Azərbaycan futboluna ağır itki üz verib. Belə ki, dünən Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin (İK) üzvü Ağarza Rzayev 66 yaşında dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir. Ağarza Xanəhməd oğlu Rzayev 1954-cü il yanvarın 22-də Bakıda anadan olub. 1971-də 173 saylı orta məktəbi bitirib. 1981-86-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında oynayıb. 1994-99-cu illərdə futzal üzrə milli komandanın rəisi, 1999-2008-ci illərdə AFF-nin prezidenti olub. 2013-dən futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-in iyulundan AFF-da İK-nın üzvü olub.
Allah rəhmət eləsin.