Şənbə günü birinci divizionda 7-ci tura yekun vurulub. Turun ikinci oyun günündə iddialı 4 komanda üz-üzə gəlib və hər iki oyunda qonaqlar 3 xala sevinib. "Sabah-2" son çempion MOİK-i Emil Qasımovun ikinci hissədə vurduğu 2 cavabsız qolla yenməyi bacarıb. Masazırlılar bu qələbə sayəsində 2-ci pilləyə yüksəlib. Lider "Turan Tovuz" isə son vitse-çempion "Sumqayıt-2"nin qonağı olub. Azər Bağırov "Qəbələ"yə üz tutandan sonra ilk matçına çıxan qərb təmsilçisi "şəhərlilər" üzərində inamlı qələbə qazanıb. Gərgin keçən, qırmızı vərəqələrlə yadda qalan görüşdən qalib ayrılan "Turan Tovuz" liderliyini möhkəmləndirib.
Birinci divizion
1-ci dövrə, 7-ci tur
19 oktyabr
MOİK – Sabah-2 0:2
Emil Qasımov, 62; 74-p.
Sumqayıt-2 – TuranTovuz 1:2
İbrahim Əliyev, 11 - Rüfət Məmmədov, 45+1. Murad Hüseynov, 90+5.
Turun qalan oyunlarının nəticələri: Qaradağ Lökbatan – Zirə-2 1:0 (Rövşən Şahmuradov, 81), Neftçi-2 – Zaqatala 1:2 (Əlibəy Məmmədli, 63 - Famil Camalov, 40-p. Ülvi Quliyev, 86), Kəpəz – Qarabağ-2 1:0 (Nodar Məmmədov, 84-p.), Keşlə-2 – Ağsu 4:0 (Elmir Rəhimzadə, 61; 77. Xəzər Mahmudov, 62; 68).
1. Turan Tovuz 7 6 0 1 16-8 18
2. Sabah-2 7 5 0 2 10-6 15
3. Səbail-2 6 4 1 1 14-7 13
4. Kəpəz 7 3 3 1 8-7 12
5. Zaqatala 6 3 1 2 7-5 10
6. Qarabağ-2 6 3 0 3 15-8 9
7. MOİK 6 2 2 2 9-9 8
8. Sumqayıt-2 6 2 2 2 6-6 8
9. Keşlə-2 6 2 2 2 11-8 8
10. Neftçi-2 7 2 1 4 9-9 7
11. Qaradağ Lökbatan 7 1 1 5 5-13 4
12. Ağsu 7 1 1 5 5-17 4
13. Zirə-2 5 1 0 4 7-18 3
Bombardirlər: Musa Qurbanlı (Qarabağ-2) - 6, Elmir Rəhimzadə (Keşlə-2) - 5, Murad Hüseynov (Turan Tovuz), Camal Camalov (MOİK), Vidadi Cəfərov (Səbail-2), Əlibəy Məmmədli (Neftçi-2) - 4.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 2-ci turda "Sumqayıt-2"yə texniki məğlubiyyət (0:3) verilib.