26 fev 11:23liqa / reportaj

“Keşlə” də “Zirə”yə acımadı


70. Keşlə - Zirə 4:0 (2:0)
1. Stanislav Namaşko – 5,5
4. Slavik Alxasov (k) – 5,5
21. Miyuşko Boyoviç – 5,5
33. Tərlan Quliyev – 5,5
3. Cabir Əmirli – 5,0
7. Tural Bayramlı – 5,0
(13. Pərviz Azadov, 84) – qiymətsiz
25. Con Kamara – 5,5
17. Vüsal İsgəndərli – 5,5
(22. Əfran İsmayılov, 86) – qiymətsiz
10. Sezar Meza Kolli – 5,5
(90. Orxan Fərəcov, 88) – qiymətsiz
30. Şahrux Qadoyev – 6,0
42. Aleksandr Kristovao – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
18. Ruslan Əmircanov
19. Azər Salahlı
2. İlkin Qırtımov
11. Ruslan Qurbanov
6. Rəşad Sadiqov
5. Franko Flores
9. Lorenso Frutos
88. Seymur Əsədov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Şahrux Qadoyev

1. Orxan Sadıqlı – 4,0
70. Nicat Süleymanov – 3,5
(20. Əli Şirinov, 46) – 3,5
14. Bəxtiyar Həsənalızadə - 4,0
33. Yovan Krneta – 3,5
27. Adrian Skarlatake (k) – 4,5
(18. George Anton, 81) – qiymətsiz
3. Ali Sisey – 3,5
8. İlkin Muradov – 3,5
4. Elvin Camalov – 3,5
48. Şafik Tiqruca – 3,5
11. Davit Volkov – 3,5
43. Riçard Qadze – 3,0
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
62. Abdulla Seyidəhmədov
25. Miloş Bakraç
55. Rauf Hüseynli
Baş məşqç: Zaur Həşimov
Komandanın ən yaxşısı: Adrian Skarlatake
Qollar: Ş.Qadoyev,19 (1:0). V.İsgəndərli, 45 (2:0, C.Kamara). Ş.Qadoyev, 71 (3:0, S.M.Kolli). P.Azadov, 90 (4:0, Ş.Qadoyev).
Vərəqələr: E.Camalov, 3 (qeyri-idman hərəkəti). S.M.Kolli, 8 (qeyri-idman hərəkəti). C.Kamara, 17 (qeyri-idman hərəkəti). Ş.Qadoyev, 54 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RAUF CABBAROV, Namiq Hüseynov, Müslüm Əliyev (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
22 fevral. Bakı. ASK Arena. 550 tamaşaçı (5300 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda ötən turu məğlubiyyətlə başa vurduğundan bu matça dönüş nöqtəsi kimi baxırdı. Meydan sahibləri mükafatçılar sırasına düşməyi hədəfləyibsə, “qartallar” ən azı 4-cü yer uğrunda mübarizə aparır. Ancaq bəribaşdan qeyd edək ki, belə davam edəcəyi təqdirdə çətin ki Zaur Həşımovun çalışdırdığı komanda mövsümün sonunda istəyinə çatsın. Qəsəbə təmsilçisi iki oyuna qapısında 10 top görüb ki, bu da arxa xəttin etibarsız olmasından xəbər verir. Bərbad müdafiəylə isə uzağa getməyin mümkün olmadığını hamı yaxşı bilir.
Oyuna gəlincə, “Keşlə” ilk hissədə iki qol vurmaqla, demək olar ki, qarşılaşmanın taleyini həll etdi.
Halbuki matçda ilk təhlükə Namaşkonun qoruduğu qapı önündə yaşandı. 16-cı dəqiqədə Skarlatakenin cərimə zərbəsindən sonra moldovalı qolkiper çətinliklə olsa da, topun qapı xəttini keçməsinə imkan vermədi. Bundan 3 dəqiqə sonra meydan sahibləri azarkeşlərini sevindirdi. Meza Kollinin ötürməsindən sonra Kristovao qapı önünə asma etdi. Müdafiəçilər topu uzaqlaşdırsa da, Qadoyev elə havadaca topun gəlişinə qüvvətli zərbə ilə “qartallar”ın torunu silkələməyi bacardı. Onu da bildirək ki, Sezarın ötürməsi zamanı Aleksandr oyundankənar vəziyyətdə idi. Ancaq nədənsə laysman bu məqamı gözdən qaçırdı. Hissənin son saniyələrində isə meydan sahibləri hesab arasında fərqi iki topa çatdırdı. Kamaradan uzun ötürmə alan İsgəndərli sürəti hesabına Nicatdan sıyrılıb baxımlı qola imza atdı.
Fasilədən sonra da meydanda dominantlıq edən tərəf “Keşlə” idi. Tərlan Əhmədovun yetirmələrinin hücumları daha təhlkükəli və yaddaqalan alınırdı. 71-ci dəqiqədə Qadoyev komandasının üçüncü, özünün isə ikinci qolunu vurmağı bacardı. Meza Kollidən əla ötürmə alan özbəkistanlı legioner yolüstü Sadıqlını da keçib boş qapını dəqiq nişan aldı. 9 dəqiqə sonra paytaxt təmsilçisi Kristovao ilə 4-cü qolu vurmağa yaxın oldu. Ancaq forvardın zərbəsi tirə dəyərək meydanı tərk etdi. Buna baxmayaraq, “qırmızı-ağlar” 90-cı dəqiqədə növbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət etdi. Bu qolun müəllifi 6 dəqiqə əvvəl meydana çıxan, premyer-liqada debüt edən gənc Pərviz oldu. Müdafiəçilərin kobud səhvindən sonra Qodoyevlə “divar paslaşması” oynayan Azadov adını tabloya yazdırdı. Bu həm də oyunun yekun nəticəsini müəyyənləşdirən qol oldu.
RƏŞAD

Reaksiyalar
Zaur Həşimov: “Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağa düşməkdi”. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdı. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddı. Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddı. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sona kimi vuruşacağıq".
Tərlan Əhmədov: “Qələbə həmişə xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindi. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq. Pərvizi start heyətində meydana buraxmaq istəyirdim. Hesabdan asılı olmayaraq, bu gün meydana çıxacaqdı. “Neftçi” ilə oyundan sonra Lorenso Frutosun hərarəti qalxmışdı. Bir neçə məşqi buraxdı. Hələ ki tam formada deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".
Sezar Meza Kolli: “Çətin oyun idi. Bir həftə ərzində yaxşı məşq etdik. Əlimizdən gələni etdik. “Zirə”nin hansı formada olduğu bizim üçün maraqlı deyildi. Çünki biz öz oyunumuza diqqət edirik. Əsas odu, qalib gəldik. Azərbaycan pasportu almağımla bağlı hələ heç nə baş verməyib. Baxacağıq. Mən indi yalnız "Keşlə"də məşq edirəm. Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm. Nə vaxt konkretlik olacağına dair də məlumatsızam. Yalnız AFFA bilir. Azərbaycan millisində oynamaq mənim üçün şərəf olardı. Çünki uzun müddətdi burdayam. Azərbaycanda özümü yaxşı hiss edirəm. Əlimdən gələnin ən yaxşısını edərəm. Oynayıb-oynamayacağıma kimin qərar verəcəyini deyə bilmərəm. Mən hazırda ancaq məşqlərimi davam etdirərəm”.
Şafiq Tiqruca: “İlk hissədə pis oynamasaq da, rəqib iki səhvimizdən maksimum yararlandı. Fasilədən sonra pressinq etməyə çalışırdıq, ancaq növbəti səhvlər qapımıza qolla nəticələndi. Deməzdim ki, “Keşlə” bizdən üstün oynadı. Sadəcə, səhvlərimizdən maksimum yararlandılar. O fikirlə razıyam ki, kəsərli hücumlarımızın sayı az oldu. Bəzən qapıya zərbə vurmaq lazım olanda, bunu etmirdik. Fikrimcə, hərdən kimsə oyunu üzərinə götürməliydi. Məsələn, mən bir epizodda qapını nişan almaq əvəzinə ötürmə etdim. Fikrimcə, həmin an özüm vurmalıydım. Belə durumda toparlanmaq lazımdı. Hamı nədənsə narazılıq etsə, bizdə heç nə alınmayacaq. Qarşıda bizi hələ 10 matç gözləyir. İndiki durumda nikbin olub ağır vəziyyətdən çıxmaq lazımdı. “Qarabağ” və “Keşlə”yə qarşı oyunlar fərqlidi. “Qarabağ” bizi oyun planında üstələdi və darmadağını haqq etdi. “Keşlə” ilə görüşdə isə heç də pis təsir bağışlamadıq. Bu oyunda topa biz nəzarət edirdiksə, “Qarabağ”la matçda topun dalınca qaçırdıq. “Qəbələ” ilə demək olar ki, oxşar durumdayıq. Oyuna düzgün yanaşmalı və xoşagəlməz vəziyyətdən çıxmalıyıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar