26 fev 11:20liqa / reportaj

“Sabah” Koçukun günahını yudu


72. Sabah (Bakı) – Səbail 0:0
1. Saşa Stamenkoviç (k) – 6,0
17. Məhəmməd Mirzəbəyov – 5,5
5. Kərim Diniyev – 5,0
(19. Təmkin Xəlilzadə, 29 – 5,5
/99. Ramil Şeydayev, 87) - qiymətsiz
4. Bəhlul Mustafazadə - 5,0
13. Filip İvanoviç – 5,0
27. Məqsəd İsayev – 5,0
30. Mario Marina – 5,0
20. Yevgeni Koçuk – 3,5
26. Ozancan Kökcü – 5,5
(23. Amadu Diallo, 74) – 5,5
11. Şakir Seyidov – 5,0
18. Xulio Sezar Rodriges – 5,5
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
2. Elçin Mustafayev
6. Vadim Abdullayev
7. Coşqun Diniyev
10. Cavid İmamverdiyev
32. Rəşad Eyyubov
38. Arsen Ağcabəyov
77. Cavid Tağıyev
Baş məşqçi: Jelko Sopiç
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç

1. Aleksandr Rıbka – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
55. Adil Nağıyev – 5,0
21. Eriko da Silva – 5,0
34. Ürfan Abbasov – 5,0
(17. Elçin Rəhimli, 82) – qiymətsiz
14. Rahid Əmirquliyev (k) – 5,5
10. Maykl Essyen – 4,5
(8. Lema Mabidi, 80) – qiymətsiz
9. Mirsahib Abbasov – 4,0
(7. Fəhmin Muradbəyli, 61) – 4,5
27. Hendrik Ekşteyn – 4,5
19. Ruslan Hacıyev – 5,0
11. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
29. Şahin Zəkiyev
4. Eltun Yaqublu
26. Kamal Qurbanov
30. Murad Qayalı
77. Ədilxan Qarəhmədov
79. Əli Sadıxov
88. Orxan Qurbanlı
97. Bahadur Həziyev
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev
Vərəqələr: M.Essyen, 11 (qeyri-idman hərəkəti). A.Nağıyev, 12 (hakimin qərarına etiraz). T.Xəlilzadə, 56 (hakimin qərarına etiraz). Ş.Rəhimov, 65 (qeyri-idman hərəkəti) – sarı. Y.Koçuk, 15 (təcavüzkar davranış) – qırmızı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
23 fevral. Masazır. Bank Respublika Arena. 1000 tamaşaçı (13000 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qarşılaşmanın ən maraqlı tərəfi qış fasiləsinə qədər xoş olmayan nəticələrlə yadda qalan komandaların son iki oyundan qələbə ilə ayrılması idi. Bu mənada “Keşlə” ilə “Qəbələ”ni udan “Səbail”in çıxışını qeyd etmək yerinə düşər. “Zirzəmi”dən çıxıb, turnir cədvəlinin ortalarına can atan bayıllılardan fərqli meydan sahibləri növbəti qələbəsini qazanıb “Zirə”ni keçmək, “Sumqayıt”la xalları bərabərləşdirmək niyyətindəydi.
Oyuna rəng qatan başqa bir amil isə iki futbolçu ilə bağlıydı: əks marşrut üzrə hərəkət edən Hendrik Elşteyn və Yevgeni Koçuk. Xatırladaq ki, hər iki futbolçu qış fasiləsində bir komandanı digərinə dəyişmişdi. Başqa cür desək, iki ay öncə şərəfini qoruduqları komandalara qarşı bu dəfə rəqib qismində çıxış edəcəkdilər.
Təəssüf ki, xüsusi istək Koçuku vaxtından əvvəl “yandırdı”. Oyunun əvvəlində gərəksiz vəziyyətdə rəqibə qarşı aşkar kobud oynayan yarımmüdafiəçi haqlı olaraq meydandan qovulmaqla komanda yoldaşlarını azlıqda qoydu. Bununla da Sopiçin bütün planlarını alt-üst etmiş oldu. Azlıqda qalan Masazır təmsilçisinin bir məqsədi vardı: böyük qüvvə ilə müdafiə olunub qapının toxunulmazlığını qorumaq, imkan düşdükcə əks-hücumlarda qol axtarmaq. “Sabah” 15-ci dəqiqədən sona qədər baş məşqçinin bu tapşırığını yerinə yetirib lazım olan 1 xalı hesabına yazdı. Halbuki qələbə qazana da bilərdilər. Ramillə Amadunun mübarizəyə qoşulması “tələbələr”in çıxışında müsbət dəyişiklik yaratdı ki, son 10-15 dəqiqədə bir neçə dəfə qola yaxın oldular. Hətta hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə Diallo qol müəllifi kimi yadda qala bilərdi. Zərbəsi dirəyə tuş gəldi. Hə, 37-ci dəqiqədə Xulionun qaçırdığı əlverişli qol imkanı da mütləq qeyd olunmalıdı.
“Səbail” isə yalnız ilk hissədəki ərazi üstünlüyü və yaratdığı qol epizodları ilə yadda qaldı. “Sabah”ın futbolçuları və məşqçilər heyəti ilk 45 dəqiqədə komandalarının qol buraxmamasına görə oyundan sonra Stamenkoviçin əllərindən öpməyə məhkum idilər. Etdilər, ya yox – özləri bilər. Serb qapıçı möhtəşəm qurtarışları ilə komandasına həyat vermiş oldu. 24-cü dəqiqədə Raufun vuruşuna əla reaksiya göstərdi, 37-ci dəqiqədə Ekşteynin, 42-ci dəqiqədə isə Şəhriyarın sevinmək arzusunu gözündə qoydu. “Səbail”in qol vura bilməməsinin tək səbəbkarı Saşa deyildi. Azlıqda qalan rəqibi qapısına sıxışdıra bilmirsənsə, hücumların kortəbii və primitiv alınırsa, fasilədən sonra “çərçivə”yə düz-əməlli zərbə endirə bilmirsənsə, qalib gəlməyin mümkünsüzdü.
90 dəqiqənin tamamında “Sabah”lıların üzünün gülməsinin səbəbi məlum idi. Uzatma dəqiqələrini də nəzərə alsaq, təxminən 85 dəqiqə azlıqda oynayıb meydanı xalla tərk etməyə necə sevinməyəsən?!
HƏBİB

Gözdən qaçmadı
* Karyerasının ən parlaq illəri sərt oyuna üstünlük verilən İngiltərəyə bağlı olan Maykl Essyenin oyunun əvvəlində aldığı sarı vərəqəyə göstərdiyi reaksiya təəccüb doğurdu. Hava mübarizəsindən qalıb ayrılmasına baxmayaraq, Həsənli qayda pozuntusu qeydə aldı ki, “təmiz” oynadığını iddia edən sabiq “Çelsi”li hakimin üstünə şığıyıb dəfələrlə “niyə” sualını verdi. Nəticədə sarı vərəqə aldı, komanda yoldaşları onu birtəhər sakitləşdirdi. Essyen kimi ünlünün “sarı”ya bu cür reaksiya verməsi olduqca maraqlı görüntü idi.
* Media sektoruna bitişik tribunada dayanan üç azarkeş oyunboyu ayrı-ayrı futbolçuları səsləyir, hər birinin çıxışını öz aralarında dəyərləndirirdilər. Raufa “yaxşı” dedilər, Təmkinə daha çox qaçmağı məsləhət gördülər. İkinci hissənin əvvəlində isə “Sabah”ın mətbuat katibi Elnur Həmidova söz atmağı özlərinə borc bildilər. Aralarından biri “Sabah”dan zəhləm gedir, strategiya düzgün qurulmayıb” atmacası ilə diqqəti üzərinə çəkmək istəsə də, Həmidov təmkinli davranıb cavab verməməklə (bəlkə də eşitmədi) doğru addım atmış oldu.
* Yığmadakı inamlı çıxışı ilə azərbaycanlı futbolsevərlərin rəğbətini qazanan Ramil Şeydayev meydana çıxmaq üçün dördüncü hakimə yaxınlaşanda arxasındakı tribunadakıların sürəkli alqışını qazandı. Mənzərənin özünə də xoş gəlməsinə görəydi ki, alqışa alqışla cavab verdi.
* Meydanda rəqib qismində bir neçə dəfə üz-üzə gələn, amansız ikili mübarizələrə girişən Eriko da Silva ilə Xulio Sezar Rodrigesin matç başa çatandan sonra xanımları ilə birgə stadionun ərazisində yan-yana dayanıb söhbət etməsini xoş görüntü saymaq olar.
Reaksiyalar
Aftandil Hacıyev: “Hər iki komanda üçün ağır oyun oldu. Suni örtükdən “təbii”yə keçəndə bizim üçün çətin olur. Rəqib də azlıqda qalmışdı deyə, çox güc sərf etməli oldular. Hər iki qapı qarşısında qol epizodları oldu. Bilirdik ki, rəqib qapanan komandadı. Belə olacağını gözləyirdik, təhlillərdə görmüşdük. Qırmızı vərəqədən sonra planları dəyişmədi, sadəcə, sistemi dəyişdilər. Bizim üçün son nöqtəni qoymaq çətin idi. Buna baxmayaraq, oyuna nəzarət əlimizdə idi. Rəqiblə müqayisədə hücum xətti üçün geniş seçimimiz yoxdu. Futbolçular çox əziyyət çəkdilər. Kifayət qədər təhlükəli epizodlar oldu. Rəqib isə əks-hücumlarda təhlükə yaradırdı. Son dəqiqələrdə hesab dəyişə bilərdi. Bu gün hər iki tərəf 1 xal qazandı. Məni məyus edən hal rəqibin oyunun sürətini aşağı salmasıydı. Son dəqiqələrdə bunu görəcəyimizi düşünürdük. Ancaq ilk dəqiqələrdən belə olması və hakimin bunu hiss etməməsi məyusedici idi. Bu hal əsəblərimizi tarıma çəkdi. Hər şeyə rəğmən, “Sabah”ı təbrik etmək lazımdı. Qol epizodlarını saysaq, bizdə də şanslar oldu. Vaxtında vursaydıq, son dəqiqələrdə buraxdığımız qol təsir etməyə də bilərdi. Bu gün ədalətli nəticə elə heç-heçə idi. Hücumu gücləndirmək imkanlarımız yoxdu. Komandaların transferlərinə baxanda fərq hiss olunur. Oyun planında komandadan narazı qala bilmərəm. Meydan amili böyük amildi. Qapanan komandaya qarşı sürətli ötürmələr olmalı, cinahları tez-tez dəyişmək lazımdı. Sintetik meydanda sürət fərqli olur, “təbii”də fərqli. Nəzərə alaq ki, məşq və oyunları süni meydanda keçirik. Bu da amillərdən biridi. Ancaq tam səbəb bu deyil. Rəqib müdafiədə olduqca yaxşı oynadı… Şəhriyar Rəhimovun ailəsində ağır itki baş verib (atası dünyasını dəyişib – H.). Ona görə də bir neçə məşqi buraxmışdı. Yalnız son iki gündə bizimlə oldu. Ona görə də son ötürmələrdə dəqiqlik çatmırdı. Tək onda yox, başqalarında da bunu görmək olardı… Bu gün heç bir komandanın ön xəttində start heyətində üç yerli futbolçu çıxış etmir. Yalnız “Səbail”də belədi. Ona görə də hücumlar zamanı fərq hiss olunur. Əlimizdə seçim olsaydı, irəli xətdə müəyyən dəyişikliklər etmək olardı”.
Jelko Sopiç: “Sonda qazanılan 1 xala görə məmnunuq. Futbolda hər şey mümkündü, bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər, əzmkar mübarizə apardılar və 1 xal əldə etdik. Heç-heçədən məmnunuq. Cavid, Təmkin, Coşqun, Rəşad kimi sabiq və hazırkı yığma üzvləri niyə start heyətində yer almır? Qısa cavablayacam, komandamda ən hazır olanlar meydana çıxır. Kim yaxşıdısa, onlar bu gün meydandaydı. Təmkinin ehtiyatda qalmasının səbəbini özü daha yaxşı bilir... Marko Deviç zədəlidi, ona görə adı protokola salınmamışdı. Heç də yaxşı zədə deyil. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisse Dialloya gəlincə, ondan daha yaxşı oyunçularımız var. Bu qədər sadə… Ramil Şeydayev çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onun üçün hər şey o qədər də asan deyil. O yalnız fərdi məşq edib. Mən inanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək. Bəlkə də bu gün ona, məsələn, yarım saat şans verə bilərdik. Risk etmək istəmirik onunla bağlı. İstəmirik ki, hazırlıqsız oynayıb zədə alsın. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O məşqlərdə çox çalışır… “Qırmızı” olmasaydı, nəticə necə olardı” sualına dəqiq cavab vermək çətindi. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, hətta qol da vura bilərdik. Növbəti turda Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə və xal qazanmağa çalışacağıq… Koçukun cəzası nə olacaq? Onunla bağlı fikirlərimi özünə bildirdim, burda açıqlamaq istəmirəm. Şəxsi fikrimi bilmək istəyirsizsə, axmaq səhv və lazımsız qırmızı vərəqə idi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:40 Yurçeviç klublardan aldığı təklifi geri çevirib Dünən, 11:22 “Səbail” ayağını yorğanına görə uzadır Dünən, 11:19 Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur 6-08-2020, 15:40 PFL prezidenti onlayn formatda seçilə bilər 6-08-2020, 15:38 Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür 6-08-2020, 15:35 Yardım almayanlar AFFA-ya müraciət etməyib 6-08-2020, 15:29 De Byazidən mesaj və bayram təbriki 6-08-2020, 15:25 Yığmanın italyan məşqçilərinin dosyesi 6-08-2020, 15:18 Mirhüseyn Seyidov koronavirusa yoluxub 6-08-2020, 15:13 “Qəbələ” satdıqlarını icarəyə götürdü 6-08-2020, 15:12 Azərbaycan futbolu ilə bağlı film çəkilsə... 6-08-2020, 13:43 “Qarabağ”a yeni legionerlər qoşulacaq 6-08-2020, 13:36 Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb 6-08-2020, 13:32 Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq 6-08-2020, 13:21 Rəşad Sadıqov Hacıağanı “Qarabağ”dan “qopardı” 6-08-2020, 13:19 Elvin Məmmədov bədbinliyə qapılmağa əsas görmür 6-08-2020, 13:18 Vüqar dubl etdi, Nicat zədələndi 6-08-2020, 13:09 “Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi” 2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi Bütün xəbərlər
Ən çox oxunanlar