04 mar 10:54liqa / reportaj

Baxımlı oyun və …heç-heçə


74. Sumqayıt – Keşlə 2:2 (1:1)
1. Mehdi Cənnətov – 4,0
44. Elvin Cəfərquliyev – 4,5
5. Camaləddin Xocaniyazov – 5,5
4. Şəhriyar Əliyev (k) – 5,5
14. Elvin Bədəlov – 5,5
18. Süleyman Əhmədov – 5,0
(22. Sərtan Taşkın, 89) – qiymətsiz
46. Aleksey İsayev – 6,0
6. Vüqar Mustafayev - 5,5
8. Peyman Babayi – 6,0
90. Rəhim Sadıxov – 6,5
(9. Amil Yunanov, 76) – qiymətsiz
70. Mehdi Şərifi – 5,0
(10. Əmir Ağayev, 61) – 5,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
97. Xəyal Nəcəfov
2. Rail Məlikov
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rəhim Sadıxov

1. Stanislav Namaşko – 5,0
4. Slavik Alxasov (k) – 5,5
33. Tərlan Quliyev – 5,0
(5. Franko Flores, 56) – 5,0
21. Miyuşko Boyoviç – 5,0
3. Cabir Əmirli – 5,0
25. Con Kamara – 4,5
(13. Pərviz Azadov, 21) – 5,5
7. Tural Bayramlı – 5,5
(11. Ruslan Qurbanov, 64) – 5,5
17. Vüsal İsgəndərli – 6,5
10. Sezar Meza Kolli – 6,0
30. Şahrux Qadoyev – 5,5
42. Aleksandr Kristovao – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
57. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
2. İlkin Qırtımov
22. Əfran İsmayılov
6. Rəşad Sadiqov
9. Lorenso Frutos
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli
Qollar: P.Babayi, 4 (1:0, A.İsayev). V.İsgəndərli, 10 (1:1, S.M.Kolli). R.Sadıxov, 59 (2:1, A.İsayev). S.Alxasov, 80 (2:2, V.İsgəndərli).
Vərəqələr: S.M.Kolli, 28 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 54 (qeyri-idman hərəkəti). V.Mustafayev, 69 (qeyri-idman hərəkəti). F.Flores, 70 (qeyri-idman hərəkəti). İ.Qurbanov, 90+1 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 90+5 (hakimin qərarına etiraz). S.Alxasov, 90+6 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
29 fevral. Sumqayıt. Kapital Bank Arena. 1200 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 5, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Hesabat turunun ilk qarşılamasında meydana çıxan komandalar arzusunda olduğu 3 xalı qazana bilməsə də, stadiona gələn azarkeşlər baxımlı, bolqollu, sürətli oyun izlədilər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ilk qol artıq 4-cü dəqiqədə vuruldu. Meydan sahiblərinin heyətində Babayi adını tabloya yazdırdı. Hücum isə Xocaniyazovun sağ cinahda boş qalan Süleymana uzun ötürməsindən sonra başladı. U-21-in üzvü daha əlverişli mövqedə olan İsayevi, sonuncu isə meydanın mərkəzindən qapıya şığıyan Peymanı vaxtında “gördü”. Cənubi azərbaycanlı futbolçu penalti nöqtəsi yaxınlığından uzaq küncü dəqiq nişan almaqla premyer-liqada 7-ci qolunu vurdu. 9-cu dəqiqədə Babayi dubl etməyə yaxın olsa da, İsayevin asmasını lazımınca dəyərləndirə bilmədi. Bir dəqiqə sonra isə artıq Cənnətov topu tordan çıxarmaq məcburiyyətində qaldı. Sezar meydanın “Keşlə”yə aid hissəsindən gözəl ötürmə ilə Vüsalı zərbə mövqeyinə çıxardı. Həmin an “Sumqayıt”ın qolkiperi vaxtında irəli çıxıb təhlükəni sovuşdura bilərdi. Lakin qərar verməkdə çətinlik çəkən, əvvəlcə irəli çıxıb, sonra yerində qalmağı düşünən Mehdinin kobud səhvindən sonra İsgəndərli “paraşüt” zərbə ilə tarazlığı bərpa etdi. 20-ci dəqiqədə Tural qonaqların ikinci qolunu vura bilərdi. Lakin yarımmüdafiəçinin zərbəsi son anda müdafiəçiyə dəyərək meydanı tərk etdi. 34-cü dəqiqədə isə Şərifi yerli azarkeşləri bir anlıq başını tutmağa vadar etdi. Alekseyin uzaqdan güclü zərbəsini Namaşko geri qaytarınca, top Mehdinin qarşısına düşdü. Ancaq Şərifi təxminən 7 metrdən “çərçivə”yə düşə bilmədi. İlk yarının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Cəfərquliyev komandasının çoxgedişli kombinasiyasını dəqiq tamamlaya bilmədi. Onun itibucaq altında vurduğu zərbədən sonra top cüzi fərqlə dirəyin yanından keçdi.
Fasilədən sonra da tribunaya toplaşanlar dinamik, nəfəskəsən oyuna şahidlik etdilər. Sanki həm meydan sahibləri, həm də qonaqlar tərəfdarlara əsl futbolun necə oynanıldığını göstərmək üçün meydana çıxmışdılar. Rəngarəng hücumlar, hiyləgər ara ötürmələri, ölkə futbolu üçün bir qədər yad olan uzaqdan zərbələr, amansız ikili mübarizələr – bir sözlə, meydanda nə desən, görmək olardı. İkinci yarıda da ilk qol “kimyaçılar”dan gəldi. 59-cu dəqiqədə “Sumqayıt”ın heyətində ən yaxşılardan olan Rəhim təxminən 25 metrdən qüvvətli zərbə ilə komandasını hesabda önə çıxardı. Buna qədər, daha dəqiq desək, 53-cü dəqiqədə Peyman növbəti real qol şansını qaçırmışdı. Onun yaxın məsafədən zərbəsi Namaşkonun üstünə getdiyindən qolkiper çətinliklə də olsa, topu kornerə çıxrmağı bacardı. 80-ci dəqiqədə Slavik səhnəyə çıxdı. Vüsaldan ötürmə alan kapitan Rəhimdən heç də zəif olmadığını nümayiş etdirərək, təxminən 25 metrdən bəlkə də turun ən gözəl qoluna imza atdı. Top elə traektoriya ilə hərəkət etdi ki, həmin an “çərçivə”də Mehdi yox, lap Buffon da olsaydı, onu zərərsizləşdirə bilməzdi. Hesab bərabərləşəndən sonra gözləmək olardı ki, komandalar riskə getməyərək oyunun tempini aşağı salıb heç-heçəyə razılaşacaqlar. Ancaq ehtimallar özünü doğrultmadı. 90-cı dəqiqədə meydana sonradan çıxan Əmir Ağayev Bədəlovun ideal ötürməsindən sonra əlverişli şansı boşa verdi. 90+5-ci dəqiqədə isə qonaqların bəxti gətirmədi. Kristavao müdafiəçini də keçib havada olan topu öncə başı, ardınca isə ayağı ilə qapıya göndərmək istəsə də, müdafiəçi “mərmi”ni uzaqlaşdırdı. Geri dönən top Qadoyevin önünə düşüncə, özbəkistanlı legioner təkrar zərbə ilə “çərçivə”ni nişan aldı. Ancaq bu dəfə Taşkın qəhrəmanlıq etdi. Müdafiəçi son anda topu boş qalan qapıdan çıxardı. Beləliklə, hər iki komanda qələbə üçün əlindən gələni etsə də. turun ən maraqlı oyunu “sülh”lə başa çatdı.
RƏŞAD

Reaksiyalar
Tərlan Əhmədov: “Oyunun gərgin və maraqlı olacağını hardasa təxmin etmişdim. Baxımlı qollar və gərgin mübarizəyə səhnə olan 90 dəqiqə izlədik. Fikrimcə, yaxşı mübarizə apardıq. Baxmayaraq ki, hesabda geri düşürdük, dönüş edə bildik. Qalib də gələ, məğlub da ola bilərdik. Nəticə ədalətli oldu. Məğlub durumda olanda futbolçularımın geridönüş etməsi sevindirdi. Qarşıda çətin oyunlar var. Sona doğru qısa addımlarla və səbrlə işimizi davam etdiririk. İnşallah, bəhrəsini də görərik. Bütün futbolçularıma güvənirəm. Pərviz Azadov sonradan meydana çıxsa da, yaxşı oynadı. Ötən oyunda qol da vurmuşdu. Turalda bir az yorğunluq hiss olunur. Kamaranın yoxluğu bizə çətinlik yaradır. Mənə elə gəlir, zədəsi o qədər də ciddi deyil. Buna baxmayaraq, sabahı gözləməliyik. Son durumunu həkim müayinəsindən sonra biləcəyik. Əlimizdə olan futbolçulardan istifadə etməyə çalışacağıq”.
Ayxan Abbasov: “Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Yaxşı hazırlaşmışdıq. Son dəqiqələrdə açıq futbol gedirdi. İki komandanın da imkanları oldu. “Keşlə” çempionatda 3-cü pillədə qərarlaşıb. Hər oyunu final kimi dəyərləndirəcəyik. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Onlar da vura bilmədi, biz də. İlk hissədə bizim daha çox imkanımız oldu. 3-cü qolu da vura bilərdik. Vüqar Mustafayevin qayıdışı heyətlə bağlı seçim zamanı məni heç də çətinə salmayıb. Əksinə, sevinirik ki, futbolçularımız hamısı sağlamdı. Vüqarın zədədən sonra belə oynaması sevindiricidi. Bu gün rəqibə görə heyət qurmuşduq. İntizamsızlıqla bağlı açıqlanan statistikaya gəlincə, biz futbol oynayırıq. “Sumqayıt”da qırmızı vərəqə azdı. Ancaq sarı vərəqələr çox ola bilər ki, bunu da intizamsızlıq saymıram. Normaldı, belə bir statistika böyük əhəmiyyət kəsb etmir. Biz şahmat yox, futbol oynayırıq. Sarı vərəqənin çoxluğu intizamsızlıqla bağlı deyil. Futbolçulardan aqressivlik istəyirik. Çoxlu vərəqə bizi üzür və futbolçulara diqqətli olmağı göstəriş veririk. Bir var oyunçu boş yerə, məsələn, hakimə etraza görə cəzalanır, bir də var oyun vəziyyətində. Bizim futbolçular, demək olar ki, oyun epizoduna görə qarşısında vərəqə görüblər. Qapımızda gördüyümüz hər iki qolda Mehdi Cənnətovun səhvi var idi? Məncə, ikinci qola yenidən baxmaq lazımdı. Slavikin mövsüm ərzində belə qolları olur. Onu boş buraxmamalıydıq. İlk qolda səhv var idi. Mehdinin yaxşı oyunları olub, ona inanırıq. Bu gün sırf bir futbolçudan danışmaq istəmirəm. Qələbəni əldən verdik”.
Con Kamara: “Ani bir epizodda zədələndim. Sanki şok yaşadım. Özümü pis hiss etdim. Hər şeyə həkim müayinəsindən sonra aydınlıq gələcək. Hər iki komanda qol epizodlarından yararlanmağa çalışdı. Hərəyə 2 qol imkanı dəyərləndirildi və yekunda heç-heçə qeydə alındı".
Şəhriyar Əliyev: “Çox maraqlı və ağır oyun oldu. Baş məşqçimiz əvvəlcədən rəqibi təhlil edib, bizə tapşırıqlarını vermişdi. Bilirdik ki, "Keşlə" əks-hücumlardan istifadə etməyi yaxşı bacaran komandadı. Oyun ərzində hər iki tərəfin qələbə üçün yetərincə şansı oldu. Düzdü, bizim fərqlənmək üçün imkanımız daha çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Artıq bu gündən fikrimizi "Qəbələ" ilə növbəti görüşə yönəltmişik. Açığı, rəqibin oyun sisteminə bələd idik. Daha çox müdafiəçilərin arxasına göndərilən uzun ötürmələrdən istifadə edirdilər. Hesabda önə çıxsaq da, qələbə hesabını qoruya bilmədik. Kiminsə səhvi oldu deyə bir şey yoxdu. Müdafiə hücumdan başlayır. Qol buraxmışıqsa, hamımızın bunda müəyyən səhvi var. İkinci qolda isə, ümumiyyətlə, Slavikdən gözləmirdik ki, o məsafədən qapını düşünsün. Oyunun tempi də yüksək idi. Hesabda öndə olsaq da, bəzən tələskənlik var idi. Məşqlərdə səhvlərimizin üzərində işləyəcəyik ki, qarşıdakı görüşlərdə belə üstünlükləri əldən verməyək".

Gözdən qaçmadı
* Məşqçilər Komitəsinin üzvləri Şakir Qəribov, Ağasəlim Mircavadov və AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da oyunu “Kapital Bank Arena”da izləyirdilər.
* Yığmanın məşqçisi Arif Əsədov Niderlanda səfər ərəfəsində Sumqayıtdakı görüşü izləmək üçün doğulub boya-başa çatdığı şəhərə təşrif buyurmuşdu.
* “Keşlə”nin prezidenti Zaur Axundov ənənəsinə sadiq qalaraq, oyundan öncə komandasının isinmə hərəkətlərini meydanın kənarından izləməyi lazım bilmişdi.
* "Sumqayıt"ın rəsmi fanklubu Suriyada şəhid olan 33 türk əsgərin xatirəsini tribunadan pankart açmaqla yad etdi. Pankartın bir tərəfində Türkiyə, bir tərəfində isə Azərbaycan bayrağı asılmışdı. Fanatlar həmçinin oyunun gedişində bir neçə dəfə "şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndirdilər.
the NPUAP is most it unborn to fake charted with people faq about viagra does generic viagra job colonial

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar