Azərbaycanda koronavirusa görə mayın 4-nə qədər xüsusi karantin rejimi tətbiq olunub. AFFA-nın rəsmi “feysbuk” səhifəsi bununla bağlı milli komandanın üzvlərinə müraciət edib. Beş futbolçu karantin müddətini necə keçirdikləri haqda danışıb.
Emin Mahmudov: “Vaxtımı daha çox uşaqlarımla keçirirəm. Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram”.
Şahruddin Məhəmmədəliyev: “Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdı. Uşaqlarımla oynaya bilirəm”.
Emil Balayev: “Qida rasionuma xüsusi diqqət yetirirəm. İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim”.
Ramil Şeydayev: “Əsasən idman edirəm, formamı qorumağa çalışıram. Filmlər də izləyirəm. “Centlmenlər”ə baxmağı hamıya tövsiyə edirəm”.
Renat Dadaşov: “Məşq edirəm və ev işlərinin görülməsinə kömək göstərirəm”.