmışdım. Xanımı tanınmış müğənni, özü də Novı Sadın kriminal aləminin “xaç atası”. Qonaqlar arasında daha kimlər yox idi. Tanınmış siyasətçilər, şou-biznes nümayəndələri, Serbiyanın məşhur futbolçuları, biznesmenlər... Məni orda görüb yaxınlaşaraq qucaqladı və bir daha dedi ki, hələ bu günə kimi ona belə kələk gələn olmamışdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar